Evdə uşaq xəstələnəndə valideynlər uşaqlarının tez sağalması üçün onlara hansı dərmanı, bitkini, çayı verməli olduqlarını düşünürlər.
Uşaqlarda inadkarlıq duyğusu 2-3 yaş aralığında artar. Bu yaşda uşaqlar özlərini valideynlərinə qəbul etdirmə başlayırlar. Valideynlər evdə idarəni əldə tutmaq üçün uşağın inadkarlığı ilə mübarizə aparmağı bacarmalıdırlar.
Uşaqlardakı inadkarlığı necə dəf etməli?
Uşaqlarda görünən inadkarlıq duyğusunun öhdəsindən gəlməyin ən yaxşı yolu bu mövzunun üstündə daynamamaqdır. Əgər uşağın inadkarlığını diqqətə alsanız, uşaqlar istəklərini qəbul etdirməyə çalışacaqlar. İnadkarlıqla istədiyini yerinə yetirmək istəyirsinizsə, ona bunu deyin “dediyini edək, amma sən də mənim üçün bunu etməlisən”. Bununla, övladınız heç nəyin asan əldə edilə bilməyəcəyini başa düşəcək.
Qəbul edilməyəcək bir istəyi varsa, sakit və qərarlı halda rədd edin. Uşağınız daha çox inadkarlıq edib, istəyini reallaşdırmağa çalışacaq. Bu halda geri addım atmayın. Uşağın inadkar olmağı o qədər də pis hal deyil. Bu uşağın gələcək öz istəkləri üçün necə əzmkar olacağını göstərəcək.
Mənbə: Qadin.net
Biz bütün uşaqları xoşbəxt görmək istəyir və onlara yalnız hər şeyin ən yaxşısını diləyirik. Amma bəzən konsepsiyaları qarışdırmağa və başqalarının həyatına öz prioritetlərimizi əlavə etməyə başlayırıq.
Valideynlərin və ya tərbiyəçilərin başlıca vəzifəsi odur ki, uşaqlara öyrənməyi təlqin etsin. İlk növbədə lazım olan məlumatları axtarmağı və həqiqəti yalandan ayırmağı öyrətməkdən başlamalısınız. Ən az itkilərlə maneələrin qarşısını almağı öyrədin.
Uşaqların yetkin və müstəqil olmasına necə kömək etmək olar?
Uşaqlara sərbəstlik verən anaların övladları daha istedadlı olur, nəinki hər işi onun əvəzinə yerinə yetirən və ona hər şeyin ən yaxşısını verməyə çalışan anaların uşaqları.
Öyrədin və onların yerinə hər şeyi siz etməyin: qərarları hazır formada verməyin, ərköyünləşdirməyin, sevin. Uşaqların yerinə bir çox işləri görmək və ona maksimumu vermək zövqdür, amma valideynlər uşaqlara nə qədər çox verirsə, onların öyrənmək və qazanmaq istəyi bir o qədər aşağı düşür. Nəticədə bacarıqlar və qabiliyyətlər zəifləyir.
Uşaqlar hər şeydən əvvəl insandır və bütün insanlar üçün gəyirmək çox yeməkdən başlayır. Odur ki, böyüməsinə və inkişaf etməsinə mane olan heç nəyi onlara “tıxamağa” çalışmayın. Onlara həqiqətən yetkin və müstəqil olmasına kömək edən şeyi vermək lazımdır. Axı gec-tez uşaqlar böyüyəcək və daha çoxunu istəməyə başlayacaq.
Öz ailəsini qurmaq, pul qazanmaq, öz fikirlərini müdafiə etmək istəyəcək və öz qərarlarını yerinə yetirəcəklər. Bunu edə bilmələri və bütün bunların necə sona çatacağı böyük ölçüdə sizə bağlıdır!
