Uşaq inkişafında musiqinin vacibliyi

Əvvəlcə uşaq inkişafını kateqoriyalara ayırmaq lazımdır. Uşağın ilk inkişafı ana bətnindən başlayır və bu müddət ərzində uşaq xarici aləmdən gələn hər növ xəbərdarlığı ana bətnindəki incə pərdənin içindən ayırd edir.

Körpə və məktəbəqədər dövr uşaqlarda musiqinin çox vacib yeri var. Musiqidəki əyləncəli səslər, uşağın marağına səbəb olacaq mahnı sözləri məktəbəqədər uşaqlar üçün ən yaxşı öyrənmək vasitəsidir. Mahnı sözlərini əzbərləmək uşağın yaddaş, zəka-bacarıq inkişafına səbəb olur. Yetişkinlər üçün mahnılar, vaxt keçirtmək, əylənmək, emosianallığı xaricə vurmaq kimi mənalar kəsb etsə də, uşaqlar üçün mahnılar öyrənmək  vasitəsidir. Yəni uşaq saymağı, rəngləri, hərfləri normal dildən fərqli olaraq musiqi vasitəsi ilə daha tez qavrayır. Eyni zamanda kiçik yaş dövrlərindən uşağa doğru musiqilər  dinlətdirmək onda musiqiyə sevgi yaratmaqla bərabər, musiqi duyumunu açmağa kömək edir.

“Səs”i təhsil vasitəsi olaraq istifadə etdikdə uşağa həyatı qavramaq, yaradıcılıq və düşünmək sistemini inkişaf etdirməkdə yardımçı olmuş olarıq. Musiqi uşağın ruhsal xarakterində olan həyəcanlı və həddindən artıq emosianallıq vəziyyətindən daha sakit vəziyyətə yönəltməkdən əlavə, güvənsizlik, qorxu kimi rəftarların məğlub edilməsində də təsirli vasitədir.

Mənbə: tavsiyeediyorum.com