

Sorğular göstərir ki, amerikanların təxminən 70%-i uşaqların hərdən bir silləyə layiq olduqlarına inanır. Bu cümləni yazmaq belə ürəyimi bulandırmağa kifayət edir: Uşaqlara əl qaldıran onlarla valideyn… Daha da pisi budur ki, bəzi tədqiqatçılar bizə məktəbdən əvvəlki dövrlərdəki uşaqların 90%-dan çoxunun, bir yaş altındakı uşaqların isə 30%-in ən az bir dəfə yetkin tərəfindən sillələndiyini deyir. Kim körpəyə vura bilər ki?
Sillə vurmaq döyməkdir. Döymək şiddətdir. Şiddət isə etik olaraq yanlışdır və məncə, bütün ölkələr sillə vurmağı qanuni olaraq qadağan etmiş digər 48 ölkənin sırasına qatılmalıdır.
Xeyirdən çox zərəri var
Bir müəllim olaraq qarşılaşdığım insanların bəziləri dəyər mühakimələrimə əhəmiyyət vermədən sillə vurmağın “xeyri dəydiyi” mövzusunda təkid edirdi. Xeyrinin dəydiyi, amma mənim heç zaman etməyəcəyim bir çox şey var. Sizinlə eyni fikirdə deyiləmsə, səsimi yüksəldib sizi susdurmaq işə yaraya bilər, amma məntiq çərçivəsində müzakirə etmək daha xeyirli olmaz? Pula ehtiyacım varsa, oğurluq etmək mənə kömək edə bilər, amma yüksək bir gəlir üçün daha çox işləmək yaxşı olmaz? Qarşımda dayanıb yolumu kəsirsinizsə, sizi itələmək mənə kömək edə bilər, amma sizdən mülayim şəkildə mənə yol verməyinizi istəmək daha doğru olmaz?
Görünən budur ki, bir çox yetkin insan mənimlə eyni fikirdə deyil və yetkinlərin uşaqlara vurmasının sadəcə qəbul edilə biləcək olduğunu deyil, hətta gərəkli olduğunu da düşünürlər. Bu yazını paylaşdıqdan sonra bütün günümün uşaqlara vurmaqdan imtina etməklərini istədiyim üçün mənə əsəbiləşən insanlardan gələn şərhləri oxumaqla keçəcəyini bilirəm. Sillə vurmağın şiddət olmadığını deyəcəklər və məncə, bunu müzakirə etməyin heç yeri yoxdur. Sillələməyin əgər “sevgi ilə” edilirsə, problem olmadığını söyləyəcəklər, bundan da onu başa düşəcəyəm ki, dünyada sevginin nə olduğunu bilməyən nə qədər insan var. Sillə atmağın itaət etməyi öyrətməyin tək yolu olduğunu deyəcəklər, ancaq mən belə bir məqsədi iş həyatım boyunca rədd etdim. Mənə “Valideynlərim də mənə sillə atırdılar, amma bax, sonunda yaxşı bir insan oldum” deyəcəklər, mən də onlara “Əminsən? Kiçik uşaqlara vurursan”, deyə cavab verəcəyəm.
Şəxsi dəyər mühakimələrim bir yana, araşdırma nəticələri də aydın şəkildə ortadadır: Sillə atmaq xeyirdən çox, ziyan verir. New Hampshire Universiteti sosiologiya proffessoru Murray Straus qırx ildən çoxdur apardığı araşdırmalarının nəticəsini topladığı The Primordial Violence (İbtidai Şiddət) adlı kitabında belə deyir:
Sillə zehni inkişafı yavaşladır
“Araşdırmalar sillə atmağın pis davranışları düzəltdiyini göstərir, amma eyni zamanda, sillə atmağın fasilə vermək, açıqlayaraq başa salmaq və ya uşağın imtiyazlarını əlindən almaq kimi digər düzəldici üsullardan daha çox işə yaramadığını da göstərir. Bundan əlavə, araşdırmalara baxdığımızda sillələməyin faydalarının nələrə dəydiyini də görə bilirik. Bunların arasında uşaq ilə valideyn münasibətlərinin zəifləməsi və uşağın dostlarına, ya da valideynlərinə vurmaq və irəlidə də sevgili, yaxud yoldaşlarına şiddət göstərmək ehtimalıın artması da var. Sillə atmaq həm də zehni inkişafı da yavaşladır və uşağın məktəbdə müvəffəqiyyətlər qazanmaq ehtimalını azaldır. Sillə atmağın mənfi təsirlərini ortaya qoyan 100-dən çox araşdırma var və bu araşdırmalar öz aralarında 90%-dən çox fikir birliyini göstərir. Valideynlik və uşaq davranışları mövzusunda nəticələrin bu qədər məntiqli olduğu başqa bir mövzu yoxdur, yəqin ki”.
