“Uşaqlar 6 aylıq olduqdan sonra ayrı otaqda yatızdırılmalıdırlar”

Smiling-BabyUşaqların rahat ortamda yatmağı onların bütün psixologiyası, günlük hərəkətlərinə təsir göstərir. Valideynlər isə çox zaman övladlarını yanlarında yatızdırırlar. 
Bagcam.az xəbər verir ki, mövzu ilə bağlı Medicina.az-a açıqlama verən uzman pediatr Altay Abdullaoğlu bunun yanlış addım olduğunu vurğulayıb:
“Uşaqların şəxsi otaqlarının olması, həmçinin valideynlərindən ayrı otaqlarda yatması onların gələcək inkişafı üçün çox mühüm rol oynayır. Ümumilikdə, uşaqlar 6 aylıq olduqdan sonra ayrı otaqda yatızdırılmalıdırlar. Bu müddət ən pis halda 2 yaşa qədər uzadıla bilər. 2 yaşdan sonra isə uşaqla eyni yataqda yatmaq, hətta eyni otaqda yatmaq belə tövsiyə olunmur”.
Qeyd edək ki, pediatr həmçinin bu halın uşaqların özgüvənlərinə, sərbəst və qorxusuz böyümələrinə mənfi təsir göstərdiyinə də qeyd edib.

“Körpələrin orqanizmini lazımsız müalicələrlə yükləməyin”

muayine“Təəssüf ki, həkimlərin uşaqlara səhv diaqnoz qoyması hallarına tez-tez rast gəlirik”.

Bagcam.az xəbər verir ki, bunu Medicina.az-a uzman pediatr Altay Abdullaoğlu deyib. Onun sözlərinə görə, əsasən  aşağıdakı xəstəliklərlə bağlı səhvlər edilir:

  • Kəllədaxili təzyiq
  • Timus
  • Hipoksiya (oksigen catışmazlığı)
  • Nevroloji uşaq

Həkim qeyd edib ki, bu xəstəliklər səbəbilə kurslarla müalicə alan yetərli sayda körpə uşaq var: “Azərbaycanda olduğum müddətdə mənə bu diaqnozla müraciət edən xəstələrin 99 %-nin tamamilə sağlam olduğunu müşahidə etmişəm. Çox vaxt körpələrdə olan bəzi normal əlamətlər xəstəlik olaraq qəbul edilir və buna uyğun olaraq kurs müalicələrə başlanılır. Bu əlamətlərdən ən çox rastladıqlarımız körpələrin ağız ətrafında müşahidə olunan göyərmələr, ağlayanda çənənin əsməsi, gecələr səbəbsiz bir şəkildə ağlamalar, dilin bayıra çıxarılmasıdır. Bildirmək istəyirəm ki, bu əlamətlər xəstəlik əlaməti deyildir və körpələrdə rast gəlinən normal, fizioloji haldır”

Əgər körpənin müayinəsində digər əlamətlər görünməzsə, bu əlamətlər müstəqil bir surətdə hər hansı bir xəstəliyin əlaməti hesab olunmur və tamamilə normal bir haldır. Bu əlamətlər zamanla öz-özünə keçib gedəcəkdir. Ona görə hər kəsə tövsiyəmiz odur ki, körpələrin orqanizmini lazımsız müalicələrlə yükləməsinlər”.

Oyunun gizli gücü

oyunHeç nə oyun oynayan uşaq qədər təbii ola bilməz. Körpələr bir müddətdən sonra  yeməkdən və yatmaqdan daha çox valideynləri və ətrafındakı dünyayla oyun oynamağa başlayırlar. Tək olduqda xarakterlər və hekayələr icad edərək oyunlar oyunlayırlar.

Oyun uşaqların rifahı üçün o qədər önəmlidir ki, Birləşmiş Millətlər Təşkilatı oyunu təhsil və təhsil hüquqlarına bərabər olan təməl bir insan hüququ kimi dəyərləndirib.

