16-cı əsrdən Braziliyada formalaşmağa başlayan Kapoeyra idman növü özündə döyüş, musiqi və rəqsi birləşdirir. Estetik görünüşü ilə digər idman növlərindən fərqlənən Kapoeyra uşaqların fiziki sağlamlığında mühüm rol oynayır. Bütün bunlar nəzərə alınaraq “Baby Star” uşaq bağçasında balacalara Kapoeyra məşqləri keçirilir. Uşaqlar əvvəlcə sadə idman hərəkətlərinə yiyələnir, daha sonra isə Kapoeyro fəndlərinin tədbiqinə başlayırlar. Bağçanın Kapoeyra idman növü üzrə məşqçisi Rəhman Umarov deyir ki, Kapoeyra uşaqlarda onurğa sütununun sağlam inkişafına, onların intizamlı və özlərinə inamlı böyüməsinə səbəb olur. Həmçinin uşaqlar bu idman növü ilə məşğul olarkən dostluq anlayışını, bir-birlərinə hörmət etməyi öyrənirlər. Kapoeyra ilə məşğul olan balacalar eyni zamanda portuqalca müxtəlif sözlər də öyrənirlər.
“Baby Star” uşaq bağçasında keçirilən Kapoeyra məşqindən görüntüləri sizə təqdim edirik: