Bağça uşaqları imtahandan keçiblər

“Education Menecement Network”ə daxil olan uşaq bağçalarında məktəbə gedəcək uşaqların hazırlıq dərəcəsini yoxlamaq məqsədilə imtahan keçirilib.

Bu barədə Bagcam.az-a məlumat verən “İndigo” uşaq bağçasının meneceri Vəfa Şirinova bildirib ki,  iki hissədən (yazılı və şifahi) ibarət olan imtahanda  uşaqların  məntiq, ətraf aləmlə tanışlıq, riyaziyyat və savad təlimi  kimi fənnlərdən biliyi yoxlanılıb. Yazılı imtahanda uşaqlara  hər fənndən beş sual olmaqla cəmi 20 sual təqdim olunub. İkinci hissəyə aid edilən şifahi imtahan isə loqoped, müəllim  və psixoloqun iştirakı  ilə keçirilib.

İmtahanda iştirak edən 72 uşaqdan 25%-i mükəmməl, 70.8%-i yüksək, 4.12%-i isə zəif nəticə göstərib.

Bagcam.az imtahan prosesindən bir neçə fotoları təqdim edir:

 [maxgallery id=”5308″]

“Bağçam Valideynlik Forumu”nun dördüncü mövsümü keçirilib

forum-17Aprelin 17-də “Peter Pan” uşaq bağçasında “Bağçam Valideynlik Forumu”nun növbəti-dördüncü mövsümü baş tutub.
“Güclü Valideynlər, Güclü Uşaqlar – Biz Birgə Böyüyürük” şüarı altında keçirilən forumda 20-yə yaxın valideyn iştirak edib.

Education Management Network və Edu.Co Şirkətinin təşkilatçılığı ilə həyata keçirilən forumda təlimçi qismində psixonevropotoloq Dr. Kamran Salayev, pediatr Dr. Xanım Əhmədova, psixoloq Günel Məhərrəmli çıxış ediblər. Onlar “Uşaqlara cəza və mükafat” (time out), “Bütün uşaqlarda aparılmalı olan müayinələr (Check-up)”, “Ailə konfliktlərinin uşağa təsiri” mövzuları  haqqında danışıblar.

forum-20Tədbirin təşkilatçısı, “Bağçam Valideyn Klubu”nun koordinatoru Rumiyyə Kərimova keçirilən forum və valideynlərin marağı barədə Bagcam.az-a məlumat verib:

“Forumun keçirilməsində məqsəd valideynləri düşündürən, narahat edən mövzular barədə onları maarifləndirməkdir. Çalışdıq ki, bu mövsümdə də valideynləri maraqlandıran mövzular olsun, hətta klub üzvləri arasında sorğu keçirdik və sorğular əsasında onların maraqlarını öyrənməyə çalışdıq. Bir valideyni hər mövsüm yenidən görmək, onların mütəxəssislərə suallar ünvanlaması və s. bu kimi şeylər bir daha onu göstərir ki, valideynlərimizin keçirilən foruma böyük marağı var”.

forum-13Forumda çıxış edən “Baby Star” uşaq bağçasının psixoloqu Günel Məhərrəmli forumun əhəmiyyəti barədə Bagcam.az-a danışıb:

“Psixloloji cəhətdən aktual bir mövzu seçdim: ailədaxili konfliktlər və bunun uşaq psixologiyasına təsiri. Bu da valideynlər üçün bir yol oldu. Məncə bir çoxları üçün aydın oldu ki, ailədə münaqişə varsa, uşaq çox əziyyət çəkir. Bu isə onun təhsilinə, sosial sahəsinə mənfi təsir göstərir.

Bu forumlar hər kəs üçün vacibdir. Çünki biz bu forumlar vasitəsilə öz övladımız olmasa belə, müəyyən informasiyamız olacaq, ətrafımızda olan uşaqlara qarşı düzgün yanaşmanı öyrənəcək, yaranacaq hər hansı problemlərin qarşısını ala biləcəyik. Eyni zamanda belə tədbirlərin üstün cəhəti, valideyn üçün marağı ondan ibarətdir ki, burada hər sahənin mütəxəssisi çıxış edir.  Onlara dəqiq informasiya, suallarına isə  dəqiq cavablar verilir”.

Valideynlər belə forumların tez-tez keçirilməsinin maariflənməyə müsbət təsiri olduğunu söyləyiblər:

forum-21İsmayılova Nəzakət:

“Bu forumlara gəlmək daha çox təkmilləşmək, uşaqları düzgün tərbiyə etmək üçün mənə maraqlıdır. İki forumda iştirak etmişəm. Psixoloqların, mütəxəssislərin çıxışı daha çox öz üzərimdə işləməyə kömək edir və mən öyrəndiklərimi artıq evdə, övladlarıma tətbiq edirəm”.

forum-19Əzizov Elşən:

“Forumda iştirak etdikcə bunun nə qədər əhəmiyyətli olduğunun fərqinə vardım. Valideynlər burdan çox şey nümunə götürürlər və  buradan öyrəndiklərinə uyğun olaraq öz uşaqlarıyla rəftar edirlər. Mən özüm isə bu dəfə “Uşaqlara cəza və mükafat” (time out) mövzusunu daha da dəqiq öyrəndim”.

Tədbir valideyn Əmirzadə Vüsalənin  “Bizim uğur hekayəmiz” adlı çıxışı ilə yekunlaşıb.

forum-26Qeyd edək ki, bundan əvvəlki forumlarda “Uşaq inkişafında valideynlərin rolu: ünsiyyət və oyun”, “Ailə tiplərinə əsasən uşaqlarda davranış problemləri və həlli yolları”, “Uşaqlarda nitq inkişafı problemləri və həlli yolları”, “Uşaqlarda sağlamlıq problemləri və sağlam qidalanma”, “Ata modeli və uşağın şəxsiyyətinin formalaşmasında atanın rolu”, “7 yaş krizisi dövründə olan uşaqların motivasiya edilməsi”, “Məktəb seçimi zamanı diqqət edilməli olan məqamlar” kimi mövzulara toxunulub.

 [maxgallery id=”5294″]

Uşaqlarınızın belə oturmasına icazə verməyin

w-sittingUşaqların  ayaqlarını arxaya doğru bükərək  yaratdıqları “W” oturuş tərzi bir çox sağlamlıq problemlərinə yol açır.

Yuxarıdan baxdıqda “W” hərfi kimi görünən bu oturuş tərzini uşaq şüurlu şəkildə yaratmır. O, özünü belə daha rahat hiss edir və düşünmədən elə oturur. Əksər yetişkin şəxslərin bacara bilmədiyi “W” tərzində oturan uşaqlar, ayaqları inkişaf etdikcə bu vərdişlərindən əl çəkirlər. Uşaqların yeriməyə başladıqdan sonra oturuş tərzlərinin ailələri tərəfindən diqqətlə təqib edilməsinin lazım olduğunu söyləyən mütəxəssislər, “W” tərzində oturmağın yaratdığı fəsadları  sıralayıb:

1- Gəzmək, duruş və əzələ inkişafı pozula;

2- Düzdabanlıq yarana;

3- Qaçma, tullanma kimi hərəkətlər üçün çox əhəmiyyətli olan sağ-sol tarazlaşdırıcı qabiliyyəti bu oturuş səbəbilə pozula;

4- Uşağın ombasının sürüşməsinə səbəb ola bilər.

Mənbə: ogretmendiyari.com

 

Uşağın dırnağı necə kəsilməlidir?

dirnaqKörpə uşağın dırnağını kəsmək bir çox anaların qayğılarından biridir. Dərinin kəsilməsi, dırnağın az və ya çox kəsilməsi, körpəni incidib-incitməməsi, dırnağın arasında mikrob qalıb-qalmaması anaları narahat edir. Üstəlik, uşağın da əlini sakit saxlamaması bəzən anaya mane olur. Uşağın dırnağını kəsərkən bəzi incə məqamları diqqətdə saxlamaq lazımdır:

–  Dırnaq kəsmə əməliyyatına başlamazdan əvvəl ilk növbədə körpəyə uyğun dırnaq qayçısı seçməlisiniz.

– Körpənin dırnaqlarını ən rahat formada onun yatdığına əmin olduğunuz zaman kəsə bilərsiniz. Təbii ki, onu oyandırmamağa çalışın.

– Çox insanda olduğu kimi, körpələrin də dırnağını kəsmək üçün ən uyğun variant çimizdirdikdən sonradır. Suda yumşalan dırnaqları kəsmək həm asan, həm də ağrısız olacaq.