Son zamanlara qədər uşaqlar tarlalarda və ya  fabriklərdə (uzun müddət etdikləri) işdən azad olundular və onlara oynamağa icazə verildi. Ona görə də XX əsr uşaqların oyun zamanının “qızıl dövrü” kimi qəbul olunur.

Amma bu gün oyun inkişaf etmiş cəmiyyətlərdə nəsli tükənməkdə olan fəaliyyətə dönüb. Amerikan Oyun jurnalında yayımlanan 2011-ci il tarixli bir məqalə son yarım yüz il içində uşaqların sərbəst oyunlarının azaldığını söyləyir. Bu yazının müəllifi psixologiya professoru Peter Gray oyunun azalmasının səbəbini yetişkin uşaqların fəaliyyətlərinin üzərində valideynlərin nəzarətinin artımasıyla əlaqələndirib. Bu, bir  çox valideynlər üçün  tanış olmalıdır.

Erkən uşaqlıq dövründə, standart testlərdə yaxşı nəticələr almaq üçün həddindən artıq təzyiqlər artığında tənəffüs müddəti də qısalmağa başlayıb. Gray və digər oyun üzrə mütəxəssislər bu dəyişikliklərin uşaqlar üzərində qalıcı və neqativ təsirləri olduğuna inanırlar. Gray tənəffüsün və oyun zamanının azaldığı illərdə depresiya və intihar hallarında artım olduğunu bildirir. “Əgər uşaqlarımızı seviriksə və müsbət yöndə inkişaf etmələrini istəyiriksə, onlara oyun oynamaları üçün daha çox vaxt və fürsət verməliyik”,- deyə Gray deyir.

Uşaqların oyun saatlarından “oğurlayan” valideynlər və müəllimlər bunu pis niyyətlə etmirlər. Hazırkı dövrdə uşağın uşaq olması üçün çox az zaman var. Yəni sərbəst bir oyun başqa bir dərsin ya da testə hazırlıq sinfinin qarşılığını verə bilmir. Oyunları qısıtlayırlar, çünki uşaqların yaxşı inkişaf etmələrini istəyirlər. Oyun demək olar ki, heç bir aydın funksiyası olmayan bir fəaliyyət kimi müəyyən edilir. Oyunu iş ya da təhsildən ayıran şey də budur.

Lakin alimlər sərbəst oyunun uşaqları sadəcə etməkdən zövq aldığı bir şey yox, etməyə ehtiyac duyduğu bir şey olduğunu bilirlər. Oyun uşaqları fiziki olaraq aktiv saxlayır. Oyun həmçinin uşaqların zehinlərini inkişaf etdirir və yaradıcılıqlarına təkan verir.  Oyun uşaqlara birlikdə işləməyi və eyni zamanda tək qalmağı da ən çox öyrədən şeydir. Qısacası, oyun uşaqlara insan olmağı öyrədir!

Mənbə: egitimpedia.com

Uşaqlarda erkən diş çürüməsinin qarşısını belə alın

pediatric-dentistErkən yaşda əksər uşaqlarda dişlə bağlı müəyyən narahatlıqlar olur. Həmçinin yeni çıxan dişlərin az müddət sonra bəzi uşaqlarda çürüməsi də müşahidə olunur. Bəs erkən diş çıxarma zamanı narahatlıqları aradan qaldırmaq üçün nə etmək lazımdır? Erkən diş çürümələrinin səbəbi nədir?

Bagcam.az xəbər verir ki, bununla bağlı Ailem.az-a danışan pediatr Günay Rəsulova bildirir ki, diş çıxararkən körpələr çox narahat olur: “Ağızdan çox su axır, uşaqlar əllərinə keçən hər şeyi ağızlarına salırlar. Həmçinin bu, onlarda yuxu problemi, qulaq qaşınması, diş əti qaşınması kimi hallarla özünü büruzə verir. Dişlər çıxdıqdan sonra bu əlamətlər itir. Bu dönəmdə damaq qaşıyıcıları, soyuq qaşıq, nəm və soyuq parça istifadə edilə bilər”.

