Yolda uşaqları necə əyləndirmək olar?

Yolda uşaqları necə əyləndirmək olar?

Səyahətə getməzdən əvvəl dəftər-kitab mağazasından övladınızı əyləndirəcək, sakitləşdirəcək bir neçə əşya ala bilərsiniz:

  • Bir neçə kiçik heyvan fiquru
  • Balaca maşın oyuncağı – əsas odur ki, yeni olsun
  • Nağıl kitabı
  • Maraqlı və asan tapşırılqarı olan kitablar

Səyahətdə uşaqlarla hansı oyunları oynamaq olar

  • “Tap görüm mən kiməm” – Oyunçulardan biri uşaq kitablarından və ya cizgi filmlərindən olan obrazı təsvir edir. Qalan oyunçular isə onun kim olduğunu tapır.
  • Bütün sözləri eyni hərflə başlayan cümlə tapılır. Məsələn, Sevinc suyu stola səpdi.
  • 4 hərfli sözün hərflərindən ibarət qısa hekayə qurmaq. ALMA- Ayı Ləpirini Meşəbəyi Aşkarladı.
  • Birlikdə mahnı ifa etmək.

4 yaşdan kiçik uşaqlar üçün:

  • Ovuc içində barmaqla rəsm çəkmək
  • Heyvan fiqurlarından ibarət əl kuklası ilə oyun
  • Az şişirdilmiş şardan müxtəlif heyvan fiqurları düzəltmək

Mənbə: solnet.ee

 

 

 

Körpələrin beyin inkişafı nə vaxt tamamlanır?

Ana və ataların körpələrlə bağlı maraqlarına səbəb olan nüans yaddaşla bağlıdır. Valideynlər həmişə körpələrinin onları seçib seçmədiyini, xatırlayıb-xatırlamadığını bilmək istəyirlər. Bəs körpələrin hafizəsi nə vaxta qədər inkişaf edər? Nə vaxt hər şeyi yadda saxlamağa başlayarlar?

Böyüdükdən sonra körpə vaxtımızı xatırlamasaq da, yaddaşa yazılan ilklərin böyük əhəmiyyəti vardır. Körpə dünyaya gəlmədən, ana qarnında bir çox şeyin fərqində olur. Mütəxəssislər hamiləlik dövründə körpə ilə ünsiyyət qurmağı tövsiyə edirlər. Beləliklə, körpələr analarının səsini asanlıqla xatırlayırlar.

Körpələr nə vaxt xatırlamağa başlayır?

Yeni doğulan körpələr analarının səsini, əmizdirilməyə başlayan körpələr isə anasının qoxusunu 1 həftəyə öyrənir və xatırlayır. Gördükləri insanları və əşyaları xatırlama isə üçüncü aydan sonra başlayır. Körpələr 14 aylıq olana qədər konkret yaddaşa sahib olmazlar. Ona görə uzun müddətli yadda saxlama reallaşmaz.

Çox vaxt 3 yaşına qədər olan hadisələr yaddaşda uzun müddət qalmır.

Körpələrin yaddaşını gücləndirməyin yolları:

1. Davamlı bir formada təkrar və tətbiqi olaraq praktik edin

2. Yavaş-yavaş öyrətməli, məlumatlarını zamana bölməli

3. İlk 18 ay körpələrin hafizə inkişafı baxımından olduqca vacibdir. Beyni inkişaf etdirən qidalara yer verməli

Mənbə: qadin.net

Körpəni atıb-tutmaq, yelləmək beyinə qan sızmasına səbəb ola bilər

Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir. Xüsusən də körpənin ilk üç ayında qaz sancıları olduğundan çarəsiz qalan valideynlər ətrafdakı yaşlı insanların məsləhəti ilə uşağı ayaqda yelləməyə başlayırlar. Çox zaman da uşaq illər boyu bu üsulla yatmağa davam edir. Hətta bu vəziyyət bütün gecə ananın ayağından ayrılmamaq vərdişinə çevrilə bilir.