– Əgər uşağın dırnaqlarını o, oyaq ikən kəsmək istəyirsinizsə, yarana biləcək ağrıların qarşısını almaq üçün onun kiçik barmaqlarını möhkəm tutmaq lazımdır. Uşaqlar əllərini davamlı olaraq bağlayıb açmaq istəyirlər. Bu vəziyyətdə dırnaq kəsmək əvəzinə körpənin barmaq uclarını yaralaya bilərsiniz.

– Dırnaqları kəsərkən körpənin dırnaq formasını yaxşı bilməlisiniz. Onun dırnaq quruluşuna uyğun seqment və qövs verməlisiniz. Bu vəziyyət ayaq dırnaqlarını kəsərkən daha asandır.

– Dırnaq kəsmə əməliyyatı bitdikdən sonra dırnaqların üstünü və altını təmizləyin.

– Körpənizin dırnaqlarını kəsərkən qəza etsəniz, həyəcanlanmayın. Təmiz bir bezlə qanı silin və əmin olun ki, tez sağalacaq.

Mənbə: ailem.az

Almaniyadakı uşaq bağçalarında “oyuncaqsız zaman” tətbiqi

oyuncaqsiz_zamanBerlindəki bir bağçada  uşaqlar  bütün oyuncaqları ortalıqdan yığışdırdılar: maşınlar, kiçik rezin heyvanlar və s. Sonra boş sinfin ortasında dayanıb müəllimlərinə baxdılar.

“Bəs indi nə edəcəyik?” deyə soruşdu oğlum.

Bu sualına uzun bir müddət  cavab almadı. Getdiyi uşaq bağçası “oyuncaqsız zaman” layihəsinə başlayırdı. Bir neçə həftə ərzində oyuncaqlar yığışdırılacaq və müəllimlər uşaqlara nə oynayacaqlarını deməyəcəkdi. Bu tətbiq sərt görünsə də, layihənin əhəmiyyətli bir pedaqoji hədəfi var: İrəlidəki asılılıq yaradacaq davranışlarına qarşı onları gücləndirmək üçün uşaqların həyat bacarıqlarını inkişaf etdirmək.

“Oyuncaq olmayanda uşaqlar öz fikirlərini inkişaf etdirəcək zamanı tapa bilirlər” – deyir layihəni tətbiq edən bağçanın müdiri Elisabeth Seifert. “Oyuncaqsız zamanda, hazır və bitmiş oyuncaqlarla oynamırlar. Öz oyunlarını inkişaf etdirirlər. Birlikdə daha çox oynayırlar, psixososial bacarıqlarını daha yaxşı inkişaf etdirə bilirlər”.

Oyuncaqsız bağça, Almaniyada yeni bir fikir deyildi. Bu fikir, 1980-ci illərdə toplanmağa başlayan Bavyera bölgəsindəki asılılığı olan şəxslərlə işləyən qrupundur. Qrup, birbaşa asılılığı olan şəxslərlə işləyən insanlardan ibarət idi. Nəhayət bu qrup, çox adam üçün vərdiş yaradan davranışın köklərinin uşaqlıq dövrünə dayandığını müəyyənləşdirdi. Potensial asılılıq toxumlarının əkilməsinin qarşısını tamamilə almaq üçün araşdırmaçılar, Almaniyada 3-6 yaş arası uşaqların getdiyi bağçalarda bir layihə yaratmağa və uşaqların özlərini mənfi duyğulardan uzaqlaşdırmaq üçün bəzən istifadə etdikləri şeyləri ortadan qaldırmağa qərar verdilər, yəni oyuncaqları.

Oyuncaqsız bağçanın qaydaları çox sadədir: Üç aylıq bir müddət ərzində bütün oyuncaqlar yığışdırılır və ortada yalnız mebellər, ədyal, yastıq və s. bu kimi şeylər qalır. Oyuncaqsız zaman başlamazdan əvvəl müəllimlər, uşaq və valideynlərlə görüşür ki, onlar da nə gözləmələri lazım olduğunu bilsinlər. Layihə başladığında müəllimlər uşaqların oyununu idarə etmək yerinə yalnız müşahidə edirlər.

Bavyeranın Penzberg şəhərindəki bir uşaq bağçası, 1992-ci ildə oyuncaqsız zamanı sınayan ilk bağça oldu. Layihə, haqqında nəşr olunan məlumatlardan qısa bir müddət sonra sürətlə yayılmağa başladı. Bu gün Almaniya, İsveçrə və Avstriyanın hər yerindəki yüzlərlə bağçada oyuncaqsız zaman layihələri görə bilərsiniz. Digər ölkələr də bu layihəyə maraq göstərdilər. Layihənin 25-inci ilində nəşr olunan bir xəbərə görə, ilk oyuncaqsız uşaq bağçası olan Penzberg uşaq bağçasına, Çindən belə bu mövzuyla bağlı telefon zəngi olunub.

Oyuncaqsız uşaq bağçası ilə əlaqədar uzun müddətli bir araşdırma yoxdur, ancaq 1997 və 1998-ci illərdə edilən iki araştırma, oyuncaqsız zamanda  iştirak edən uşaqların sosial qarşılıqlı, yaradıcılıq, empati və ünsiyyət bacarıqlarında artım olduğunu ortaya çıxardı.

Oyuncaqsız zamanla bağlı tənqidlər də var. Ən şübhəçi qrup arasında isə valideynlər iştirak edir. Bu layihənin uşaqlarını, artıq bağçaya getmək istəməyəcək qədər sıxacağından narahatlıq edirlər. Hətta Berlində mənim uşaqlarımın da getdiyi bağçadakı valideynlər oyuncaqsız zaman mövzusunda iki qrupa ayrıldılar. Buna  görə də bağça layihə mövzusunda güzəştə getmək məcburiyyətində qaldı. Oyuncaqsız keçən zaman altı həftəyə endirildi və bahar aylarına çəkildi. Beləcə uşaqlar açıq havada daha çox vaxt keçirə biləcəklərdi. Proqrama həftədə bir meşə gəzintisi də əlavə edildi.

Əvvəl qızım sonra da oğlum bağçadakı oyuncaqsız zamana qatıldığı üçün bu cür oyunları çox gördüm. Məsələn bir gün uşaqlar oturacaqları düzülüb “qatar” oynadılar. Başqa bir gün isə ədyallardan nəhəng  çadır düzəldib ətrafından vəhşi heyvanları təqlid edərək iməklədilər.

Mütəmadi olaraq yetişkinlərə və digər uşaqlara nə etməsi lazım olduğunu soruşan kiçik oğlum bir anda özünü qrup oyunun içinə atdı. Oyuncaqsız keçirdiyi zamanlar onun üçün başqa bir şey də qazandırdı. Evə, cibləri yığdığı palıd palamudları və daşlarla gəlməyə başladı. Meşə gəzintiləriylə əlaqədar həyəcanlı hekayələr danışdı. Açıq havada daha çox oynamağa başladı, həm də digər uşaqlar ona qoşulmasa belə. Layihə bitdikdən çox sonra belə, onu bağça həyətində tək oynayadığını görürdüm.

Oyuncaqsız təcrübənin onu gələcəkdəki asılılıqlarından qoruyub-qorumayacağını zaman göstərəcək, amma mən oğlumda böyük dəyişiklik gördüm. Oyuncaqsız uşaq bağçası layihəsi onda yalnız açıq havada oyuna qarşı maraq yaratmaqla yanaşı, özüylə tək qaldıqda rahatlıq tapmasını da təmin etdi.

Mənbə: https://www.theatlantic.com/education/archive/2017/03/the-toy-free-kindergarten/520905/

“Master Pre-School” gələcək karyeram üçün bir pillədir”

“Education Management Network” və “Edu.Co” tərəfindən təşkil edilən “Master Pre-School” Məktəbəqədər Təhsil Müəssisələri Rəhbərlərinin Hazırlıq Proqramı yekunlaşıb. İki ay davam edən proqramın bitməsi münasibətilə bağlanış mərasimi keçirilib.

Tədbir “Master Pre-School” layihəsinin rəhbəri Sevda Babanlının giriş sözüylə başlayıb. Daha sonra iştirakçılara sertifikat, təlimçilərə təşəkkürnamələr təqdim olunub. Təlimlərdə uğurla iştirak edən dörd nəfərə isə bağçada təcrübə keçmək şansı verilib.