Mənim fikrimcə, uşaqlar şiddətdən zərər çəkmiş olmamaq kimi təməl insan hüququna sahibdirlər. Eyni şeyi bir yetkin başqa bir yetkin insana edəndə buna “hücum, şiddət” deyirik. Sillə atmaq həm uşaqlara, həm də cəmiyyətə zərər verən bir şiddət göstəricisidir. Fasilə vermək və digər cəzaların faydalılığı kimi mövzuları müzakirə edərkən uşaqlara vurmağı tərgidə bilmərik?
Mənbə: www.egitimpedia.com
Övladınız uşaq bağçasına başlayacaq deyə narahat olursunuz? Balaca uşağınıza məktəbə başlamazdan əvvəl hərfləri, rəqəmləri, şəkilləri və rəngləri öyrətməyə başlamısınız? Əksər valideyn üçün belə davranmaq normaldır, lakin çox lazımlı olduğu da deyilə bilməz. Valideynlər təhsilə erkən başlamağın üstünlük olduğunu düşünsələr də, uşaq bağçası üçün bu o qədər də keçərli deyil.
Uşağın fərdi bacarıqlarını inkişaf etdirməsinə yardımçı olmaq, uşaq bağçasına başlayanda onsuz da öyrənəcəyi rəng, hərf, rəqəm və şəkilləri də daha asan və diqqətli qavramasını təmin edəcək. Məktəb təhsilindən əvvəl özü ilə bağlı öyrənəcəyi çox şey var. Əvvəl buradan başlamaq faydalı olacaq. Bu kəşflərdə ona yol göstərəcək bir neçə addımı topladıq.
Öyrənməyi Sevməsi
Əgər təkcə uşaq bağçasındakı təhsilə diqqət yetirsəniz, böyük rəsmi qaçıra bilərsiniz. Çünki uşağınızın öyrənməyi sevməsi və buna istəkli olması bütün təhsil həyatının açarı olacaq. Maraqlanmağı bəsləmək, sual verməsinə təşviq etmək, mühakimə edərək düşünməsini təmin etmək və sizin də öyrənməyə açıq olduğunuzu anlaması, bu prosesdə onu öyrənməyin sehrli dünyasına çəkəcəkdir.
Sosiallaşa bilməsi
Məktəbin və həyatın əsas qanunu olan sosial münasibət qura bilmək və paylaşma, uşaq bağçası çağında özünü göstərir. Düzgün sosial münasibətləri qura bilmək adına iştirakçı olan, paylaşan və davranışları ilə xarakterini əks etdirən uşaqlar üçün problem həll etmək daha asan hala gəlir.
Planlaşdırma Qabiliyyətləri
Kiçik uşaqlarda “öz” anlayışının inkişafı ilə birlikdə öyrənilən bacarıq: İdarəetmə və planlaşdırma etməyi də inkişaf etdirir. Uşaq bağçası dövründəki uşaqların məlumatı idarə etməsi, diqqətlərini dağıdacaq şeyləri görməzliyə vurmağa çalışması və özü ilə bağlı plan hazırlaya bilməsi, gələcək təhsil həyatı üçün də olduqca faydalıdır. Uşağınıza bu mənada bəzi vəzifələri xatırladaraq köməkçi ola bilərsiniz. Məsələn, yatmazdan əvvəl dişləri təmizləmək, digər uşaqların oyuncaqlarını almamaq və ya işlər planlaşdırdığı kimi getməyəndə sakitcə başqa plan hazırlamaq kimi…
Danışma və Oxuma
Uşağınızın oxuma və danışma məsələsindəki bacarıqları, erkən yaşda öyrəndiyi sözlər və dil bacarıqları ilə doğru mütənasibdir. Uşaqlarınız ilə danışarkən bəzən çətin sözlər işlədə, bu sözlərin nə məna verdiyini danışa, kitab oxuya və ya söz oyunları oynayaraq bu istedadı ona qazandıra bilərsiniz. Söz oyunları oynayarkən sözləri nağıllar uyduraraq izah etmək, o sözlə mahnı oxumasına təşviq etmək kimi üsullar da irəlidə özünü ifadə etməsini asanlaşdıracaq.