1. Fiziki müstəqillik
İstər ilk addımı, istər yemək, istər tualet, istər mağazada oyuncaq seçimi, istər hovuza tullanmaq və s. fəaliyyətlərə uşağınızın hazır olduğunu görəndə onu buraxın. Təsir göstərməyin, sadəcə öz yolu ilə getməsinə icazə verin. Yıxılmaqdan qoruyun və nəticələr barədə xəbərdar edin, amma onun əvəzinə siz yerinə yetirməyin.
2. Yetərli hərəkət
Yadda saxlayın ki, enerji yalnız enerjidən doğur. Hərəkətsizlik onu öldürür. Uşaqları tənbəlləşməyə qoymayın. Özünüz də tənbəl olmayın. Layiqli nümunə olun. Gəzinti, qaçış və ya istənilən idman və məşğuliyyət növü uşaqlara hava və su kimi lazımdır. Əks halda onlar yaddaqalan uşaqlıq yaşaya bilməyəcək.
3. Sakit, qayğıkeş və etibarlı ailə mühiti
Bu, çox vacib punktdur. Əgər evdə vəziyyət gərgindirsə, o zaman heç bir özgüvən və sərbəstlikdən söhbət gedə bilməz. Uşaq üçün ev – onun həmişə təmənnasız olaraq sevildiyi və gözlənildiyi yuvadır. Söz-söhbət içində yaşayan uşaq gələcəkdə bəlkə də onun yaxasını buraxmayan komplekslərlə birlikdə böyüyəcək. Odur ki, bu məqamı yadda saxlayın. Kənar təsirlərin və çöldəki qəzəbin evə daxil olmasına imkan verməyin. Qışqırmayın və küskünlüklərinizi uşağın yanında yüksək səslə müzakirə etməyin. Heç vaxt uşaqların gözü qarşısında mübahisə etməyin və dalaşmayın. Bu, uşaq psixologiyası üçün çox ağır zərbədir.
4. Süfrə arxasında ailəvi söhbətlər
Uşaqlar üçün bütün ailənin masa ətrafında toplanıb söhbət etməsindən qiymətli heç nə ola bilməz. Canlı və maraqlı söhbətlər uşaqların inkişafına müsbət təsir edir. Kiçiklər yaşlıların xatirələrini dinlədikcə onların təcrübələrindən öyrənir, yaşlılar da öz növbəsində gənclərin öz baxışlarını ifadə etməsinə mane olmur. Bu, güclü və doğru qərarlar qəbul etməyə kömək edən fikir mübadiləsidir.
5. İcazənin dəqiq çərçivələri və birmənalı rəftar
Bu, nəinki uşaqların, hətta yetkin insanın da həyatını çox yüngülləşdirir. Qərarlarınızı əlcək kimi dəyişdirməyin: birmənalı olmayan sözlərdən istifadə etməyin və ailədaxilində ikili qərarlar tətbiq etməyin. Ailənin bütün üzvləri ilə danışın və onlardan eyni tərbiyə taktikasını dəstəkləməyi xahiş edin.
Valideyn olaraq uşaqlar üçün edə biləcəyiniz vacib işlər:
- Hər zaman uşaqların tərəfindən çıxış edin;
- Diqqətlə dinləyin və sözlərini yarımçıq kəsməyin;
- Stressli vəziyyətləri minimuma endirin;
- Uşaqlığının qayğısına qalın;
- Çoxlu səyahət edin;
- Xarici dillər öyrədin;
- Sağlam həyat tərzi sürün;
- Muzeyləri və teatrları ziyarət edin, müxtəlif qruplara və klublara yazdırın;
- Yüksək səslə şeir əzbərlədin;
- Ən optimal bonus sisteminizi inkişaf etdirin;
- Layiqli cəzalandırma metodundan istifadə etməyə çəkinməyin (Əlbəttə ki, fiziki deyil);
- Qazandığı uğurları və məziyyətlərini tərifləyin;
- Uğursuzluğa görə danlamayın;
- Səbəb və nəticəni izah edin;
- Tələsik qərarlar verməyin;
- Aşağılamayın və utandırmayın, xüsusilə başqalarının yanında;
- Həqiqəti söyləyin;
- Uşaqlarla istənilən mövzunu müzakirə edin;
- Onları heç vaxt özünüzlə və başqa uşaqlarla müqayisə etməyin;
- Bütün uşaq tədbirlərində iştirak edin;
- Uşaqlarla həmişə qürur duyun və onlara hörmət edin.
