“Bəsdir” Deyə balaca qız qışqırdı.
“Bəli” deyə qışqırdı digər qız, “Geri çəkil!”
Meşənin uzaq hissəsinə baxdığımda bir qrup balaca qızın əl-ələ tuaraq biraz əvvəl hazırladıqları çadırın önündə divara bənzəyən bir şey hazırladıqlarını gördüm. Önlərində üzü qıpqırmızı olan bir oğlan uşağı dayanırdı. Uşaq başdan ayağa titrəyirdi.
“Yox, çəkilməyəcəm” deyə onlara bağırdı. “Oynamağıma icazə verməlisiniz. Qaydalar belədir!” təhlükəli halda onlara doğru gəldi.
Uşaqlara gözləmələrini, amma ağacların arasına yaxın və gizli dayanmaqlarını dedim. Bu zaman gizli-gizli “Görəsən indi müdaxilə etməliyik?” deyə düşündüm. Amma içimdən bir səs gözləməyimi deyirdi. Balaca oğlan birdən birə yuxarı çıxdı və çadırlarının bir hissəsini cırdı. “Dayan, eləmə! deyə qızlardan biri qışqırdı. Geri çəkilmədilər. Bir neçə balaca qız da gəldi və onlarla birlikdə divar düzəltməyə başladı. Balaca oğlan birdən çadırların içinə girdi və içəridə gizlətdikləri “dəyərli daşları” götürüb qaçdı.
Qızlar bir birlərinin əllərini buraxdı və qaçan uşağın axrasınca getməyə başladılar. Uşağı yaxalamaq üçün ağacların ətrafında dairə vurdular. Sonda uşaq bir maneəyə rast gəldi və durub üzünü onlara doğru çevirdi. Əllərini uzatdı və “Yaxşı! Alın!” dedi. Oğurladığı daşları geri qaytardı, əsəblə onlardan uzaqlaşdı və gedib köhnə ağacın önündə oturdu. Qızlar çadırlarının içində oyunlarına qaldıqları yerdən davam etdilər.
İki dəqiqə keçməmiş çadırdakı qızlardan biri oğlan oturduğu yerə doğru getdi. İzləyən hər kəsi təəccübləndirəcək hərəkət etdi. Gedib onun yanında oturdu. Gözünü içinə baxdı və yavaş-yavaş danışmağa başladı. Oğlan təzədən səsini yüksəltməyə başladı. Qız səbrli şəkildə barmağını qaldırdı və oğlanın susmağını gözlədi. Bir neçə dəqiqədən sonar ayağa qalxdılar. Qız oğlanın əlini tutdu və onu çadırdak uşaqların yanına apardı. Oğlan onlarla danışdı və qızlar onu oyuna dəvət etdilər.
Bəs uşaqları izləyən böyüklər tez müdaxilə etsəydilər nə olacaqdı? Ya da kiçik anlaşılmazlıq görən kimi nəsə etsəydilər? “Sakit dayanın qızlar, onun da oynamağına icazə verin” deyə bilərdik. Ya da oğlana qışqırmağı dayandırmasını deyə bilərdik. Amma bu formada nə əldə edəcəkdik?
Bu uşaqlar bir neçə dəqiqə ərzində çox vacib həyat dərsləri öyrəndi: Uşaqlara öyrətməyi çox çətin olan sosial və mənəvi bacarıqları. Bu real sınaq nəticəsində uşaqlar özlərini necə müdafiə etməyi, əsəbini və məyusluğunu necə ələ almağı və ən vacib olanı empatiyanı öyrəndilər.
Uşaqlara saatlarla digər uşaqları da oyuna qoşmağın nə qədər vacib olduğu barədə dərs verə bilməzsiniz. Uşaqlar belə şeyləri praktiki öyrənməlidirlər. Bu praktika ən yaxşı gündəlik oyunlarda oynalınan zaman özünü göstərir. Xüsusilə də uşaqların kəşf etdiyi və açıq havada, yetişkin dünyadan uzaqda qalaraq oynadığı oyunlarda bu biruzə verir.
Bu gün uşaqların əksəriyyəti vaxtlarının çoxunu qapalı ərazilərdə və nəzarət altında keçirirlər. Həm məktəbdə, həm də məktəbdən kənar uşaqların keçirdiyi hər saatı soruşuruq. Oyunlar belə, yetişkin insanlar tərəfindən tənzimlənir. Bir saat davam edən tənəffüs 20 dəqiqəlik qaydalarla dolu vaxta endirildi.
Uşaqlara nə edə biləcəkləri və nə etməyəcəklərini söylərkən, qaçdı-tutdu, gizlənqaç kimi bir sıra oyunlar az qala nostalji olub. Uşaqları əyləndirmək, xoşbəxt etmək üçün oyun qrupları təşkil edildi. Bir zamanlar uşaqlar üçün ənənəvi olan şeylər dəyişildi.
Real olan budur ki, yetişkin insanlar tərəfindən idarə edilən heç bir proqram mükəmməl deyil. Çoxu da uşaqlara bu bacarıqları vermir. Uşaqlar bir biriləri ilə necə sosial münasibət quracaqlarını, yeni vəziyyətlərdə necə özünə inamlı, təvazökar və nəzakətli olacağı kimi bir sıra güclü xarakterik özəlliklərini necə inkişaf etdirəcəklərini öyrənməlidirlər. Uşaqlar özləri tərəfindən idarə edilən oyunları nə qədər çox oynasalar, fərqli sosial vəziyyətlərdə o qədər rahat olurlar.
Əgər uşaqların doğurdan da hər gün həm məktəbdə, həm də məktəbdən kənarda dostları ilə saatlarla oyun oynayacaq qədər zamanları olsa, uzlaşma, qarşılıqlı alış- veriş, problem həll etmə, empatiya, paylaşma və bir çox xüsusiyyətləri öyrənəcəklər. Etməli olduğumuz tək şey, uşaqlar arasındakı bütün münasibəti izləməməkdir. Geri çəkilib, uşaqların oynamağına izn verməyin vaxtı artıq çatıb. Çünki real həyatla mübarizə aparmağın tək yolu budur.