Müstəqillik və Özünə İnam
Uşaq bağçası, uşağınızın xarici yetkin və məktəb yoldaşları ilə tanış olacağı, böyük dəyişiklikləri də bərabərində gətirən bir dövrü əhatə edir. Uşağınızı buna hazırlamaq üçün evdə edə biləcəyiniz, məsələn, gündəlik təkrarlanan müstəqil olaraq reallaşdırması kimi çalışmalar sizə yardımçı olacaqdır.
Şəxsi Xüsusiyyətlərinə görə Bağ Sahələri Müəyyənləşdirmək
Yuxarıda bəhs edilən əsas bacarıqlar, uşaq bağçasına hazır olmaq üçün çox lazımlıdır. Ancaq uşağınız oxuma və riyaziyyata xüsusi maraq göstərirsə, ona yardımçı olacaq və tez öyrənmək istəyini qarşılayacaq tətbiqlərə və veb saytlara baxa bilərsiniz. Uşaq bağçası dövründəki uşaqlar üçün hazırlanmış əyləncəli riyaziyyat oyunları tapa bilər, dilini və oxumasını inkişaf etdirəcək fəaliyyətlər yarada bilərsiniz.
Mənbə: egitimpedia.com
Uşaqlar, əllərinə və ayaqlarına tilişkə batanda, ağrının bitməsi üçün müalicə edilmələri olduğunu bilirlər. Ancaq ruhi olaraq mübarizə etdikləri şeyin, ən az tilişkə batması qədər əhəmiyyətli olduğunu bilməyə bilərlər. Balanslı ağıl sağlamlığına malik olmaq təkcə böyüklərin deyil, eyni zamanda uşaqların da ən önəmli gündəm maddəsi olmalıdır. Öz sahəsində mütəxəssis olan psixoloq, pediatrların uşaqlara ruhi sağlamlığın əhəmiyyətini izah etmək üçün dediklərini təqdim edirik:
“Emosional Vulkan” Metodunu sınayın
Uşaq və yeniyetmə psixoterapevti yazıçı Katie Hurley, klinikanın 5 yaşında qayğı pozuntusu və yüksək stress xəstəsi olan uşaqlarla dolu olduğunu deyir və ailələrə “emosional vulkan” metodunu öyrətməyin çox işə yaradığından bəhs edir. Hurley, taxtaya çəkdiyi vulkan rəsmi üzərindən, həm valideynlərə, həm uşaqlara, insanların gün ərzində fərqli duyğular içinə girə bildiklərini deyir. Katie Hurley, ifadə etmədiyimiz duyğuların eynilə vulkanik bir partlayışda olduğu kimi qaynadıqdan sonra partlayacağını bildirərək; “Əgər bu duyğuları vulkanın içində buraxsaq partlayana qədər qaynayacaqlar. Partlayış baş verəndə ağlamalar, vurmalar və hətta təpik atmalar da bərabərində gələcək” deyə əlavə edir.
Katie Hurley, valideynlərin uşaqlarındakı bu tip davranışlara əhəmiyyət vermələrini, bu hərəkətlərin diqqətə alınmayan və ya həll edilməyən duyğulara işarə etdiyinin və emosional partlayışlar olaraq gündəlik həyatda əks olunduğunu vurğulayır. Sadəcə Hurley deyil, bir çox mütəxəssisin də dediyi kimi uşaqlara hisslərini ifadə etməyi və danışmağı öyrətmək onların ruh sağlığı üçün çox əhəmiyyətlidir.