Mənbə: Qadin.net
“Valideynlər azyaşlı uşaqlar və körpələrdə heç bir əlaməti nəzərdən qaçırmamalıdır. Çünki bəzən uşağın davranışında adi görürən hansısa dəyişikik ciddi nevroloji problemlərdən xəbər verə bilər”.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış mütəxəssis, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının professoru Zakir Əliyev deyib. O bildirib ki, müasir dövrdə uşaqlar arasında nevroloji patologiyalar əsasən dörd istiqamətdə müşahidə olunur: əqli inkişafdan geri qalma, yaddaşdan kəmlik, hərəkətin zəifləməsi (iflic, parezlər) və qıcolmalar (epilepsiyalar).
“Əgər həkim bu dörd əlamətin hər birini heç olmasa 5 faiz aşağı sala bilirsə, bu, böyük göstərişdir. Lakin bu əlamətlərin üçünün eyni uşaqda olması artıq fəlakətdir”, – deyə həkim qeyd edib.
Z.Əliyev bildirir ki, valideynlər də nevroloji problemləri olan uşaqların müalicəsinə ciddi yanaşmırlar: “Məsələn, qıcolma kəsilən kimi, dərmanları yarımçıq saxlayır, müalicəni davam etdirmirlər: “Əgər müalicəyə düzgün əməl olunmasa, uşaqlarda tutmalar düzəlsə də, əqli problemlər həll olunmayacaq. Bəzən valideynlər uşağın özünü yerə çırpmasına da adi hal kimi, şıltaqlıq kimi yanaşırlar. Halbuki, bu, problemlərdən xəbər verir. Bu məsələlərlə bağlı mediada, televiziyalarda maarifləndirici verilişlər artırılmalıdır ki, valideynlər bu haqda daha çox məlumatlı olsunlar”.
Bu ildən etibarən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də qəbul qaydası elektron formada həyata keçiriləcək.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.
Onun bildirdiyinə görə, liseylərə qeydiyyatdan keçmək üçün valideynlər martın 13-dən etibarən elektron sistemdən istifadə edə bilərlər.
İ.Abdullayeva vurğulayıb ki, bu təqvim ili ərzində 6 yaşı tamam olan bütün uşaqlar heç bir müsahibədə iştirak etmədən martın 13-də qeydiyyatdan keçə bilərlər.
Bu məqaləmizdə uşaqların yalan danışmasının səbəblərindən bəhs edəcəyik:
Cəzalandırılmaqdan qorxmaq
Uşaqların yalana baş vurmasının ən əsas səbəbi cəzalandırılmaqdan qorxmaqlarıdır. Uşaqlar çıxılmazda hiss etdikdə yalan danışarlar. Səhv etdikdə çox sıxıntıya məruz qalırsa və sərt reaksiya ilə qarşılaşırsa, yalan deməyə başlayacaq.
Bəzən xəyal qurarlar
Digər tərəfdən yalan və xayal qurmaq fərqlidir. Bəzən olduqları əhvala və psixoloji vəziyyətə görə xəyali hadisələr uydurub, onları real kimi danışarlar. Onların məqsədi yalan və ya aldatmaq deyil. Əgər həddindən artıq çox xəyali hadisələrdən danışırsa, səbəbləri araşdırılmalıdır.
Təsdiq edilmək üçün
Ana və atanın, dostlarının və müəlliminin onları sevmədiyini düşünən uşaqlar, özlərini dəyərsiz hiss edib, başqalarının diqqətini və təsdiqini əldə etmək üçün etmədiklərini edirmiş kimi danışarlar. Məsələn, qarnı ağrımadığı halda qarnının ağrıdığını, qiymətləri pis olduğu halda yaxşı olduğunu qeyd edərlər.
Necə davranmalı?
- Uşağınız yalan dedikdə həmin an onu günahlandırmaq, əsəbiləşmək və həddindən artıq reaksiya vermək düzgün deyil.
- Uşağı yalançılıqla ittiham etmək və onu qorxutmağa çalışmaq yalana davam etməsinə səbəb ola bilər. Məqsədiniz onu cəzalandırmaq yox, səhvini başa düşməsini və düzəltməsini təmin etmək olmalıdır.
- Uşağın niyə yalan dediyini anlamağa çalışaraq, yalançılığa itələyən səbəbləri də aradan qaldıra bilərsiniz. Bəzən ana və atanın davranışları uşaqları yalana təşviq edər.
Mənbə: http://qadin.net
“Öyrətmək formasını dəyişməsək, bizim üçün çətin ola bilər. Çünki öyrətmək formamız, öyrətdiklərimiz 200 il əvvəldən qalmadır. Uşaqlarımıza robotlarla rəqabət aparmağı öyrədə bilmərik. Onlar daha ağıllıdırlar. Dəyər, inanc, sərbəst düşünmə, komanda birliyi, başqalarına dəyər vermək… Bunlar insani bacarıqlardır. Bilik sizə bunları öyrətməz. Öyrətdiklərimiz, robotlardan daha fərqli olmalıdır”.
Bu sözləri e-ticarət sahəsində fəaliyyət göstərən Alibaba Groupun qurucusu, başçısı və eyni zamanda köhnə müəllim və dünyanın tanınan varlılarından olan Jack Maya aiddir. Amma bu sözləri dəyərli edən onun milyard dollarlıq sərvətindən üstün olan möhkəmlik, xəyalpərəstlik və xeyriyyəçilikdir.
Jack Manın qeyri-adi xarakteri
Orta səviyyəli musiqiçi bir ailənin ortancıl uşağı olaraq dünyaya gələn Ma, 12 yaşındaykən ingilis dilində öyrətməyə duyduğu maraq səbəbilə 8 il müddətində turistlərə ödənişsiz rəhbərlik edib. Bu təcrübə onun öyrənməyə və öyrətməyə qarşı olan sevgisinin göstəricisidir. Çünki bu xidmət qarşılığında pul almaması bir yana, turistlərin olduğu yerə getmək üçün hər gün kilometrlərlə velosiped sürməyi belə özünə problem etməyib. Gözlənildiyi kimi bu sevgi onu məktəb damı altında təhsil almağa istiqamətləyib. Gözlənilməyən isə Manın dörd il müddətində universiteti qazana bilməməsi və bunun nəticəsində Hangzhou Müəllimlər İnstitutuna qəbul olmağı bacarması olub. Buraya qədər davam edən hekayə – kiçik yaşlardakı təcrübələr, imtahan uğursuzluqları – nadir də olsa bəzilərimiz üçün hələ də tanış ola bilər. Lakin Manın universitet illərində və sonralar müraciət etdiyi 30-a qədər fərqli işin hamısından rədd cavabı alması və yenidən yoxlamaqdan əl çəkməməsi olduqca qeyri-adidir.
Həyatının dönüş nöqtəsi isə 31 yaşında Amerikaya getdiyi vaxtda internetlə tanış olması olub. Ma geri döndüyündə internetlə bağlı nələrsə etməyə qərar verib. O dönəmdə Çində olan kompüterlərin sayının az və qiymətinin baha olması onu düşüncəsindən döndərməyib və bu işə “Demək ki, Çinin İnternetlə tanış olma vaxtı gəlib” deyərək başlayıb. 17 dostunu internet üzərindən e-investisiya etməyə razı saldıqdan sonra Jack Ma kod yazmaq ilə bağlı heç bir məlumatı yox ikən, Alibaba şirkətini öz evində qurub.