Sevda Babanlı “Master Pre-School” layihəsi haqqında fikirlərini Bagcam.az-la bölüşüb:

“Bu bizim birinci “Master Pre-School” layihəmiz idi və çox məmnun qaldıq ki, iştirakçılarımız yetəri qədər oldu, yəni maraq göstərdilər, kənardan qatılanlar da oldu. Biz çalışdıq ki, iştirakçılarımıza bağçada düzgün rəhbərlik etmək, düzgün sistemi qurmaq və onu idarə etmək biliklərini, bacarıqlarını verək. Burada Marketinq, PR, insanlarla düzgün ünsiyyət qurmaq və s. var idi”.

Tədbirin rəsmi hissəsindən sonra iştirakçılar bir-biriylə gələcək planları və hədəfləri barədə fikir mübadiləsi aparıblar.

Bağça tərbiyəçisi, “Master Pre-School”un iştirakçısı Aynur İslamova da Bagcam.az-la təəssüratlarını bölüşüb və öyrəndiklərinin ona fayda verəcəyinə əmin olduğunu bildirib:

“Başda Rasif bəy olmaqla “Master Pre-School” proqramına çox təşəkkür edirəm. “Master Pre-School” mənə çox şey qazandırdı. Bu, mənim gələcək karyeram üçün bir pillə deməkdir. Burada maraqlı insanlarla tanış oldum, dostlar qazandım. İnanıram ki, hər şey gözəl olacaq”.

İbtidai sinif müəlliməsi Gülnar Muxtarova isə təlimlərdə qazandığı bilikləri artıq öz işində tətbiq etdiyini söyləyib:

“Burada keçirdiyimiz günlər bizim üçün çox maraqlı oldu. Təlimçilərimiz bizə çox yaxşı, maraqlı məlumatlar verdilər. Öyrəndiklərimizin hamısını tətbiq edə bilməsək də, bunun bizim həyat təcrübəmizə çox böyük köməkliyi oldu. Öyrəndiklərimi işimdə tətbiq edirəm. Bildiklərim və öyrəndiklərim işimə çox yaxşı təsir edir”.

Tədbirin sonunda birgə tort kəsilib.

Qeyd edək ki, proqramın tərəfdaşları 5 illik təcrübəsi olan “İndigo” , “İndigo” Nərimanov, “Baby Star”, “Peter Pan” və “Yuvam” Uşaq Bağçalarıdır.

Övladınızın sinir-psixi və motor inkişafı normaldırmı?

usaqÖvladınızın sinir-psixi və motor inkişafı normaldırmı?

Pediatr Günay Rəsulovanın dediyi qeydlər əsasında bunu yoxlaya bilərsiniz:

1aylıq uşaq- Üzü üstə yatarkən başını qısa müddətli qaldırır;
2 aylıq- Anasını tanımağa başlayır, gülqr, öz-özünə səslər çıxarır;
3 aylıq- Başını dik saxlayır, əllərini hərəkət etdirərək ətrafı seyr edir;
4 aylıq- Əl kontrolu, önünə uzadılan bir oyuncağı tutmağa çalışır;
5 aylıq- Dönmə, beli üstə bədən vəziyyətindən üzü üstə vəziyyətə keçir;
6 aylıq- Qısa müddət dəstəksiz oturur. Əşyalara uzanır, tutur, ağzına aparır;
7 aylıq- Dəstəksiz oturur, əşyanı bir əlindən digərinə keçirə bilir;
8 aylıq- İməkləməyə başlayır, əşyanı baş barmaq və işarə barmağı arasında tutur, anlaşılmaz hecalarla dəyişik səslər çıxarır;
9 aylıq-Yapışıb ayağa qalxır;
10 aylıq- Köməklə yeriyir, yatmış vəziyyətdən oturmuş vəziyyətə keçir;
12 aylıq- Köməksiz 1 neçə addım ata bilir, 2-4 kəliməni anlayaraq söyləyir;
15 aylıq- Köməksiz yeriyir. Pilləkəni iməkləyərək çıxır, sadə əmirləri yerinə yetirir. 2 “kubiki” üst-üstə qoyur, 4-5 kəliməni anlayır və istifadə edir;
18 ay- Yapışıb pilləkən çıxır, 3 “kubik”i üst-üstə qoyur, şəkilləri tanıyır və adlandırır, 10 kəliməni anlayır və istifadə edir;
2 yaş – Qaçır, köməksiz pilləkən enir, çıxır. Qələm ilə dairə və eninə xətt çəkir. Qaşıq və çəngəl tutur, 2-3 kəliməlik qısa cümlə qurur;
2.5 yaş- Hoppanır, adını bilir, rəngləri ayırd edir;
3 yaş – 3 təkərli velosipedə minir, tək ayaq üstə dura bilir, 3 “kubik” ilə “körpü” düzəldir;
4 yaş- Mənlik duyğusu inkişaf etməyə başlayır;
5 yaş- Üçbucaq şəkli çəkir, özü geyinir və soyunur.