Bədən yelləndiyində gözlər bir nöqtəyə baxdığından beyinə hərəkət olmadığı siqnalı gedir. Bu siqnal gicəllənmə ilə yanaşı yuxu gətirir. Yuxu isə tam olaraq beyninin ehtiyacı kimi ortaya çıxır. Buna görə körpə beşikdə yırğalanaraq yatızdırılarkən hipnoz halında olur.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, nevroloq Aynur Zeynalova körpələri yatızdırarkən yelləmək, havaya atıb-tutmağın doğru olmadığını bildirib. Bu, uşağın sağlamlığında ciddi fəsadlar yarada bilər. Daxili qulaqda bədənin müvazinətini nizama salan mürəkkəb sistem – vestibulyar aparatı yerləşir. Bu vestibulyar aparatında xüsusi maye – labirint mayesi olur. Burdakı hüceyrələr başın ən kiçik hərəkəti ilə çalxalanan daxili qulaq mayesinin çırpıntıları ilə oyandırılaraq, başın hərəkətini beyinə itələyir. Çox sürətlə fırlandıqda ordakı maye hələ də fırlandığından baş gicəllənməsi deyilən bir hal ortaya çıxır. Uşaq yellənən zaman da gözləri sabit bir nöqtəyə baxır və vestibulyar labirintdəki hüceyrələr silkələnərək, körpənin baş gicəllənməsi kimi bir hisslə yuxuya getməsinə səbəb olur. Uşaq yatmaq ehtiyacından çox sərsəmlik hissiylə yatmağa başlayır. Körpənin ağlamasını dayandıra bilmədikdə get-gedə daha güclü formada bir yerdən digər yerə itələnirmiş kimi yellənməyə başlayır. Bu cür həddən artıq yellənmə təhlükəli nəticəyə səbəb ola bilər:

“Körpələrin başı bədənə nisbətən böyükdür. Buna görə başın önə-arxaya atılması və ya sağa-sola çevrilməsi zamanı ciddi fəsadlar yaranar. Məsələn, boyundan beyinə gedən damarlar yırtılaraq, baş beyinə qan sızar. 1 yaşa qədər körpələrlə daha ehtiyatlı davranmaq lazımdır. Körpələri sevmək məqsədiylə silkələmək, atıb-tutmaq də qəti qadağandır. Körpələri silkələyən zaman tək beyin qanaması deyil, beyindən qarın boşluğuna yönələn azan sinirin qopması, nəticədə tənəffüs dayanması baş verir. Ən çox rast gəlinən hal budur”.

Həkimin sözlərinə görə, yuxu problemi olan uşağı saatlarla silkələyib yatırtmağa çalışmaqdansa həkimə aparmaq lazımdır. Uşağın həkim tərəfindən müayinə edilərək hər hansı bir sağlamlıq problemi olub-olmadığı araşdırılmalıdır.

Muzey gəzintilərini uşaqlarla daha maraqlı edin

Yay tətilində uşağınızla birlikdə edə biləcəyiniz ən maraqlı fəaliyyətlərdən biri də muzey gəzintiləridir.

Muzeyləri uşağınızla birlikdə ziyarət etməyiniz onun inkişaf səhələrini dəstəkləyərək (xüsusilə yaradıcı düşünmə, sorğulama və s.) yaxşı vaxt keçirməyinizi təmin edər.

Olduğunuz bölgədəki muzeylərin siyahısını hazırlayaraq bu fəaliyyətə başlaya bilərsiniz.