Özünün həyatını qısaca izah edən bu səhnələr Ma üçün uğursuzluğun, zəfərə gedən yolda təcrübədən keçən təbii bir müddət olduğunu ortaya qoyur. Özü düşdüyü yerdən sanki hacıyatmaz kimi yenidən qalxıb, həmişə yenidən, başqa bir yolla, əl çəkmədən yoxlayıb.
Bir neçə müddət bundan əvvəl isə təqaüdə çıxdıqdan sonra yenidən müəllimlik edəcəyini bu sözlərlə açıqlayır: “Müəllimliyə geri qayıtmaq istəyirəm, çünki etdiyim iş məni çox həyəcanlandırır. Dünya böyükdür və mən hələ gəncəm, buna görə də yeni şeylər yoxlamaq istəyirəm”.
Jackın həyatı ümidsizlik bilməyən bir xəyalpərəstin real həyat hekayəsidir. O, bacarığını biliyinə deyil, biliyinin işləyiş formasına borcludur. Bu adətən məktəblərdə – təəssüf ki – öyrənmədiyimiz, lakin öyrənə biləcəyimiz bir üstünlükdür. Bu səbəblə də məqalənin əvvəlində də qeyd edildiyi kimi, Manın bizlərə nəsihəti intellektual biliyə göstərdiyimiz marağı xarakter inkişafına da yönləndirməyimiz və beləliklə yeni nəsli özlərini inkişaf etdirmələri üçün dəstəkləməyimiz yönündədir.
İtaliyadakı bir kitab evi geridönüşüm məqsədilə bir plastik və konserv qutusu gətirən hər şagirdə pulsuz kitab verəcəyini bildirib.
İtaliyadakı balaca qəsəbə olan Polladakı Ex Libris Kafe kitab evinin sahibi Michele Gentile, çevrə üçün nələrsə etməklə yanaşı, uşaqların kitab oxumasını da təşviq etmək istədiyini söyləyir.
“Məqsədim adətən oxumağı çox da sevməyən italyanlar arasında oxumaq sevgisini yayrkən, bir tərəfdən də çevrəyə dəstək olmaqdır. Ümid edirəm bu addım qısa zamanda viral olar və bütün ölkəni təsir altına alar”.
Gentile, bir tarlaya buraxılmış böyük bir metal yığınını gördüyü gün bu layihə fikrini tapdığını deyir: “Ən az 300-400 Euro dəyərindəydi. Bir məktəb şagirdinin illik kitab xərclərindən çox idi. Məhəllədəki bir dövlət məktəbilə danışdım, onlar da metal tullantılarını toplamağa başladılar. Nəticə möhtəşəm idi. İki gün ərzində 200 kq tullantı topladıq”.
Gentile geridönüşüm mərkəzindən aldığı pula bütün sinfə kitab aldı. “Bunun üzərinə belə düşündüm: Mənə plastik şüşə və konserv qutusu gətirən uşaqlara niyə kitab verməyim?”
Kitab evinin sahibinin məktəblərlə və əhaliylə apardığı bu layihə plastik və konserv qutuları göndərməyə başlayan ölkənin şimalındakı uşaqlara qədər yayılmağı bacardı.
“Sadəcə dünən 60 ədəd pulsuz kitab verdim. Dünyadakı hər uşağın bir plastik və konserv qutusu qarşılığında kitab aldığını düşünün. Bilirəm, bu bir xəyaldır, amma niyə də real olmasın?”