Körpələrdə və uşaqlarda diş çürüklərinin qarşısını almaqla bağlı məsləhət verən pediatr xəbərdarlıq edir ki, karbohidrat (şəkər) tərkibli sular və əlavə qidalardan uzaq durulmalıdır: “Xüsusilə yatmazdan öncə uşaqlara şirin su, çay qətiyyən verilməməlidir. Körpənin qaşığı kiminləsə paylaşılmamalıdır. Əks halda zərərli bakteriyalar körpəyə keçər. Analar uşağın əmziyini ağızda isladıb uşağa verməməlidir. Əmziyin bal, mürəbbə kimi qidalara batırılıb körpəyə verilməsi də yolverilməzdir. Şəkər dişi çürüdən zərərli bakteriyalar üçün qidalı mühitdir”.

G.Rəsulova deyir ki, uşaqlara, tərkibində rafinə şəkər olmayan təbii meyvə, tərəvəz, taxıllar, süd, pendir, qatıq və başqa süd məhsulları bol-bol verilməlidir. Mümkün olduqca şüşə yerinə fincan istifadə edilməli, əmzikdən uzaq durulmalıdır. Uşaqlara barmaq əmmə, dırnaq yemə kimi zərərli vərdişlər tərgidilməlidir. Bundan başqa uşaqlarda diş təmizliyinə diqqət edilməlidir: “1 yaşdan aşağı uşaqların dişi yumşaq bir fırça və ya barmağa sarılmış yumşaq bintlə təmizlənilməlidir. 1-2 yaşlı uşaqların da dişləri fırçalanmalıdır. 2-6 yaş arası uşaqlar isə flor tərkibli diş fırçaları ilə gündə 2 dəfə dişlərini ailə üzvlərindən birinin nəzarəti ilə fırçalamalıdır”.

Niyə uşaqlarla danışmaq onlara qışqırmaqdan önəmlidir?

bağırmaDemək olar ki, bütün valideynlər adətən öz idarəetmələrini itirirlər və uşaqlara qışqırırlar. Bəs bu hal dəfələrlə təkrarlanarsa, necə?

Araşdırmaçılar valideynlərin daha çox qışqırdıqlarını bildirirlər. Valideynlər, uşağı vurmaqdan qaçdıqlarına görə, bunun yerinə öz əsəblərini qışqıraraq bildirirlər. Araşdırmaya görə, hər dörd valideyndən biri azyaşlı və ya yeniyetmə yaş dövründə olan uşaqlarının üstünə ayda bir dəfə, dəcəllik etdiyi və ya onu hirsləndirdiyi üçün qışqırır. Əksər terapevt və mütəxəssislər isə bunun bir uşağı necə üzəcəyiylə yanaşı, bu vəziyyəti necə dayandıra biləcəyi haqqında da araşdırmalar aparır.

“Səsinizi yüksəltmək həmişə pis deyil. Yüksək səslə problemi demək, heç kimi incitmədən diqqət çəkməyi təmin edə bilir”, – uşaq yetişdirmə mütəxəssisi Roslyn Heights deyir. Məsələn: “Mən mətbəx döşəmələrini təmizləmişəm, amma indi ora çirkli ayaq izləri ilə doludur!”

Qışqırmaq şəxsi hücumə çevriləndə uşağı “Niyə heç nə xatırlamırsan?” və ya “Bunu həmişə səhv edirsən!” kimi cümlələrlə xor görmək ya da günahlandırmaq olmaz. Bu hərəkət uşağa zərər verməyə başlayır.

Pittsburgh Universiteti psixologiya və təhsil professoru Ming-Te Wang tərəfindən idarə olunan, 976 orta məktəb şagirdinin və valideyinin qatıldığı araşdırma qışqırmaq ya da təhqir etmək kimi “sərt şifahi intizam” istifadə edən yeniyetmələrin, davranış problemləri və depressiya əlamətləri göstərməyə daha meyilli olduqlarını göstərir.