  • Olduğunuz ərazidə muzey sayı çoxdursa, üç muzey təklif edib gedəcəyiniz muzeyə onun da fikrini alaraq birlikdə qərar verə bilərsiniz.
  • Muzey haqqında övladınızı məlumatlandıra bilərsiniz. Muzeyə getmədən öncə mütləq muzeyin qaydaları haqqında da məlumat verməyiniz yaxşı olar.
  • Mütləq rəngli qələmlərini və ağ kağızlarını da özünüzlə birgə aparın. Hətta uşağınızla birlikdə doldurduğunuz bir muzey araşdırma çantası da hazırlaya bilərsiniz. Muzey çantanızı hər muzey gəzintilərində ehtiyac olduqda yeniləyərək özünüzlə götürə bilərsiniz.
  • Muzeydə olan əsərlərin görüntülərini muzeyin İnternet səhifəsindən çap edərək uşağınıza verib, muzeyi gəzmə mərhələsində əlindəki şəkli tapmaq oyunu oynaya bilərsiniz.
  • Muzeydə qarşılaşdığınız əsərin hekayəsini düzəldə bilərsiniz. Əgər o əsər tablodursa, tablonun əvvəlindən və sonrasında nə ola biləcəyi ilə bağlı söhbət edə bilərsiniz.
  • Muzeyi gəzərkən əgər muzey qaydalarına uyğundursa, uşağınıza fotoaparat verib öz muzey arşivini düzəltməsinə dəstək verə bilərsiniz.
  • Muzeydə bir vitrinin qarşısında dayanıb səssiz film oynaya bilərsiniz. Bir insan vitrindən bir əsər seçər və onu canlandırır, digər ailə fərdləri isə tapmağa çalışır. Tapan insan da vitrindən fərqli bir əsər seçərək onu canlandırır və oyun bu formada davam edir.
  • Muzeydən çıxmadan öncə isə birlikdə muzeyi xatırladan xatirə şəkli çəkdirməyinizi təklif edirik.

Mənbə: egitimpedia.com

Övladlarınızla əyləncəli oyunlar

Bu məqaləmizdə övladınızla birgə evdə oynaya biləcəyiniz oyunlarla tanış ola bilərsiniz:

Musiqi ilə tullanma oyunu

Ailəliklə oynaya biləcəyiniz bu oyunda, oyunçular musiqi çalarkən tullanırlar. Musiqi dayandığında yerə oturub bardaş qurarlar. Bardaş qurmada sona qalan oyunçu oyundan çıxar. Təbii sizin uşağınıza yol göstərici olmağınız, onun sürətinə uyğunlaşmağınız lazımdır. Bu oyunu rəfiqələrinizin uşaqlarıyla öz uşağınız bir yerdə olarkən etmək daha əyləncəli olar.

Şpilka oyunu

Rəngli şpilkaları rənglərinə görə çoxluqlara ayırın. Hər bir çoxluqdan bir dənə götürüb uşağınıza verin. Ondan, əlindəki paltar şpilkaları aid olduğu rəng tipinin yanına qoymasını istəyin. Təbii bu əsnada rənglərin adlarını hər dəfə təkrarlamanız, öyrənməsi baxımından faydalı olacaq.

Oyuncaq gizlətmə

Oyuncaqları şkafda gizlədin, amma şkafın harasında gizlətdiyinizi göstərməyin. “Gəl, indi oyuncaqları tapaq” deyə onu oyuna daxil edin. O axtararkən rəfin üzərində tapa bilmədisə, “Rəfin üzərində deyilmiş demək” kimi təkrarlarla, alt-üst, var-yox kimi zidd anlayışları öyrənməsini təmin edə bilərsiniz

Heyvan səsləri oyunu

Oyuncaq heyvanların hamısını bir paketə qoyun. Sonra uşağınızdan torbadan bir dənə oyuncaq çıxartmasını istəyin. Götürdüyü heyvanın adını və hansı səsi çıxardığını birlikdə təkrarlayın. Eyni şəkildə heyvan səsləri sahəsində oynaya biləcəyiniz bir oyun daha var; bu da görərək deyil, eşidərək tapmağa aiddir. Bunun üçün heyvan səslərini audio kasete yazmaq lazımdır. Daha sonra ona dinlətdiyiniz heyvan səsinin hansı heyvana aid olduğunu tapmasını xahiş edin.

