Uşaqları “yadlardan” necə qorumalı?

Uşaqlarınızı qorumaq üçün aşağıdakı tövsiyələrə nəzər salın.

Övladınıza belə deyin: “Bədənin sənə aiddir. Sən istəmirsənsə, heç kim sənə toxuna bilməz. Əvvəlcədən icazə almalı, anan və atan olsaq belə əvvəlcə icazə almalıyıq.”

“Bədənimizdə şəxsi bölgələrimiz var. Bu bölgələri alt paltarı ilə örtürük. Bu bölgələrə heç kimin toxunmağına icazə verməməliyik. Ana, ata, dayə və həkimdən başqa heç kimə göstərməməliyik.”

Uşaqların cinsi orqanlarının mütləq “əsil” adını deməliyik. “Uşaqlar başa düşməz” deyərək qəribə və gülməli adlar istifadə etməməliyik. Cinsi istismar zamanı qəribə və gülməli adlar istifadə edilir.

Uşaqlarınız cinsi orqanlardan danışdıqda “ayıbdır” deyərək susdurmayın. İstismar edənlər uşaqları “ailənə deyərik” deyərək təhdid edirlər.

Hər qohum-əqraba etibarlı deyil. Uşaqlarınızı təşvişə salmadan, ona “tez-tez hədiyyə alan”,  “sirr saxlamasını istəyən”, “fiziki zarafat və istənməyən davranışlar sərgiləyən” yaxınlar haqqında ailəsinə danışmaq üçün qaydalar tərtib etməlidir.

Mənbə: qadin.net