Normal uşaq çəki artımı

4-5 ayında- doğum ağırlığının 2 qatı;
1 yaş- doğum ağırlığının 3 qatı;
2 yaş- doğum ağırlığının 4 qatı;

BOY artışı

Doğumda 50 sm(45-55 sm);
İlk 6 ay 2.5- 4 sm/ aya. İkinci 6 ayda 1.5- 3 sm /ay uzanır;
-1 yaşda doğum boyunun -1.5 qatına (75 sm);
-4 yaşda 2 qatına;
-13 yaşda 3 qatına çıxır;

Boy uzanması ən çox yazda, ən az payızda olur.
İllik boy uzanması 4 yaş- pubertat yaş arası ilə 5- 7.5 sm olmalıdır. Bu vəziyyətdən kənaraçıxma halları olarsa, həkiminizə mütləq bildirin.
Amerika Pediatriya Akademiyasının tövsiyəsinə  əsasən sağlam uşağın rutin pediatrik kontrolları bu şəkildə olmalıdır:
Doğumda, 3-5-ci günlər, 1 ayında, 2 ayında, 4 ay – 6 ay- 9 ay – 12 ay- 15 ay- 18 ay- 24 ay- 30 ay- 36 ayında.

Sağlam gələcək, sağlam böyütdüyümüz körpələrlə gələcək!

“Autizmli uşağın valideyni bağçadakı mütəxəssislərlə paralel işləməlidir”

autizmAutizm – erkən yaş dövründə başlayan ümumi inkişaf problemidir. Əsasən autizm özünü sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə göstərir.

“Autizm” sözü 1910-cu ildə  İsveçrəli psixiatr Eugen Bleuler tərəfindən şizofreniyanın əlamətlərini tərif edərkən yaradılıb. Autizm sözü bugünkü mənasında ilk dəfə 1938-ci ildə Vyana Universitet Xəstəxanasının tədqiqatçı həkimi Hans Asperger tərəfindən istifadə edilib.

Johns Hopkins Xəstəxanasının autizm üzrə psixiatrı Leo Kanner 1943-cü ildə təəccüblü davranış bənzərliklər göstərən 11 uşaq haqqında hesabat yazıb və bu hesabatında ilk dəfə erkən infantil autizm terminindən istifadə edib.

1960-cı illərin sonundan başlayaraq autizmin, şizofreniya və digər inkişaf pozuqluqlardan fərqi, valideynləri aktiv müalicə proqramlarına qoşmağın gətirdiyi faydaları göstərilib və bunun ayrı  sindrom olduğu qəbul edilib. Hazırda autizmin yaranmasının dəqiq səbəbləri məlum deyil. Mütəxəssislər belə hesab edirlər ki, autizmin yaranması həm irsi, həm doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılan bir sıra narahatlıqlarla, eləcə də peyvəndlərlə əlaqədar ola bilər

“Baby Star” uşaq bağçasının psixoloqu Günel Məhərrəmli Bagcam.az-a autizmli uşaqların əlaməti, valideynlərinin üzləşdiyi problemlərlə bağlı müsahibə verib.  İlk olaraq autizmli uşaqların əlamətlərindən bəhs edən müsahibimiz qeyd edir ki, autizmdən əziyyət çəkən uşaqlar göz təmasından qaçırlar:

“Onlar ünsiyyət qurmağa meyilli olmurlar, səbəbsiz davranıb, ağlayıb, gülürlər, hər hansı bir predmeti mütamadi olaraq çevirməyi xoşlayırlar. Bundan başqa bu uşaqlar davamlı olaraq eyni oyunlar oynayırlar, ağrıya qarşı laqeyd olurlar, adətən, ona ünvanlanan suallara cavab vermir, deyilən sözləri təkrarlayırlar. Ümumilikdə oyuncağın özü ilə maraqlanmasalar da oyuncağın hər hansı bir detalı onların diqqətini çəkə bilər. Məsələn: Maşının təkəri”.