Mənbə: qadin.net

Uşağınız barmağını əmirsə, səbəbi sevgisizlikdir

4 yaşından sonra uşağın barmağını əmməyə davam etməsi özünü sevgisiz və güvənsiz hiss ediyinin əlaməti ola bilər.

Uşaqlarda 3-4 yaşlarına qədər normal qəbul edilən barmaq əmmək davranışı hər zaman məsum bir vərdiş olmaya bilər. 4 yaşından sonra uşağın barmağını əmməyə davam etməsi ya da barmaq əmməyi sonradan bir vərdiş halına gətirməsi özünü sevgisiz və güvənsiz hiss etməsinin əlaməti ola bilər. Mütəxəssislər, uşaqlarda tez-tez rastlanılan barmaq əmmək vərdişi ilə bağlı bu məlumatları verib:

Barmaq əmmək, uşaqlarda hər hansı bir psixopatoloji faktor olmadan 3-4 yaşlarına qədər görülən bir haldır. Zərərsiz bir davranış olan barmaq əmməyə təxminən uşaqların hamısında rastlamaq mümkündür. Bunun ən önəmli səbəbi yeni doğulan uşaqların barmaq əmməyi ana bətnində öyrənmiş olmaları və doğuşdan sahib olduqları ən güclü reflekslərindən birinin əmmək refleksi olmasıdır.

Barmaq əmmək aclıq əlaməti deyil

Anaların böyük əksəriyyəti barmaq əmməyin aclıqdan qaynaqlandığını düşünürlər. Halbuki 70% ehtimalla bu, qidalanma ilə bağlı olmayan bir davranışdır. 1 yaş uşaqlarının təxminən yarısı barmaqlarını əmirlər. Doqquzuncu aydan etibarən yuxuyla barmaq əmmək arasında yaxşın bir əlaqənin olduğu, yuxusu gələn uşağın barmağını ağzına apardığı görünür. Bəzi uşaqlar yeni dişlərinin çıxması, bəziləri də çətinliklə qarşılaşdıqlarında utanma və sıxılma əlaməti olaraq barmaqlarını sorarlar.

Diqqətsizlik barmaq əmmək səbəblərindəndir

Uşaqlarda barmaq əmmək davranışı 3-4 yaşlarına qədər davam edə bilən normal bir vəziyyətdir. Uşaqlar diş çıxartmaq dönəmlərində damağın qaşınmasından dolayı barmaq əmməyə başlaya bilərlər. Bu davranış adətən uşaqlar yuxuya gedərkən, ac olanda, tək qaldıqda, qorxduğunda ortaya çıxır.

Ancaq bu yaş aralığından sonra uşaq barmaq əmməyə davam edirsə, ya da sonradan vərdiş halına gətirirsə, altında psixoloji səbəblər axtarılmalıdır. Ana və ata çox nəzarətçi və basqılı bir mövqedədirlərsə, özünə güvənini qazana bilməyən uşaq, barmaq əmmək davranışını göstərə bilər. Uşaqlar, valideynlərinin onunla kifayət qədər maraqlanmadığını düşündüyü vaxt onların yenidən marağını çəkə bilmək üçün daha balaca uşaq kimi davrana bilər. Uşaqlar psixoloji problemlər və gərginliklər yaşadıqları zaman sıxıntılarını barmaq əmərək yansıda bilərlər. Ailə içində problemlər yaşanması (məsələn valideynlərin boşanması) uşaqda bu davranışa səbəb ola bilər.