Mənbə: egitimpedia.com
Keyfiyyətli yuxu, uşağın böyümə və inkişafı üçün olduqca əhəmiyyətlidir. Alimlər uşaqların və körpələrin kifayət qədər yatmadıqları təqdirdə onların beyin inkişaflarında ləngimə, əsəbilik, diqqətsizlik, iştahsızlıq, öyrənmə qabiliyyətinin azalması və hiperaktivlik yarandığını bildirirlər.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, müasir zamanda analar həm işləyir, həm də uşaqlara baxırlar. Bu zaman uşaqların yuxu problemləri bütün ailəyə mənfi təsir gösrətə bilər. Yuxu uşağın fiziki olaraq dincəldiyi və beyninin bəzi bölgələrinin gündüzə nisbətən daha aktiv işlədiyi bir vaxtdır. Bu səbəbdən də uşağın fasiləsiz yuxusu onun inkişafı üçün çox əhəmiyyətlidir.
Yuxu boyunca uşağın mərkəzi sinir sistemi inkişaf edir və beyin hüceyrələri arasında yeni bağlar yaranır.
Buna görə də 0-5 yaş arası uşaqlar ən gec 20.00-21.00 yatmalı və səhər saat 08.00-dan gec olmayaraq yuxudan oyanmalıdırlar. Gecə saat 22:00-da yuxuya gedən bir uşaq 20:00-21:00 saatları arasında orqanizmində sintez olunan hormonlardan faydalana bilməyəcək.
Körpələr rejimi çox sevirlər. Belə olduqda onlar özlərini rahat hiss edirlər. Rejimə salındıqda uşaqlar daha rahat yatır, qidalanır və normal inkişaf edirlər.
Bu məqalə müəllim olan Adam Hatch tərəfindən yazılıb. Adam Tayvanın Taiperi şəhərində uşaqların ingilis dilində araşdırma edib məqalə yazmağı öyrəndikləri bir məktəb qurub. Məqalələr Tayvanda uşaqlar tərəfindən hazırlanan ilk ingilis dilində qəzet olan Taipei Teen Tribune-də tirajlanıb.
Əziz valideynlər,
Təhsilə ayırılan büdcənin azaldığı və dövlət məktəblərinin, müəllimlərin “şeytan” kimi göstərildiyi dövrdə şagirdlərin uğur qazanmasında ən böyük pay biz müəllimlərlə ölçülür. Ancaq biz müəllimlər olaraq rolumuzun sizlərlə qarşılaşdırıldığında daha az önəmə sahib olduğunun fərqindəyik.
Şagirdlərimizin əsl müəllimi sizsiniz. Təhsil, öyrənmək və məktəb ilə bağlı siz nə düşünürsünüzsə, uşaqlarınız da elə düşünəcəkdir. Buna görə də onlarla birgə keçirdiyiniz günlərin xüsusiyyəti, sizin evdə göstərdiyiniz liderliklə bağlıdır. Bir sözlə, köməyinizə ehtiyacımız var. Bu beş vacib addımla başlayaq:
- Övladlarınız üçün bəhanələr gətirməyin
Hər kəs səhv edir, xüsusilə də uşaqlar. Təhsil səhv edə bilmə və bunun nəticələri ilə qarşılaşmaq prinsipinə əsaslanır. Bu, öyrənməyin təməlidir. Yəni, uşağınız dərsə gecikdiyində, tapşırıqlarını tamamlaya bilmədiyində ya da sinifdə əsəbi davranışlar göstərdiyində onun arxasında durmayın. Bundan dərs çxarmasına icazə verin.
Hətta, bir addım daha irəliyə gedin və onu davranışları ilə bağlı məsuliyyətlər almasına təşviq edin. Biz uşağınıza oxumağı, riyaziyyatı öyrədə bilərik, amma ona insani dəyərlər və məsuliyyət mövzusunda dərs verəcək şəxs sizsiniz. Başı dərddə olanda qarışmayın və icazə verin uşağınız bundan dərs çıxarsın. Bu, bir müddətliyinə sıxıcı ola bilər, ancaq nəticədə uşağınız dəyərli bir təcrübə qazanmış olacaq.