Başqa bir araşdırma isə, uşaqlara qışqırmaq onlara vurmaqdan daha pis nəticələri olduğunu irəli sürür. Brown Universitetində psixiatriya və insan davranışı köməkçi professoru Stephanie Parade liderliyində həyata keçirilən və 15 il davam edən işin nəticəsinə görə, valideynləri tərəfindən qışqıraraq nizam-intizam verilən səkkiz yaşındakı uşaqlar, 23 yaşlarına gəldikdə sevgililəriylə ya da yoldaşlarıyla daha az təmin edici əlaqə yaşadıqları müəyyənləşib. “Qışqıran valideynlər uşaqlarına öz duyğularını tənzimləməyi öyrətmə fürsətini qaçıra bilərlər” deyir Parade.

Valideynlik qəzəbi üzərinə yazdığı kitabla tanınan Julie Ann Barnhill isə “Qışqırmaq, yüzdə 90-ımızın ən böyük zərəri verdiyi yerdir” deyir. Barnhill əvvəllər, uşaqları hələ bağçadaykən həftədə 2-3 dəfə onlara qışqırdığını söyləyir. Barnhill daha sonra məsləhət alaraq hirsini nəzarət etməyi və uşaqlarına daha sakit və daha müsbət yollarla intizam verməyi öyrənir. Bu gün seminarlarında valideynlərə bu taktikaları öyrədir.

Valideynlər bir “partlama”nın yaxınlaşmaq üzrə olduğunun əlamətlərini fərq edə bilər və öz təzyiqlərini sala bilərlər. Xəbərdarlıq əlamətləri bunları ola bilər: Boğaz ya da sinədə sıxışma, dayaz ya da sürətli nəfəs, diş və ya çənə sıxma, özünüzlə əlaqədar mənfi düşüncələr ya da böhrana düşmüş hissetmə. Dərin nəfəslər, xoş bir səhnəni gözündə canlandırma, 10-a qədər sayma ya da otağı tərk etmə köməkçi ola bilər. Barnhill, “Səhv bir gün keçirirəm, amma hirslənmək yalnız hər şeyi daha da pis edəcək” kimi sakitləşdirici düşüncələri ağlınızdan keçirmənizi təklif edir.

“Mükəmməl Analara Son” kitabının yazarı Jill Savage isə cümlələrə “Sən” yerinə “Mən” ilə başlamağı öyrənmək də valideynlərin bir “hirs hücumundan” bir “öyrətmə anına” keçid etmələrini təmin edə biləcəyini deyir: “Xoşunuza gəlməyən şeyi söyləyin, sonra da xoşlanacağın  şeyin nə olduğunu ya da nəyi gözlədiyinizi əlavə edin”.

Leigh Fransen, qızları, 10 yaşındakı Alona və 8 yaşındakı Elisha eyni həftə içində itlərini iki axşam yemək verməyi unudanda onlara qışqırmaq istədiyini söyləyir. “Bu həqiqətən böyük bir məsuliyyətdir və məndən davamlı yeni heyvanlar götürməyimi istəyirlər” deyir.

Fransen: “Onlara qışqıra-qışqıra “İti bəsləmədiyiniz üçün sizə də axşam yeməyi yoxdur! Necə bir hissmiş görün!” demək istədim. Amma bu, göz yaşları və bədbəxtlikdən başqa bir şey gətirməyəcəkdi və ehtimalla mən də sözümdən dönəcəkdim”.

Bunun əvəzinə reaksiyasına “Mən” ilə başladı. “Mən itin doyurulmamış olduğunu görmək istəmirəm. Buna baxın, görün nə qədər pis vəziyyətdədir. Öz yeməyinizi yemədən əvvəl onu doyurmanızı gözləyirəm”. Daha sonra anaları, məsuliyyət aldıqları üçün uşaqları təriflədi və “itimiz zamanında axşam yeməyini yediyi üçün çox daha xoşbəxt görünür “deyərək onların da bunu görməsini təşviq etdi.