Təzyiq göstərməyin

Barmaq əmmək davranışını uşaq adətən özü-özünə tərgidir, valideynlər təlaşlanmamalıdırlar. Uşağın bu davranışı üzərində durulmamalıdır. Bunun əvəzinə uşağın marağı başqa istiqamətə çəkilməlidir. Bu davranışın adətən təzyiqlə qarşısı alınmamalıdır. Məcbur etmək, əlini bağlamaq, əlinə vurmaq, əlinə acı sürmək kimi davranışlardan da uzaq durmaq lazımdır. Əgər barmaq əmmək davranışı uzun çəkibsə və bunu əlavə əlamətlər də müşayiət edirsə, bir uşaq psixiatırından məsləhət alın.

Mənbə: e-psikiyatri.com

 

Uşaqlar tətildə nə etməlidir?

Yay tətilində uşaqların dincəlməli olduğunu deyən mütəxəssislər bildirirlər ki, yaxşı və faydalı tətilin ilk şərti keyfiyyətli vaxt keçirməkdir. Mütəxəssislər, “Uşaqlarımıza boş vaxtı keyfiyyətli dəyərləndirməliyi öyrətməliyik” tövsiyəsi verərkən, dincəlmə və əylənmə fürsətinin də uşaqlara verilməsi lazım olduğunu vurğulayırlar.

Üsküdar universiteti NP Feneryolu tibb mərkəzinin mütəxəssisi klinik psixoloq Aynur Sayım, yay tətilini faydalı keçirmək mövzusunda ailələrə təkliflər verib.

Bəzi ailələr uşaqlarını yay müddətində kursdan kursa yönləndirərkən, bəziləri isə uşaqlarını sərbəst buraxdığını söyləyən Sayım, vaxtın doğru idarə  edilməsinin önəmini vurğulayıb.

Uşaq üçün ana və ata rəhbər olmalıdır

Doyurucu keçirilən vaxtın insanı xoşbəxt edib, dəyərli hiss edərək dinlənməsini təmin edəcəyini bildirən Sayım, “Təbii ki, tətil uşaq üçün müəyyən müddət ərzində planlı, qaydalı bir mühitdən sərbəst olduğu və dincələ biləcəyi daha rahat bir vaxta keçdiyi müddətdir”, deyə danışıb.

Dincəlməyə və əyləncəyə fürsət verilməlidir

“Ailələrin çox müdaxilə etmədən, uşaqdan gözləntini yüksək tutmadan, dincəlmə və əyləncəyə fürsət verərək fəaliyyət planı tərtib etməsinə kömək etməsi önəmlidir” deyən Aynur Sayım, “Tətildə seçdikləri dostlar, olduqları mühitlər ailə tərəfindən yoxlanılmalıdır, amma bunu edərkən çox təzyiq göstərməmək lazımdır” , deyə əlavə edib.

Tətildə kitab oxumaq saatları edilməlidir

Klinik Psixoloq Aynur Sayım, “Uzun tətil dönəmində uşaqların il ərzində öyrəndikləri bilikləri unutmamaq və yeni təhsil dönəminə hazırlanmaq üçün gündəlik planlamalar içərsinidə qısa dərs təkrarları və kitab oxumaq saatlarının əlavə edilməsi yararlı olacaqdır” deyərək dərs təkrarının uşaqlar üçün faydalı olduğunu vurğulayıb.

Mənbə: e-psikiyatri.com

Günorta yuxusu yatan uşaqlar daha xoşbəxt və uğurludur

Valideynlərin çoxu, günorta yuxusunun xüsusilə də, uşaqların ruh halı, enerji səviyyəsi və məktəb göstəriciləri baxımından nə qədər faydalı olduğu ilə bağlı eyni fikirdədilər. Pennsylvania universiteti ve Kaliforniya universiteti tərəfindən edilən bir araşdırma, valideynlərin bu düşüncəsini dəstəkləyir.