- Etməli olduqları işi etdiklərindən əmin olun
Uşaqlar hər axşam nə yeyəcəkləri ilə bağlı söz sahibi olsaydılar böyük ehtimalla qida dəyərlərini nəzərə almayaraq dondurma yeməyi seçərdilər. Eyni şey ev tapşırığı üçün də keçərlidir – adətən sıxıcı, vaxt aparan bir işdir və bir çox şagird tapşırıqlarını bitirmək ilə televizor ya da video oyunlar arasında qalır. Elə isə uşaqlarınızın tapşırıqlarını vaxtında bitirməsini necə təmin edə bilərsiniz?
Bu sualın cavabı yaxşı bir valideynlikdir. Uşaqların bütün gün düzgün qidalanmasını təmin etmək valideynlərin işidirsə, şagirdlərin hansı tapşırığı bitirməsi lazım olduğunu bilmək və bunların yerinə yetirildiyindən əmin olmaq da onların işidir. Şagirdlər məsuliyyət almağı öyrənməlidir və valideynlərinin də işin içində olduğunu bilmək, məsuliyyət almağın dəyərini artıracaqdır.
- Diqqətdağıdıcı ünsürləri aradan qaldırın
Video oyunları, sadə bir deyimlə desək bütün müəllimlərin düşmənidir. Televizorlar, mobil telefon deyilən o “icad” sosiallaşma, açıq havada gəzmək və ən vacibi kitab oxumaq kimi kritik inkişafetdirici fəaliyyətlərin qarşısını alır. Bunları uşağınızın gündəlik həyatından çıxardaraq müəllimlərə kömək edin.
Şagirdlər mobil telefona toxunmamalıdır demirəm, amma artıq istifadə olunsa, zərəli bir hala gələ bilər. Televizoru gündə bir saat ya da daha azı ilə sərhədləyin, təbii tapşırıqlar və dərslərini bitirdikdən sonra.
- Evdə yaxşı vərdişləri nümunə edin
Dediyim kimi, uşaqlar ilk olaraq və ən çox valideynlərindən dərs alırlar. Yəni, siz nə edirsinizsə uşağınız da onu edir. Əgər heç vaxt kitab oxumasanız, tapşırıqları ilə heç maraqlanmasanız və hər yemək vaxtında televizor izləsəniz, uşağınız da eyni formada davranacaqdır. Bunun tam tərsi də keçərlidir: yatmamışdan əvvəl bir az kitab oxuyub, məktəbdə baş verənlər haqqında söhbət edib və axşam olanda da televizoru söndürsəniz, uşağınız da bu vərdişlərə yiyələnəcək.
- Müəllimlərə qarşı deyil, onlar ilə birgə hərəkət edin
Sonda isə yanımızda durun. Bu işi milyoner olmaq üçün deyil, uşaqları və cəmiyyəti önəmsədiyimiz üçün edirik. Uşaqlarınızın uğura çatmasında biz mane deyilik, onları həm intellektual, həm də emosional baxımdan dəstəkləmək bizim birinci vəzifəmizdir.
Uşağınıza zəif qiymət vermişiksə, bizi buna görə günahlandırmayın. Bunun məqsədi uşağınızın bəzi dəyişikliklər etməsi lazım olduğu ilə bağlı sizi məlumatlandırmaqdır.
Əvvəl-axır biz də sizin yanınızdayıq, çünki hamımız şagirdlərin yanındayıq. Uşağınızın təhsil həyatı ilə maraqlanmayaraq bizim üçün “çətin” valideyn olmaq yerinə bizlərə kömək etsəniz, uşağınız çox daha yaxşı böyüyəcəkdir. Gəlin bir-birimizə kömək edək və o çox sevdiyimiz uşaqlar üçün əlimizdən gələnin ən yaxşısını edək.
Mənbə: egitimpedia.com