6 yaşındakı oğlu avtomobillə gəzintiyə çıxanda digər iki uşağın yüksəldici kreslolarını təpikləyib itələyəndə anası Sarah Weingot bu texnikanı  sınadı. Weingot oğluna, növbəti dəfə baxıcıyla birlikdə evdə qalmaqla bir həll tapmaq arasında seçim təklif etdi. Oğlan “daha yaxşı bir avtomobil al” dan başlayıb, anasına daha rahat kreslolarda sırayla oturmağa qədər uzun bir siyahı verdi və sonuncu fikir işə yaradı.

Üzr istəmək mübahisədən sonra bir əlaqəni təmir etməyə köməkçi ola bilər. Müəllif Barnhill, qızı yetkinlik dönəmindəykən onu yanına çağırıb bir neçə il əvvəl mübahisə etdikləri bir hadisə görə üzr istədi. “Üzünə qarşı sənə qışqırdığımı xatırlayıram. Bunun üçün səndən üzr istəyirəm, gözəl qızım”.

Bu gün 25 yaşında olan qızı isə anasının uşaqkən ona qışqırdığını xatırlamadığını söyləyir. Ancaq anasının peşmanlığının onu ağlattığını çox dəqiq xatırlayır. “Mənim duygularıma nə qədər əhəmiyyət verdiyini göstərmişdi”.

Mənbə: egitimpedia.com

Şirəni uşağa necə verməli?

usaq_hazirƏvvəllər meyvə və tərəvəz şirələri körpələrə 1 aylığından etibarən verilirdi.

Sonralar isə, sübut olundu ki, körpənin fermentativ sisteminin qeyri-yetkinliyi səbəbindən şirələr uşaq orqanizmi tərəfindən çətinliklə mənimsənilir.

Şirələr uşağın fermentativ sistemin fəal və düzgün işləməsini tələb edir. Şirələrin qəbulu uşağın (xüsusilə körpə uşağın) mədə-bağırsaq və immun sistemini ciddi yükləyir və bir çox uşaqların orqanizmi bunun öhdəsindən gələ bilmir. Nəticədə şirə qəbulundan sonra uşaqlarda qarın köpü, ishal, dəridə səpgilər və qızarma əmələ gəlir.

Bu səbəbdən, bir çox pediatrlar şirələrin yalnız uşağın 1 yaşından sonra verilməsini tövsiyə edirlər.

Şirələr çox xeyirlidir. Onlar uşağın iştahasını artırır, qəbizliklə mübarizədə kömək edir, uşağın orqanizmini bir çox ona lazım olan vitamin və mikroelementlərlə təmin edir. Bundan əlavə bir çox uşaqlar meyvə yeməyi sevmir. Lakin şirələri çox həvəslə içirlər.

Uşağa yeni şirə verdikdə, çox ehtiyatlı olmaq lazımdır, çox kiçik miqdarlardan (1/2 çay qaşığı) başlamaq və tədricən (2 qaşıq, sonra 3, 4 və s.) artırmaq lazımdır. Asan mənimsənilməsi üçün şirəni əvvəllər yarıbayarı su ilə durulaşdırmaq lazımdır. 1 yaşlı uşağa gün ərzində 100 ml şirə vermək olar.

Təbii ki, şirə üçün istifadə olunan meyvələr yalnız yerli, mövsümi və dəymiş olmalıdır. Kal, xarab meyvələrdən istifadə etmək olmaz!