Valideynlər qeyd etdiyiniz əlamətlərlə qarşılaşdıqda nə etməlidir?

“Valideynlər əvvəlcə həkim psixiatra müraciət etməlidirlər. Autizm diaqnozunu yalnız həkim təyin edə bilər. Bundan başqa erkən müdaxilə üçün psixoloq, loqoped, fizioterepevt də tövsiyə edilə bilər. Qeyd etdiyim kimi autizmin davranış simptomlarına eyni zamanda sosiallaşma problemləri də daxilidir. Bu da autizmli uşağın məktəbəqədər və ümumtəhsilində müəyyən çətinliklər törədir, çünki autizmli uşaqlar başqa uşaqların oyunlarına maraq göstərmirlər. Məsələn, gizlənqaçda iştirak etməyə bilər, bacı qardaşlarına, digər uşaqlara xəsarət yetirə bilər. Buna görə də bağçaya getməmişdən öncə autizmli uşaqlar müəyyən təlim keçməlidirlər”.

Autizmli uşaqların təhsili ilə bağlı valideynlər evdə necə məşğul olmalıdır?

“Autizmli uşağın valideyni  mütləq bağçadakı, məktəbdəki mütəxəssislərlə paralel işləməlidir. Məsələn, loqoped və ya psixoloq evə tapşırıq verirsə, valideyn mütləq onu evdə təkrarlamalıdır. Autizmli uşaqların bir materialı qavraması üçün həmin materialla bağlı davranışı da qavramalıdır. Bundan əlavə o təlimat almalıdır. Tutaq ki, onlarda göz kontaktının yaranması lazımdır. Mütləq valideyn onunla danışarkən göz kontaktını yaratmalıdır. Demək olar ki, bu, ömür boyu təhsil deməkdir. Həmişə onlarla məşğul olunmalıdır ki, onları gəlib bir yerə çatdırmaq olsun. Bütün prosesləri keçəndən sonra mütəxəssislərin rəyi olarsa, bağçaya yaxud məktəbə təyin oluna bilərlər. Yenə də valideyn əvvəlki kimi övladı ilə məşğul olmalıdır. Məşğul olmaq dedikdə, təkcə bir sahə nəzərdə tutulmur. Onu nəyəsə alışdırmaq lazım deyil, çünki onu gec qavraya bilər və yaxud əksinə ola bilsin ki, uşaq hər hansı nəsnəni qavradı, amma davranışı ilə bağlı təlimlər mütləq olmalıdır. Bəzən biz qarşılaşırıq ki, valideyn evdə uşağı ilə məşğul olur, uşaq da öyrədilən nəsnələr haqqında məlumatlara sahib olur. Sonra valideyn bununla kifayətlənib müalicəni dayandırır ki, artıq övladı hər şeyi bilir. Burada bir şeyi anlamaq lazımdır ki, övladı hər şeyi bilsə belə, onun davranışında mütləq əngəllər olacaq”.

İctimai yerlərdə autizmli uşaqların çətinlikləri nələrdir?

“Autizmli uşaqlarda bütün həyati bacarıqlar təlimlər nəticəsində yaranır. Məsələn, normal uşaq su içən zaman əlini vurub suyun isti və ya soyuq olduğunu hiss edə bilirsə, amma  autizmli uşaqlar bunu və yaxud ağrını çox gec hiss edirlər və ya heç hiss  etmirlər. Əli yansa, bunu bir neçə dəqiqədən sonra hiss edəcək. Eləcə də ictimai yerlərdə də həyati bacarıqlar təlimi olmazsa, uşaq durduğu yerdə fırlana yaxud gülə bilər. Bütün bunların tənzimlənməsi mərhələli şəkildə olur. Birdən-birə biz uşaqdan ictimai davranışlara əməl etməsini gözləyə bilmərik. Autizmli uşaq təhlükə hiss etmədiyinə görə asanlıqla anasının əlindən çıxıb maşın yoluna qaça bilər, təhlükə olan yerdə otura bilər. Bunların ona öyrədilməsi üçün mütləq zaman lazımdır. Valideyn qəbul etməlidir ki, bu, ərköyünlük deyil. Bu sadəcə xəstənin simptomlarıdır”.

Çətinliklər zamanı valideyn və müəllimin üzərinə düşən öhdəliklər nələrdir?

