Övladınızın sinir-psixi və motor inkişafı normaldırmı?

usaqÖvladınızın sinir-psixi və motor inkişafı normaldırmı?

Pediatr Günay Rəsulovanın dediyi qeydlər əsasında bunu yoxlaya bilərsiniz:

1aylıq uşaq- Üzü üstə yatarkən başını qısa müddətli qaldırır;
2 aylıq- Anasını tanımağa başlayır, gülqr, öz-özünə səslər çıxarır;
3 aylıq- Başını dik saxlayır, əllərini hərəkət etdirərək ətrafı seyr edir;
4 aylıq- Əl kontrolu, önünə uzadılan bir oyuncağı tutmağa çalışır;
5 aylıq- Dönmə, beli üstə bədən vəziyyətindən üzü üstə vəziyyətə keçir;
6 aylıq- Qısa müddət dəstəksiz oturur. Əşyalara uzanır, tutur, ağzına aparır;
7 aylıq- Dəstəksiz oturur, əşyanı bir əlindən digərinə keçirə bilir;
8 aylıq- İməkləməyə başlayır, əşyanı baş barmaq və işarə barmağı arasında tutur, anlaşılmaz hecalarla dəyişik səslər çıxarır;
9 aylıq-Yapışıb ayağa qalxır;
10 aylıq- Köməklə yeriyir, yatmış vəziyyətdən oturmuş vəziyyətə keçir;
12 aylıq- Köməksiz 1 neçə addım ata bilir, 2-4 kəliməni anlayaraq söyləyir;
15 aylıq- Köməksiz yeriyir. Pilləkəni iməkləyərək çıxır, sadə əmirləri yerinə yetirir. 2 “kubiki” üst-üstə qoyur, 4-5 kəliməni anlayır və istifadə edir;
18 ay- Yapışıb pilləkən çıxır, 3 “kubik”i üst-üstə qoyur, şəkilləri tanıyır və adlandırır, 10 kəliməni anlayır və istifadə edir;
2 yaş – Qaçır, köməksiz pilləkən enir, çıxır. Qələm ilə dairə və eninə xətt çəkir. Qaşıq və çəngəl tutur, 2-3 kəliməlik qısa cümlə qurur;
2.5 yaş- Hoppanır, adını bilir, rəngləri ayırd edir;
3 yaş – 3 təkərli velosipedə minir, tək ayaq üstə dura bilir, 3 “kubik” ilə “körpü” düzəldir;
4 yaş- Mənlik duyğusu inkişaf etməyə başlayır;
5 yaş- Üçbucaq şəkli çəkir, özü geyinir və soyunur.

Normal uşaq çəki artımı

4-5 ayında- doğum ağırlığının 2 qatı;
1 yaş- doğum ağırlığının 3 qatı;
2 yaş- doğum ağırlığının 4 qatı;

BOY artışı

Doğumda 50 sm(45-55 sm);
İlk 6 ay 2.5- 4 sm/ aya. İkinci 6 ayda 1.5- 3 sm /ay uzanır;
-1 yaşda doğum boyunun -1.5 qatına (75 sm);
-4 yaşda 2 qatına;
-13 yaşda 3 qatına çıxır;

Boy uzanması ən çox yazda, ən az payızda olur.
İllik boy uzanması 4 yaş- pubertat yaş arası ilə 5- 7.5 sm olmalıdır. Bu vəziyyətdən kənaraçıxma halları olarsa, həkiminizə mütləq bildirin.
Amerika Pediatriya Akademiyasının tövsiyəsinə  əsasən sağlam uşağın rutin pediatrik kontrolları bu şəkildə olmalıdır:
Doğumda, 3-5-ci günlər, 1 ayında, 2 ayında, 4 ay – 6 ay- 9 ay – 12 ay- 15 ay- 18 ay- 24 ay- 30 ay- 36 ayında.

Sağlam gələcək, sağlam böyütdüyümüz körpələrlə gələcək!