3-4 yaşlı uşaqların xəyal dünyası

xeyal_dunyasi3-4 yaşlı uşaqların ümumi xüsusiyyətləri nələrdir? Bu dövrdə ən çox təkrarlanan davranışlar hansılardır?
Bu yaş dövründəki uşaqların ən əhəmiyyətli xüsusiyyəti davamlı olaraq hərəkət halında olmalarıdır. Hoppanmağı, hərəkət etməyi sevirlər. Artıq daha balanslı hərəkət etdikləri üçün qaça və istədiyində dayana bilirlər.
Təhlükəli olanı yavaş yavaş seçə bilirlər
* Sərbəst yeməyi, geyinməyi və soyunmağı, əl yuma və diş fırçalama kimi özünəqulluq bacarıqlarına yiyələnirlər.
* Diqqətini daha uzun müddət etdiyi işə verə bilirlər. Daha uzun müddət özbaşına oynaya bilirlər.
* Şəkil çəkmək, dəyişik materiallarla (oyun xəmiri, boya və s.) oynamaq maraqlarını çəkir. Bu yaş dövrlərində şəkillər mövzusu daha maraqlı və daha aydın olmağa başlayır.
* Təqlid etməyi sevirlər. Fərqli rollara girirlər. Bir gün pişik, bir başqa gün dinlədiyi nağıldakı qəhrəmanın yerinə keçirlər.
* Obyektləri böyüklüyünə və ya rənginə görə sıralaya bilirlər.
* Mətbəxdə və ya evdəki işlərdə kömək edirlər.
* Yoldaşlıq əlaqələri inkişaf edir, paylaşmağı öyrənirlər.
* Keçmişı və gələcəyi ayırd etməyə başlayırlar.
 
3-4 yaşlı uşağın xəyal dünyası necədir? 
3-4 yaşındakı uşağın xəyal gücü artıq oyunlarına, etdiyi fəaliyyətlərə dəyişik rənglər qatır. Bu yaş dövründə uşaq xəyal ilə həqiqəti yeni-yeni ayırd etməyə başlayır. Bununla yanaşı, xəyali hekayələr dinləməyi və uydurmağı sevirlər. Ən sevdikləri nağıl və ya cizgi film qəhrəmanının yerində olmaq, ya da başqalarının başına gələn şeyləri öz başına gəlmiş kimi izah etmək və ya heç olmayan şeylər uydurmaq bu dövrdə sıx qarşılaşılan vəziyyətdir.
Xəyal dünyaları getdikcə zənginləşdiyi üçün oyunları, şəkilləri və danışdıqları hekayələri də daha rəngli, zəngin olmağa başlayır. Oyun bu yaş dövründə uşağın həyatının ən əhəmiyyətli parçasıdır. Yoldaşlıq əlaqələri inkişaf etdikcə uşağın ictimai xarakteri inkişaf edir.  Bəzən fərqli xarakterə malik kimi davranmaq və ya bir obyekti başqa bir obyektin yerinə istifadə etmələri (boş bir ayaqqabı qutusundan musiqi aləti, ya da iplərdən kabel düzəltmək) bu dövrdəki hadisələrə bariz nümunədir.
İzah etdikləri hekayələrdə başlanğıcda ön və son yoxdur, hekayəni hər dəfə fərqli şəkildə izah edirlər, amma zamanla onları daha həqiqi və məntiqli hekayələrə çevirməyə başlayırlar.
Uşağın təxəyyülünün inkişafına ata-ana necə kömək edə bilər? 
Oyuncaq seçərkən mümkün olduğu qədər müxtəlif funksiyaları olan oyuncaqlar seçilməlidir. Tək bir düyməsi basılaraq oynayan, yaradıcılığa və xəyal gücünə yer qoymayan oyuncaqlar seçilməməlidir.
Birlikdə oyun oynayarkən uşağı istiqamətləndirmək əvəzinə, onun sizi istiqamətləndirməsinə icazə verin. Məsələn, oyuncaq qabdan uçan dairə kimi istifadə edilərsə, bunun əslində bir qab olduğunu söyləmək əvəzinə, bir qab da siz götürərək oyuna qatıla bilərsiniz.
Televiziya və kompüter kimi xəyal gücünə çox yer verməyən vasitələrin yerinə teatr, dram, rəqs, sərgi kimi fəaliyyətlər seçilə bilər.
Evdəki əşyalarla fərqli şeylər etməsinə icazə verin. Zərər vermədiyi müddətcə əşyalara əl vurmasına, istifadəsinə, yastıqlardan daxma inşa etməsinə icazə verə bilərsiniz.
Psixoloq Nur Dinçer Genç
Mənbə: Qadin.net