Uşağın yüksək zəkaya malik olduğunu necə bilək?

ustun_zekaBu xüsusiyyətlər varsa, uşağınız yüksək zəkaya ola bilər:
–  Uşaqlıqdan etibarən həddindən artıq hərəkətlilik;
– Valideyni ilkin tanıma və gülərək bunu müəyyən etmək;
– Erkən danışmağa başlamaq; Məsələn, həmyaşıdları iki sözlü cümlələri iki yaşında deyərkən onlar bir yaşında deməyə başlayır;
– Özləri tək oxumağı öyrənə bilərlər; Ancaq yazma mövzusunda bu qədər uğurlu ola bilməzlər, çünki əzələ  eyni sürətlə inkişaf etməz;
– Söz xəzinələri genişdir; Asan əzbərləyib, əzbərlədikləri sözləri yaddaşlarında uzun müddət saxlaya bilirlər;
– Qarşısındakı insanların duyğu və düşüncələrini asanlıqla təxmin edirlər;
– Liderlik qabiliyyətləri yüksək səviyyədə olur;
– Adi işlərdən tez bezirlər və işləri öz bildikləri kimi edirlər;
– Həddindən artıq romantik olurlar;
– Özlərindən daha böyük uşaqlarla vaxt keçirmək istəyirlər;
– Kitablara və görmə sahəsində obyektlərə qarşı hədsiz maraq duyarlar;
Bu xüsusiyyətlərin bir qismi normal zəka səviyyəsinə sahib uşaqlarda da görülə bilər.  Sözü gedən xüsusiyyətlərin fərqli zamanlarda da uşaqlar üzərində görülmə ehtimalı var. Üstün zəkalı uşaqlar bu xüsusiyyətlərin hamısına və ya bir qisminə sahib ola bilərlər. Burada vermiş olduğumuz xüsusiyyətlərin bir çoxunu uşaqlarınızda müşahidə edirsinizsə, mütləq bir mütəxəssisləə məsləhətləşərək, uşağınız üçün “yol xəritəsi” yaradın.
Yüksək zəkaya malik uşaqlara sahib ailələrə məsləhətlər
Ana-ataların etməsi lazım olan ən əhəmiyyətli şey onların digərlərindən fərqli olmadığını, yalnız müəyyən xüsusiyyətlərinin daha çox inkişaf etdiyini qəbul etməkdir. Normal uşaqların nümayiş etdirmiş olduğu hər davranışı üstün uşaqların da göstərə biləcəyini heç vaxt unutmamalıyıq. Onların ehtiyaclarını ödəyəcək şərait yaradaraq mütləq professional kömək almalıyıq. Övladlarımıza balanslı  həyat sahəsi yaradaraq onu bütün istiqamətlərdən inkişaf edəcəyi tədbirlərə daxil etməliyik.
Bəzən böyüklər övladlarının suallarını cavablandırmaqda çətinlik çəkirlər. Belə hallarda uşağa qarşı laqeyd qalmaq əvəzinə, uşaqlarının ehtiyacını qarşılayacaq başqa həll yolları tapmalıdırlar. Məsələn, kitablardan, ensiklopediyalardan və mütəxəssis şəxslərdən faydalana bilərlər.
Mənbə: qadin.net