Yaşları 10-12 arasında dəyişən dördüncü, beşinci və altıncı sinif şagirdlərindən ibarət təxminən 3000 nəfərlik bir qrupla edilən araşdırma, günorta yuxusunun xoşbəxtlik, mətanət, davranış problemlərində azalma və daha yüksək İQ arasında bir əlaqə tapıb. Pennsylvania universitetində nevro-kriminologiya mütəxəssisi olaraq çalışan araşdırmacı Adrian Raine ən güclü əlaqənin akademik uğur ilə günorta yuxusu arasında olduğunu bildirib.

Raine, “Həftədə ən az üç dəfə günorta yuxusu yatan uşaqların akademik uğurunda 7,6 faiz artış müşahidə edilir”, deyir. “Hansı uşaq notlarının 7,6 faiz artmasını istəməz ki?”

Pennsylvania universitetində tibb bacısı və tibb sahəsində dosent olaraq çalışan araşdırmacı Jianghong, yuxusuzluğun və gün ərzində yuxulu olma halının uşaqlar arasında geniş yayıldığını, uşaqların 20 faizinin bunlardan təsirləndiyini söyləyir. Yuxusuzluğun yol açdığı mənfi duyğusal, fiziki təsirlər ortada olmasına baxmayaraq, bundan əvvəlki çalışmalar təkcə məktəb öncəsi və daha kiçik uşaqlara fokuslanırdı.

Bunun bir səbəbi, bir çox yerdə günorta yuxusu vərdişinin uşaqlar böyüdükcə tamamilə ortadan qalxmasıdır. Ancaq Çində bu vərdiş günlük həyata keçmiş vəziyyətdədir və məktəb, hətta yeniyetməlik dönəmi müddətində belə davam edir. Bu səbəblə Liu və Raine, Pennsylvania universitetinin biostatistika mütəxəssisi Rui Feng və Kaliforniya universitetinin yuxu araşdırmaçısı Sara Mednickin də olduğu bir araşdırmaçı komanda ilə birlikdə reallaşdırılan çalışmada, yeni gəzməyə başlayan uşaqları yetkin dövrlərinə qədər izləyən Çin Jintan Kohort Araşdırmasına müraciət etdilər.

Tətqiqatçılar, çalışmaya qoşulan 2928 uşağın hər birindən, dördüncü sinifdən altncı sinfə gələnə qədər günorta yuxusu sıxlığı və müddəti ilə bağlı məlumat topladılar. Bundan əlavə, altıncı sinfə çatdıqlarında mətanət və xoşbəxtlik kimi psixoloji dəyərlərlə yanaşı, bədən kütlə indeksi və qan şəkəri səviyyələri kimi fiziki məlumatları bir araya gətirdilər. Müəllimlərdən hər şagirdin davranış və akademik vəziyyəti haqqında məlumat alındı. Bundan sonra əldə edilən hər nəticə ilə günorta yuxusu arasındakı əlaqə, cinsiyyət, sinif, məktəbin məkanı, valideyn təhsil səviyyəsi və gecə yuxusu əsas alınaraq analiz edildi.

Mednick, bu layihənin öz sahəsində indiyə qədər edilmiş ən geniş araşdırma olduğunu söyləyir. “Bütün yaş qruplarıyla reallaşdırılan laboratoriya çalışmaları, günorta yuxusunun fərqli idrak vəzifələr baxımından gecə yuxusuyla eyni səviyyədə bir inkişaf təmin etdiyini göstərir. Bu araşdırma sayəsində məktəbə gedən yeniyetmələrə çox fərqli davranış, akademik, sosial və psixoloki meyarlar çərçivəsində sual vermək fürsəti tapdıq”.

Tətqiqatçılar, məlumatlar əlaqəli xüsusiyyətə sahib olsa da bu çalışmanın, uşaq həkimləri və tibb işçilərin məktəb saatlarının daha gec olması istiqamətində etdikləri çağırışlara bir alternativ təqdim edə biləcəyini söyləyir. Liu, təhsil müddətindən fasilə olmaması adına dərslərin bitməsinə yaxın bir saatda həyata keçirilirsə, “Günorta yuxusu asanlıqla tətbiq edilə bilər və heç bir xərci yoxdur”, deyir. Təkcə uşaqlara kömək etməklə kifayətlənmir, eyni zamanda ekran başında keçirdikləri vaxtı da azaldır”.