Öz davranışlarınızın uşaqlarınıza olan təsirini kiçiltməyin
Tədqiqatlar göstərir ki, uşaqlar çoxlu televiziya seyr etməklə, oyun oynamaqla və ya sosial mediada vaxt keçirməklə ruhi və fiziki zərərlərə məruz qalırlar. Pediatr Katherine Williamson deyir ki, valideynlər və ya qayğı göstərənlər uşaqların ekrandan asılılığına diqqət yetirməlidirlər. Uşağa nümunə olmaq üçün, böyüklər də çəkilən sərhədlərə riayət etməlidirlər.
Dr. Katherine Williamson, uşaqların özlərini daha asan ifadə edə bilmələri üçün rol modelləri olacaq valideynlərə ehtiyac duyduqlarını əlavə edir.
Danışıq Tərzinizə Diqqət Edin
Klinik psixoloq və “Child Mind Institute” Qayğı Pozğunluğu Mərkəzinin direktoru Rachel Busman, uşaqların dəyişən üz ifadələrinə qarşı valideynlərin dərhal reaksiya verməsinin doğru olmadığını, bunun əvəzinə onlara özlərini ifadə etmək üçün vaxt verməyin daha əhəmiyyətli olduğunu deyir. Stressli vəziyyətdə üzü dəyişən uşağa ilk olaraq “Üzülmə” demək əvəzinə, “Kədərli görünürsən. Nə oldu”? deyə soruşmaq uşaqların özlərini daha asan ifadə etmələrinə icazə verdiyindən bəhs edir.
“Məktəb necədi”? və ya “Oyun necədi”? deyə soruşmaq ümumi bir sual qəlibidir. Ona görə bu şəkildə inkişaf edən dialoqlar məhdud cavablar və məlumatlarla sona çatır. Rachel Busman “Bu gün maraqlı bir şey oldu mu”? və ya “Məktəbdə nələr etdiniz”? kimi girişlərin dialoqu inkişaf etdirməyə daha açıq olduğunu əlavə edir.
Maarifləndirmə ilə bağlı texnikalar öyrədin
Müəllif və sağlam həyat mütəxəssisi Mallika Chopra, 9 yaşında öyrəndiyi dalğınlığı uşaqlarına da öyrətdiyini, öz yaşadığı meditasiya təcrübəsindən aldığı ilhamla uşaqlara istiqamətləndirilmiş məlumatlanmaların yer aldığı kitab yazdığını deyir. Chopra, kitabında danışarkən seçilən sözlərin əhəmiyyətindən, yürüş və yoqa vərdişi qazanmağın faydalarına qədər fərqli nümunələr və təkliflər verir.
Gündəlik tutmağa təşviq edin
Rochester Universiteti Tibb Mərkəzinə görə, gündəlik tutmaq stress, həyəcan və depressiyayla mübarizə aparmaq üçün ən təsirli üsullardan biridir. Psixiatriya sahəsində mütəxəssis Dianna Moraney, uşaqlara hekayələrini danışmaqları üçün sahə ayırmağın çox əhəmiyyətli olduğundan bəhs edir. Bunun üçün o, 2015-ci ildə başlatdığı bir təşəbbüslə uşaqların özlərini ifadə etmələrinə yardımçı olur. Qazanc məqsədi güdməyən cəhddə, uşaq bağçası dövründəki uşaqdan böyüklərə qədər geniş bir yaş qrupuna xidmət edilir. Daha çox uşaqların travma və stress ilə itirdikləri özünə inamı bərpa etmələrini istəyərək tutulan gündəliklər, valideynlərə və baxıcılara da çətin vaxtlarda uşaqlarla düzgün ünsiyyət qurmağı öyrədir.
Mənbə: egitimpedia.com
Uşaqlar 4 yaşında dayandıqları yerdə eyni anda iki ayağıyla da havaya qalxmağı bacarmalıdır. 5 yaşında isə iki ayağıyla irəliyə doğru atlanmalıdırlar.
Müəllimlərə tullanmağın oxuma və yazmaqla nə kimi əlaqəsinin olduğu maraqlıdır.
Bir-biri ilə çox əlaqəsi var…
Tullanmaq beyinciyi hərəkətə gətirir. Beynin bu bölümü tarazlıq, böyük motor bacarıqlarıyla yanaşı, diqqət toplamadan da məsuldur.
