Niyə uşaqlarla danışmaq onlara qışqırmaqdan önəmlidir?

bağırmaDemək olar ki, bütün valideynlər adətən öz idarəetmələrini itirirlər və uşaqlara qışqırırlar. Bəs bu hal dəfələrlə təkrarlanarsa, necə?

Araşdırmaçılar valideynlərin daha çox qışqırdıqlarını bildirirlər. Valideynlər, uşağı vurmaqdan qaçdıqlarına görə, bunun yerinə öz əsəblərini qışqıraraq bildirirlər. Araşdırmaya görə, hər dörd valideyndən biri azyaşlı və ya yeniyetmə yaş dövründə olan uşaqlarının üstünə ayda bir dəfə, dəcəllik etdiyi və ya onu hirsləndirdiyi üçün qışqırır. Əksər terapevt və mütəxəssislər isə bunun bir uşağı necə üzəcəyiylə yanaşı, bu vəziyyəti necə dayandıra biləcəyi haqqında da araşdırmalar aparır.

“Səsinizi yüksəltmək həmişə pis deyil. Yüksək səslə problemi demək, heç kimi incitmədən diqqət çəkməyi təmin edə bilir”, – uşaq yetişdirmə mütəxəssisi Roslyn Heights deyir. Məsələn: “Mən mətbəx döşəmələrini təmizləmişəm, amma indi ora çirkli ayaq izləri ilə doludur!”

Qışqırmaq şəxsi hücumə çevriləndə uşağı “Niyə heç nə xatırlamırsan?” və ya “Bunu həmişə səhv edirsən!” kimi cümlələrlə xor görmək ya da günahlandırmaq olmaz. Bu hərəkət uşağa zərər verməyə başlayır.

Pittsburgh Universiteti psixologiya və təhsil professoru Ming-Te Wang tərəfindən idarə olunan, 976 orta məktəb şagirdinin və valideyinin qatıldığı araşdırma qışqırmaq ya da təhqir etmək kimi “sərt şifahi intizam” istifadə edən yeniyetmələrin, davranış problemləri və depressiya əlamətləri göstərməyə daha meyilli olduqlarını göstərir.

Başqa bir araşdırma isə, uşaqlara qışqırmaq onlara vurmaqdan daha pis nəticələri olduğunu irəli sürür. Brown Universitetində psixiatriya və insan davranışı köməkçi professoru Stephanie Parade liderliyində həyata keçirilən və 15 il davam edən işin nəticəsinə görə, valideynləri tərəfindən qışqıraraq nizam-intizam verilən səkkiz yaşındakı uşaqlar, 23 yaşlarına gəldikdə sevgililəriylə ya da yoldaşlarıyla daha az təmin edici əlaqə yaşadıqları müəyyənləşib. “Qışqıran valideynlər uşaqlarına öz duyğularını tənzimləməyi öyrətmə fürsətini qaçıra bilərlər” deyir Parade.

Valideynlik qəzəbi üzərinə yazdığı kitabla tanınan Julie Ann Barnhill isə “Qışqırmaq, yüzdə 90-ımızın ən böyük zərəri verdiyi yerdir” deyir. Barnhill əvvəllər, uşaqları hələ bağçadaykən həftədə 2-3 dəfə onlara qışqırdığını söyləyir. Barnhill daha sonra məsləhət alaraq hirsini nəzarət etməyi və uşaqlarına daha sakit və daha müsbət yollarla intizam verməyi öyrənir. Bu gün seminarlarında valideynlərə bu taktikaları öyrədir.

Valideynlər bir “partlama”nın yaxınlaşmaq üzrə olduğunun əlamətlərini fərq edə bilər və öz təzyiqlərini sala bilərlər. Xəbərdarlıq əlamətləri bunları ola bilər: Boğaz ya da sinədə sıxışma, dayaz ya da sürətli nəfəs, diş və ya çənə sıxma, özünüzlə əlaqədar mənfi düşüncələr ya da böhrana düşmüş hissetmə. Dərin nəfəslər, xoş bir səhnəni gözündə canlandırma, 10-a qədər sayma ya da otağı tərk etmə köməkçi ola bilər. Barnhill, “Səhv bir gün keçirirəm, amma hirslənmək yalnız hər şeyi daha da pis edəcək” kimi sakitləşdirici düşüncələri ağlınızdan keçirmənizi təklif edir.

“Mükəmməl Analara Son” kitabının yazarı Jill Savage isə cümlələrə “Sən” yerinə “Mən” ilə başlamağı öyrənmək də valideynlərin bir “hirs hücumundan” bir “öyrətmə anına” keçid etmələrini təmin edə biləcəyini deyir: “Xoşunuza gəlməyən şeyi söyləyin, sonra da xoşlanacağın  şeyin nə olduğunu ya da nəyi gözlədiyinizi əlavə edin”.

Leigh Fransen, qızları, 10 yaşındakı Alona və 8 yaşındakı Elisha eyni həftə içində itlərini iki axşam yemək verməyi unudanda onlara qışqırmaq istədiyini söyləyir. “Bu həqiqətən böyük bir məsuliyyətdir və məndən davamlı yeni heyvanlar götürməyimi istəyirlər” deyir.

Fransen: “Onlara qışqıra-qışqıra “İti bəsləmədiyiniz üçün sizə də axşam yeməyi yoxdur! Necə bir hissmiş görün!” demək istədim. Amma bu, göz yaşları və bədbəxtlikdən başqa bir şey gətirməyəcəkdi və ehtimalla mən də sözümdən dönəcəkdim”.

Bunun əvəzinə reaksiyasına “Mən” ilə başladı. “Mən itin doyurulmamış olduğunu görmək istəmirəm. Buna baxın, görün nə qədər pis vəziyyətdədir. Öz yeməyinizi yemədən əvvəl onu doyurmanızı gözləyirəm”. Daha sonra anaları, məsuliyyət aldıqları üçün uşaqları təriflədi və “itimiz zamanında axşam yeməyini yediyi üçün çox daha xoşbəxt görünür “deyərək onların da bunu görməsini təşviq etdi.

6 yaşındakı oğlu avtomobillə gəzintiyə çıxanda digər iki uşağın yüksəldici kreslolarını təpikləyib itələyəndə anası Sarah Weingot bu texnikanı  sınadı. Weingot oğluna, növbəti dəfə baxıcıyla birlikdə evdə qalmaqla bir həll tapmaq arasında seçim təklif etdi. Oğlan “daha yaxşı bir avtomobil al” dan başlayıb, anasına daha rahat kreslolarda sırayla oturmağa qədər uzun bir siyahı verdi və sonuncu fikir işə yaradı.

Üzr istəmək mübahisədən sonra bir əlaqəni təmir etməyə köməkçi ola bilər. Müəllif Barnhill, qızı yetkinlik dönəmindəykən onu yanına çağırıb bir neçə il əvvəl mübahisə etdikləri bir hadisə görə üzr istədi. “Üzünə qarşı sənə qışqırdığımı xatırlayıram. Bunun üçün səndən üzr istəyirəm, gözəl qızım”.

Bu gün 25 yaşında olan qızı isə anasının uşaqkən ona qışqırdığını xatırlamadığını söyləyir. Ancaq anasının peşmanlığının onu ağlattığını çox dəqiq xatırlayır. “Mənim duygularıma nə qədər əhəmiyyət verdiyini göstərmişdi”.

Mənbə: egitimpedia.com