Donor – İkinci həyat oyuncaqları

Orqan transplantiyası bütün dünyada hər zaman müzakirəyə səbəb olan mövzulardandır. Hələ mövzu uşaqlardan gedirsə, bu zaman daha da önəmli mövzuya çevrilir.

Bu yaxınlarda uşaqlara orqan köçürülməsi məsələsi ilə bağlı Yaponiyada qeyri-adi addım atılıb.Yaponiyada orqan köçürülməsi üçün gözləyən 14 min uşaq var və hər il yalnız onlardan 300-ü gözlədiyi orqana qovuşur. Vəziyyətin belə olduğunu görən Yaponiya uşaqlarla birlikdə yaratdığı kampaniyası ilə  ölkəni bu vəziyyətdən xilas etməyə qərar verib.  Kampaniyanın adı isə belədir: “İkinci həyat oyuncaqları”.

Adından da göründüyü kimi kampaniyanın əsas fikri oyuncaqlar arasındakı orqan köçürülməsini təşkil etməkdir. Əvvəllər sevilərək istifadə edilmiş amma artıq öz funksiyasını itirmiş, işə yaramayan  oyuncaqlar  zibil yeşiyinə atılmaq yerinə başqa uşaqların oyuncaqlarının təmir edilməsi məqsədi ilə onlara bağışlanır. Məsələn, ayağı qopmuş oyuncaq zürafəyə köhnə oyuncaq itin ayağı tikilir. Sonra isə zərər görmüş oyuncağın sahibi oyuncağını ona bağışlayana  onun  necə yenilədiyini ifadə edən məktub və şəkil  göndərir. Əslində kampaniya uşaqlara orqan köçürülməsinin necə işlədiyini və nə qədər dəyərli olduğunu izah etməyə çalışır.

donorun-ayağıejdahanin-qanadlari1sincabın-quyrugu1meymunun-qolu1
zurafe