Uşaqlar tətildə nə etməlidir?

Yay tətilində uşaqların dincəlməli olduğunu deyən mütəxəssislər bildirirlər ki, yaxşı və faydalı tətilin ilk şərti keyfiyyətli vaxt keçirməkdir. Mütəxəssislər, “Uşaqlarımıza boş vaxtı keyfiyyətli dəyərləndirməliyi öyrətməliyik” tövsiyəsi verərkən, dincəlmə və əylənmə fürsətinin də uşaqlara verilməsi lazım olduğunu vurğulayırlar.

Üsküdar universiteti NP Feneryolu tibb mərkəzinin mütəxəssisi klinik psixoloq Aynur Sayım, yay tətilini faydalı keçirmək mövzusunda ailələrə təkliflər verib.

Bəzi ailələr uşaqlarını yay müddətində kursdan kursa yönləndirərkən, bəziləri isə uşaqlarını sərbəst buraxdığını söyləyən Sayım, vaxtın doğru idarə  edilməsinin önəmini vurğulayıb.

Uşaq üçün ana və ata rəhbər olmalıdır

Doyurucu keçirilən vaxtın insanı xoşbəxt edib, dəyərli hiss edərək dinlənməsini təmin edəcəyini bildirən Sayım, “Təbii ki, tətil uşaq üçün müəyyən müddət ərzində planlı, qaydalı bir mühitdən sərbəst olduğu və dincələ biləcəyi daha rahat bir vaxta keçdiyi müddətdir”, deyə danışıb.

Dincəlməyə və əyləncəyə fürsət verilməlidir

“Ailələrin çox müdaxilə etmədən, uşaqdan gözləntini yüksək tutmadan, dincəlmə və əyləncəyə fürsət verərək fəaliyyət planı tərtib etməsinə kömək etməsi önəmlidir” deyən Aynur Sayım, “Tətildə seçdikləri dostlar, olduqları mühitlər ailə tərəfindən yoxlanılmalıdır, amma bunu edərkən çox təzyiq göstərməmək lazımdır” , deyə əlavə edib.

Tətildə kitab oxumaq saatları edilməlidir

Klinik Psixoloq Aynur Sayım, “Uzun tətil dönəmində uşaqların il ərzində öyrəndikləri bilikləri unutmamaq və yeni təhsil dönəminə hazırlanmaq üçün gündəlik planlamalar içərsinidə qısa dərs təkrarları və kitab oxumaq saatlarının əlavə edilməsi yararlı olacaqdır” deyərək dərs təkrarının uşaqlar üçün faydalı olduğunu vurğulayıb.

Mənbə: e-psikiyatri.com