Muzey gəzintilərini uşaqlarla daha maraqlı edin

Yay tətilində uşağınızla birlikdə edə biləcəyiniz ən maraqlı fəaliyyətlərdən biri də muzey gəzintiləridir.

Muzeyləri uşağınızla birlikdə ziyarət etməyiniz onun inkişaf səhələrini dəstəkləyərək (xüsusilə yaradıcı düşünmə, sorğulama və s.) yaxşı vaxt keçirməyinizi təmin edər.

Olduğunuz bölgədəki muzeylərin siyahısını hazırlayaraq bu fəaliyyətə başlaya bilərsiniz.

  • Olduğunuz ərazidə muzey sayı çoxdursa, üç muzey təklif edib gedəcəyiniz muzeyə onun da fikrini alaraq birlikdə qərar verə bilərsiniz.
  • Muzey haqqında övladınızı məlumatlandıra bilərsiniz. Muzeyə getmədən öncə mütləq muzeyin qaydaları haqqında da məlumat verməyiniz yaxşı olar.
  • Mütləq rəngli qələmlərini və ağ kağızlarını da özünüzlə birgə aparın. Hətta uşağınızla birlikdə doldurduğunuz bir muzey araşdırma çantası da hazırlaya bilərsiniz. Muzey çantanızı hər muzey gəzintilərində ehtiyac olduqda yeniləyərək özünüzlə götürə bilərsiniz.
  • Muzeydə olan əsərlərin görüntülərini muzeyin İnternet səhifəsindən çap edərək uşağınıza verib, muzeyi gəzmə mərhələsində əlindəki şəkli tapmaq oyunu oynaya bilərsiniz.
  • Muzeydə qarşılaşdığınız əsərin hekayəsini düzəldə bilərsiniz. Əgər o əsər tablodursa, tablonun əvvəlindən və sonrasında nə ola biləcəyi ilə bağlı söhbət edə bilərsiniz.
  • Muzeyi gəzərkən əgər muzey qaydalarına uyğundursa, uşağınıza fotoaparat verib öz muzey arşivini düzəltməsinə dəstək verə bilərsiniz.
  • Muzeydə bir vitrinin qarşısında dayanıb səssiz film oynaya bilərsiniz. Bir insan vitrindən bir əsər seçər və onu canlandırır, digər ailə fərdləri isə tapmağa çalışır. Tapan insan da vitrindən fərqli bir əsər seçərək onu canlandırır və oyun bu formada davam edir.
  • Muzeydən çıxmadan öncə isə birlikdə muzeyi xatırladan xatirə şəkli çəkdirməyinizi təklif edirik.

Mənbə: egitimpedia.com