Bu səbəbdən də olduğu yerdə ya da irəliyə doğru tullanmaq, uşaqların diqqət bacarıqlarının inkişaı üçün ən təməl bacarıqlarından biridir.
Mənbə: www.egitimpedia.com
Heyvanlarla birlikdə yaşamağın insan sağlamlığına bir çox faydası olduğunu bilirik. Bəs kiçik yaşdan etibarən pişiklərlə birlikdə yaşayan, onlarla böyüyən uşaqları necə bir gələcək gözləyir?
“Kedici” jurnalının rəhbəri doktor Tarkan Özçetin, 5 yaşına qədər pişiklərlə böyümüş uşaqların necə və niyə sağlam olduğundan yazıb: Sağlam nəsillərin zəmanəti pişiklərdir. Heç unutmaram, illər əvvəl kilinikama pişik sahibi olmaq üçün yoldaşı Ankarada diplomat olan hamilə bir amerikalı xanım gəldi. Hansı ki, çoxumuzun həyatında ən az bir dəfə şahid olub gözlərinə inanmadığı, yerə düşən əmziyi birbaşa körpəsinin ağzına verən o məsuliyyətsiz, qərbli analardan biridir. “Əminsiniz?” deyə soruşmuşdum, istər-istəməz. Niyə indiyə qədər deyil, hamiləliyin son dövründə evlərinə pişik almaq istəyirdilər? Ağlım kəsmirdi. Doğulacaq körpəmin sağlamlığı üçün dedi. Həkimi məsləhət görüb, doğuşdan əvvəl evdə mütləq pişik və ya it olmasını söyləyib. Bizdəki çox həkimlər (hələ o illərdə) uşaqların sağlamlığı üçün buna şiddətlə qarşı çıxarkən, evdə olan iti pişiyi uzaqlaşdırılmasını istərkən necə olur, başqa bir həkim belə bir məsuliyyətsizlik sərgiləyə bilirdi? Məgər bir bildikləri varmış: “Gigiyena hipotezi” həddən çox gigiyenik mühitin və bu gigiyenanı təmin etmək üçün istifadə edilən məhsulların həm özümüz, həm də pişiyimiz üçün nə qədər təhlükəli olduğunu qeyd etmişdim. İndi bu gigiyena tutqusunun, insanlarda, xüsusilə uşaqlarda, təxmin belə edə bilməyəcəyiniz qədər qalıcı sağlıq problemlərinə səbəb ola biləcəyini anlatmağa çalışacayıq. İmmunitet sistemi və ya vücudun müdafiə sistemi, adı nə olursa olsun, bu sistemin vəzifəsi, vücudumuza təhdid ola biləcək və xəstə edə biləcək bütün amillərə (bunlar bakteriya, virus, göbələk, parazit, hətta xərçəng hüceyrələri belə ola bilir) qarşı qorumaq və savaşmaqdır. İmmunitet sistemi inkişaf etmiş bir fərdin elə də asan xəstələnməyəcəyi çox dəqiq söylənə bilər. Bu sistem həyatın ilk günlərindən, hətta ana bətnindən inkişaf etməyə başlayır və inkişafının böyük bir hissəsini (bura çox vacibdir) 5 yaşına gəldiyində tamamlayır. Yəni doğuşundan 5 yaşına gələnə qədər yaxşı bir inkişaf göstərən immun sisteminə malik uşaqlar, ömrü boyu elə də asanlıqla xəstə olmurlar. Elə isə canımızdan çox sevdiyimiz uşaqlarımızın bu sistemlərinin inkişafı üçün nəyə ehtiyacları var? Cavab çox sadədir, amma bir o qədər də təəccüblüdür: Mikrob. Bəli səhv oxumadınız, 0-5 yaş arasındakı körpələrin, daha sonrakı həyatlarının bütün mərhələlərinə müsbət təsir edəcək sağlam bir immunitet sisteminə sahib olmaları üçün mikroblarla təmasda olmaları, tanış olmaları və onlarla mübarizə aparmaqları lazımdır. Bu olmazsa nə olar? Açıq demək lazımdırsa, bu sistemin ağlı qarışır. Tanımadığı, bilmədiyi mikrobların əvəzinə savaşacaq başqa şeylər axtarır. Məsələn, polenlərə (çiçək tozu) həvəs göstərir. Nəticə: Allergiya. Mikrobsuz, təmiz mühitdə böyüdülən bu fərdlər ağıla gələ biləcək hər şeyə allergiya və sonrasında astmaya yoluxa bilir.