Gələcəkdə bu mövzu üzərinə fərqli çalışmalar edilə bilər. Məsələn, niyə daha yaxşı təhsilli valideynlərə sahib olan uşaqların, daha az təhsilli valideynlərə sahib uşaqlardan daha az günorta yuxusu yatdığı incələnə bilər və ya mədəniyyət və şəxsiyyətin təsiri araşdırılaraq günorta yuxusuna istiqamətlənmiş çalışmaların qlobal miqyasda inkişaf edilib-edilməyəcəyinə baxmaq olar.

Hələlik isə araşdırmaçılar bu çalışmanın nəticələrinin yeniyetmələrin yuxulu halını aparmağı məqsədləyən müdaxilə çalışmalarına işıq tutmasını ümid edir.

Mənbə: egitimpedia.com

Uşaqlarınıza öyrətməli olduğunuz 4 qayda

Uşaqlarınıza öyrətməli olduğunuz 4 qayda:

Ətrafınızdakı insanları mühakimə etməyin

Başqalarını mühakimə etdiyiniz vaxt, özünüzü iki qat mühakimə etməyə meyilli olarsınız. Mühakimə etmək yerinə, empatiya qurun. Özünüzdə şəfqət duyğusunu inkişaf etdirin. Uşaqlarınızın başqaları haqqında düşüncələrini inkişaf etdirin.

Səhv etmək təbiidir

Mükəmməllik üçün əmək sərf etmək mənliyə zərər vura bilər. Hər kəs səhv edər. Bu, öyrənməyin və böyüməyin bir parçasıdır. Utanc yerinə, xətalar haqqında açıq müzakirə açmaq günahkarlığa mane olar. Səhvlərinizdən öyrəndiklərinizi bölüşün.

Özünüzü daha yaxşı hiss etmə gücünə sahibsiniz

Bir çox uşaq duyğularını idarə etməyi bacarmaz. Bu, təşviş, depressiyaya və rola girmələrinə səbəb olar. Stressdə olduqları zaman özlərini sakitləşdirməyi onlara öyrədin. Bir az yatmaq, oyun oynamaq, duş almaq, musiqi dinləmək, meditasiya, rəsm çəkmək, yürüşə çıxmaq yaxşı fikirdir.

Özünüzə inanın

İnsanların özlərini qorumaq üçün ən böyük vasitə intuisiyalarıdır. Buna görə də, insan özünə inanmalıdır. Ona özünə inanmağı öyrədir.

Uşağa məktəbi necə sevdirməli?

Gözəl vaxt keçirdiyi tətildən sonra məktəbə başlamaq uşaq üçün stressli ola bilər. Stressin əsas səbəbi valideynlərin uşağa həddindən artıq yüklənməsidir. Məktəbi uşağa necə sevdirməli?

  • Texnologiya asılılığı olan uşaqların məktəblər açılanda dərslərinə diqqət cəmləməsi onu sıxa bilər. Kompüter oyunlarına sərhəd qoymalısınız. Əks halda, uşaq oyuncaqları qoyub məktəbə getmək istəməyəcək.
  • Məktəb ehtiyaclarını uşağın zövqünə görə seçin. Sevdiyin rəng və model həvəsini artıracaq. Beləliklə uşaq, məktəb vaxtı yaxınlaşdıqda reallığı daha asan mənimsəyəcək.
  • Gec yatan uşaqlar məktəb açılmadan ən az 1 həftə əvvəl rejimə qayıtmalıdır. Yuxusunu düzgün alan uşaq məktəbə asanlıqla öyrəşəcək.

Mənbə: qadin.net