Hafizə və qavramanı inkişaf etdirmək üçün sadə üsul

kitabÖvladınızın inkişaf edən hafizə və qavramasını davamlı olaraq sınağa çəkin. Bunun üçün ona oxuduğunuz nağılları, danışdığınız əhvalatları sizə nəql etməsini xahiş edin. Övladınız ilk olaraq bir neçə cümlə ilə nağılı sizə danışmağa cəhd göstərəcək. Əgər o, süjet xəttindəki mühüm məqamları qeyd etməyi unudursa, suallar verməklə bu məlumatı ondan almağa çalışın. Sualları nağıldakı hadisələrin ardıcıllığına, nağıl qəhrəmanlarına, yaxud əhvalatın baş verdiyi səhnələrə uyğun şəkildə qruplaşdıraraq verin. Belə ki, yaddaşın güclü olması üçün verilən məlumat seçilərək və qruplaşdırılaraq xatırlanmalıdır. Məsələn, nağıl qəhrəmanı qrupunda verilə biləcək suallar: ”Tık-Tık xanım suda boğularkən kimi səsləyirdi? Siçan bəylə Tık-Tık xanım necə görüşmüşdü? Tık-Tık xanım başqa kimlərlə rastlaşmışdı?” və sairə.

Qeyd : Bu məlumat Məktəbəqədər (4 – 6) yaş üçün nəzərdə tutulub.

Mənbə: Valideyn.az