Menu

Bağça müəllimələri Şaxta Baba geyimində

Bölmə: Xəbərlər | Tarix: Dekabr 28, 2014

Yeni il uşaqların sevimli bayramlarındadır. Bu bayramda uşaqlar şaxta babadan sürprizlər gözləyirlər. Yeni ilə hazırlıq isə həftələr öncədən başlayır.

“Dəniz” uşaq bağçasında uşaqlar müəllimlərinin köməyi ilə şaxta babadan istədikləri hədiyyələrin adlarını yazıb, xüsusi qutuya atıblar. Bayram günü şaxta baba onlara istədikləri hədiyyələri verəcək.

Uşaqlar təkcə bir gün bayramda deyil, karnavala hazırlıq dövründə də əylənirlər. Bayram karnavalı üçün Azərbaycan və rus dillərində şeirlər və mahnılar da öyrənirlər.

Müəllimlər isə balacalar üçün şaxta baba geyimində teatr hazırlayıblar. Belə bir addım uşaqlarla müəllimlər arasında dostcasına bağlılıq yaradır. Həm də uşaqlar belə qəhrəmanlara öyrəşdikdən sonra, bağçaya devet olunan, ve ya valideynləri ilə birlikde iştirak etdikləri tədbirlərdə digər nağıl personajlarindan qorxmurlar.