Ağardıcı iyi qoxan mühitlərdə doğulub böyüyən, ən kiçik temperatur yüksəlməsində dərmanlara və antibiotiklərə bulanan körpələrin müqavimət sistemləri daha da zəifləyir. Sistem öz vücudundakı hüceyrələri düşmən zənn edir və onlarla mübarizə aparmağa başlayır. Nəticə, allergiyadan daha da qorxuludur: Otoimmun xəstəliklər yaranır. Bir çoxu uşaq deyilə biləcək yaşlarda meydana çıxan xəstəliklərdən bir neçəsi: Tip 1 diyabet (şəkər xəstəliyi), MS (multiple skleroz), lupus (qırmızı qurd eşənəyi) seliakiya siyahı, çox təəssüf ki, belə davam edir və çox təəssüf ki, heç birinin dəqiq müalicəsi yoxdur. İl 1989, David Strachan adlı bir araşdırmaçı, yuxarıda izah etməyə çalışdığımız “gigiyena hipotezi” deyə bir hipotez ortaya atır. Keçən 27 il içində, bu hipotezin (doğruluğu ya da səhvliyi hələ isbatlanmamışdır) doğruluğunu sübut edən yüzlərcə araşdırma aparılır. Ancaq bu təcrübələrin heç biri nə mediada, nə də başqa yerlərdə gündəmə gəlmir. Hətta gigiyenik hipnozu elmi mühitlərdə çürüdülməyə çalışılır, bunda uğursuz olunsa da sanki bunu həmişə hipotez olaraq qalması istənilir.
Mənbə: qadin.net
Analar və atalar, uşaqlarına oyun qadağası qoymaq yerinə, oyun vasitəsilə onların inkişafına kömək edə bilərlər. Oyunlarla ona oxuma və yazma öyrədə bilərsiniz.
Bunu necə edə bilərsiniz?
Oxumaq və yazmaq təhsili, uşaqlarda ilk olaraq hərflərlə başlayır. Bu səbəbdən əvvəlcə edəcəyiniz şey bir hərf seçmək olacaqdır. Əlifba sırasına görə hərf öyrətmək işinizi asanlaşdırar. Hansı hərfi öyrədim deyə tərəddüd yaşamarsınız.
Seçdiyiniz hərfi jurnal və ya qəzetlərdən taparaq, kəsmə-yapışdırma yarışması edə bilərsiniz.
Kartlar hazırlayıb öyrənilən heca və hərfləri birləşdirə bilərsiniz.
Uşağın kürəyinə barmağınızla basaraq bir hərf çəkə, uşağın bu hərfi tapmasını istəyə bilərsiniz.
Öyrətdiyiniz hərflərin olduğu kəlimələrlə mahnı yazmasını, ya da tapmasını istəyə bilərsiniz.
Rəngli kağızlarla öyrəndiyi hərfləri yazın və qarışdırın. Daha sonra kağızlardan bir neçəsini seçib, sözlər düzəltməsini istəyin.
Mənbə: qadin.net
Uşaqlarınızı qorumaq üçün aşağıdakı tövsiyələrə nəzər salın.
Övladınıza belə deyin: “Bədənin sənə aiddir. Sən istəmirsənsə, heç kim sənə toxuna bilməz. Əvvəlcədən icazə almalı, anan və atan olsaq belə əvvəlcə icazə almalıyıq.”
“Bədənimizdə şəxsi bölgələrimiz var. Bu bölgələri alt paltarı ilə örtürük. Bu bölgələrə heç kimin toxunmağına icazə verməməliyik. Ana, ata, dayə və həkimdən başqa heç kimə göstərməməliyik.”
Uşaqların cinsi orqanlarının mütləq “əsil” adını deməliyik. “Uşaqlar başa düşməz” deyərək qəribə və gülməli adlar istifadə etməməliyik. Cinsi istismar zamanı qəribə və gülməli adlar istifadə edilir.
Uşaqlarınız cinsi orqanlardan danışdıqda “ayıbdır” deyərək susdurmayın. İstismar edənlər uşaqları “ailənə deyərik” deyərək təhdid edirlər.
Hər qohum-əqraba etibarlı deyil. Uşaqlarınızı təşvişə salmadan, ona “tez-tez hədiyyə alan”, “sirr saxlamasını istəyən”, “fiziki zarafat və istənməyən davranışlar sərgiləyən” yaxınlar haqqında ailəsinə danışmaq üçün qaydalar tərtib etməlidir.
Mənbə: qadin.net
20-ci əsrin ən önəmli fiziklərindən Nobel mükafatına sahib Richard Feynman “ömür boyu öyrənmək” mövzusunda şöhrəti ilə də tanınan bir dahidir. İstər fizikaya marağınız olsun, istər olmasın, Feynmanın öyrənməklə bağlı araşdırdığı texnikalar və üsullar məktəbdə, işdə, ya da həyatda hər hansı bir mövzunu öyrənməyinizə mütləq kömək edəcək.
Feynman hələ dünyaca tanınan fizik olmamışkən Princeton Universitetindəki tələbəlik illərində şifahi imtahanlara hazırlanmaq üçün xüsusi bir üsul üzərində işlədi. Feynmanın bioqrafiyasını yazan James Gleick üsulu bu cürə başa salır:
“Təmiz və boş bir dəftər açardı. Dəftərin üzərinə “Bilmədiyim şeylər dəftəri” başlığını atardı. Bu dəftərdə bildiklərini yenidən qaydaya salardı. Etdiyi şey; fizikanın hər qolunu parçalara ayırmaq, bu parçaları “yağlamaq” və sonra onları təkrar bir araya gətirmək idi. Bunu etdiyində nizamsızlıqları və daha işlənməmiş informasiyaları axtarardı. Hər məsələnin özəyini tapmağa çalışardı – bu isə həftələrini alırdı”.
Feynman bu dəftəri yeni öyrənməyə başladığı bir mövzuya həsr edərdi. Bilmədiyi şeyləri başa düşmək istəyi ilə başladığı dəftərin məqsədi bir mövzunu öyrənməyə başlamağın çətinliyini xəfiflətmək üçün “konkret işarə” yaratmaq idi.
“Əvvəllər boş olan dəftər səhifələri, səliqəli şəkildə alınmış qeydlərlə dolmaya başladıqca biliyiniz də artmağa başlayar. Daha çox səhifə doldurmaq istəyi öyrənmək motivasiyanızı da yüksək tutar. Bir mövzuda getdikcə artan məlumat bazanızı konkret bir şəklə dönüşdürsəniz, öyrənməyə davam etmək üçün ehtiyac duyduğunuz zehni enerjini ehtiyatla sərf edərik,” deyir Gleick.
Bəs nizamla test etməsəniz, yeni qazandığınız informasiya haqqında özünüzü necə əmin hiss edə bilərsiniz? Feynman Princeton Universiteti müəllimlərinin qarşısına çıxaraq şifahi imtahana girərdi, amma siz bu nöqtədə Feynman texnikasını digər praktik üsulunu istifadə edə bilərsiniz: Öyrəndiyiniz şeyi bir başqasına “öyrətmək.
Feynman möhtəşəm bir elm insanı olmaqla yanaşı, eyni zamanda möhtəşəm müəllim və mükəmməl bir natiq idi. Qarışıq mövzuların əsas hissəsini götürər və hər kəsin başa düşə biləcəyi sadə dilə çevirərdi.
Əgər siz də hər hansı bir mövzuda öz savadınızı kifayət qədər sağlam hiss etmir və özünüzü bu mövzuda inkişaf etdirmək istəyirsinizsə, Feymanın bəsit ifadə etmək texnikasını istifadə edə bilərsiniz. Sadəcə Feynmanın ən önəmli sözlərindən birini yaddaşınızda saxlamağı unutmayın: “İlk prinsip özünüzə yalan danışmamaqdır. Çünki ən asan özünüzü aldadarsınız”. Əgər özünüz özünüzü aldadarkən tutsanız, o zaman dəftərinizə geri dönə bilərsiniz.
Mənbə: egitimpedia.com