“Bəzən autizmli uşaqlarda asılılıq yaranır, hətta müəllimlərin yanında saatlarla dura bilirlər. Müəllimlər uşağın maraqlarını yönləndirməyi bacarmalıdır. Müəllimin uşağa yemək yeməyi öyrədə bilməsi belə onun üstünlüyüdür. Uşağın gördüyü xırda bir iş müəllimin uğurudur. Həm müəllim, həm valideyn uşağı olduğu kimi qəbul etməlidir, onun potensialı nəyədirsə, o istiqamətdə yönləndirilməlidir. Valideyn uşağı cəmiyyətdən gizlətməməlidir. Başa düşürəm çox çətin proseslərdir, amma biz nə qədər uşaqla çox məşğul olsaq, uşaqlarda da o qədər irəliləyiş olar “.

Bəs onları cəmiyyətə qazandırmaq üçün nə etmək lazımdır?

“Bu uşaqların xüsusi bacarıqları olur. Məsələn, asperger sindromlu (autizmin digər bir forması) uşaqlar həddindən artıq ağıllı olurlar. Onlarda riyazi qabiliyyətlər çox yaxşı olur. Bundan başqa məkan yaddaşı güclü olur. Sadəcə olaraq, onlar üçün şərait yaratmaq lazımdır”.

Autizmli uşaqların müalicəsində cəmiyyətin, ailənin rolu nə dərəcə əhəmiyyət daşıyır?

Müalicə zamanı ilk olaraq, diqanoz düzgün təyin olunmalıdır. Bunu düzgün təyin etmək o deyil ki, bir-iki material oxuyub, uşaq haqqında hansısa qənatə gələsən. Uşaq əgər davamlı olaraq anaya cavab vermirsə, bəlkə onun eşitməsi yoxdur. Diaqnozun düzgün qoymaq məhz buna görə önəmlidir. Düzgün mütəxəssislər tapmaq lazımdır. Düzgün mütəxəssis axtaran zaman reklama aldanmaq olmaz. Maraqlanmaq lazımdır ki, kimlər autizmli uşağı ilə müraciət edib və yaxşı nəticə əldə edib. Hər dəfə yanlış diaqnoz pis nəticələrə gətirib çıxara bilər”.

 

Uşaqlara saatı öyrətməyin asan yolu

saatSaat əsasən dərslərdə izah edilir. Bu isə çox zaman uşaqlarda çaşqınlıq yaradır. Siz özünüz də evdə uşağınıza saat öyrədə bilərsiniz. Bagcam.az Aile.lent.az-a istinadən saat öyrətməyin bir neçə praktik yolu ilə valideynləri tanış edir.

Çiçəkli saat üsulu

Bu üsul üçün lazım olan vəsaitlər normal dairəvi divar saatı və rəngli kartondur. Əvvəl kartondan çiçəyin gövdə hissəsini və iki yarpağını hazırlayın. Uzun yarpaq dəqiqə, qısa olan əqrəb simvolu olsun. Qısa yarpağın üzərinə saatı, uzun yarpağın üzərinə dəqiqəni yazın. Beləliklə, uşağınızın əqrəb və dəqiqə anlayışları asanlaşacaq.

Saatı çiçəyin mərkəzi kimi düşünün. Hər beş dəqiqəlik qisimlərə bərabər formada çiçəyin yarpaqlarını yarım dairələr şəklində kəsib üzərlərinə 00, 05, 10, 15 formasında dəqiqələri yazın. Beləcə, uşaqlarınızın dörddəbir keçid və yarım anlayışlarını anlamaları daha rahat olacaq. Bununla da uşaqlarınıza əyləncəli formada saat öyrədəcəksiniz.

Zaman anlayışını anlayacağı şəkildə izah edin

Zaman anlayışını uşaqlara onların yadında saxlayacağı formada öyrətməlisiniz. Məsələn, “Bazar ertəsi gəzməyə gedirik, çərşənbə axşamı günü sevdiyin cizgi filminə baxırıq, çərşənbə günü nənəni görməyə gedirik” və s. Daha sonra detallara vara bilərsiniz. Məsələn, “Səhərlər 07.30 yuxudan oyanırıq, ata 08.00-da işə gedər, axşam 19.00-da axşam yeməyini yeyərik, saat 22.00-da hər kəs yatar” və s.