Monokomponent (bir meyvə və ya tərəvəzdən olan) şirələrdən başlamaq lazımdır. Sarı və yaşıl turş olmayan almalardan (qırmızı yox!), armudlardan, balqabaqdan hazırlanan şirələrən başlamaq olar. Bu şirələr daha az hallarda allergiyaya səbəb olur və daha asan mənimsənilir. Uşağın orqanizmi bu şirələrə heç bir mənfi reaksiya vermədikdə, onları qarışdırmaq da olar (alma-armud şirəsi, alma-baıqabaq şirəsi).

Nəzərinizə çatdıraq ki, şirələrə şəkər tozu əlavə olunmamalıdır.

Daha sonra uşağa (təbii ki, yuxarıda qeyd olunan qaydalara əməl etməklə) gavalı, ərik, şaftalı, qara qarağat, albalı şirələri vermək olar. Tərəvəzlərdən balqabaq və kök şirələri çox xeyirlidir.

Portağal, narıngi, çiyələk, ekzotik meyvələrin şirələri çox yüksək allergik xüsusiyyətlərinə malikdir və bu səbəbdən onlarla çox ehtiyatlı olmaq lazımdır. Allergiyaya meyilli olan uşaqlara bu şirələri vermək tövsiyə olunmur.

Hər yeni şirəni günün birinci yarısında qida qəbulların arasında vermək lazımdır. Şirəni verdikdən sonra uşağın orqanizminin reaksiyası fikir verin. Uşaqda qarın köpü, ishal, dəridə qızarma və səpgilər əmələ gəldikdə, bu şirədən imtina edin.

Bir çox pediatrlar isə şirələrin əvəzinə uşaqlara müxtəlif smuzilərin (blenderdə əzimiş meyvə və tərəvəzlər) verməyini tövsiyə edir. Smuzilərin əsas fərqi ondan ibarətdir ki, onların tərkibində qidalı liflər də saxlanılır ki, nəticədə onların mənimsənilməsi daha asan olur.

Saglamolun.az

Vakansiya: Loqoped

“Bağçam” uşaq bağçaları şəbəkəsi “Yuvam” uşaq bağçası üçün Loqoped vakansiyası elan edir.

Tələblər:

  • Loqoped ixtisası üzrə ali təhsil və təcrübə;
  • Azərbaycan və rus bölmələri ilə işləmək bacarığı;

Və ən əsası namizəd:

  • Uşaqları sevməli, səbrli və gülərüz olmalıdır.

Bu tələblərə cavab verən ixtisas sahibləri CV-lərini karyera@bagcam.az ünvanına göndərə bilərlər

Xüsusi uşaqlar üçün bağça fəaliyyətə başladı

Xüsusi Uşaqlar üçün Reabilitasiya əsaslı “İndigo Special” Özəl Uşaq Bağçası fəaliyyətə başlayıb.

İndigo Special – ın məqsədi – eşitmə, görmə, fiziki və qavrama bacarıqlarında çətinlik olan və inkişafı yaş xüsusiyyətlərinə cavab verməyən uşaqları bağçaya adaptasiya etmək və övladının ehtiyaclarına görə karyerasını yarımçıq qoyan valideynlərə dəstək verməkdir.

3 – 8 yaş arası uşaqlar bağçada həftənin 5 günü 9:00 – dan 18:00 – dək inkişaf göstəricilərinə uyğun olaraq qruplarda fəaliyyətə – təlim prosesinə cəlb olunur.

Bağçada uşaqlar 5 dəfə qidalanır və 5 dəfədən çox müxtəlif idrak, mədəni – estetik, nitq, fiziki və sosial-emosional və motor bacarıqlarını inkişaf etdirici məşğələlərə qoşulur.  Balacalar üçün müxtəlif əyləncə və istirahət xarakterli tədbirlər də təşkil olunur.

8 – 10 nəfərdən ibarət olan hər qrupda dörd mütəxəssis – xüsusi pedaqoq, psixoloq, loqoped və dayə uşaqlarla məşğul olur.

Qeyd edək ki, “İndigo Special” Özəl Uşaq Bağçası  “Bağçam” uşaq bağçaları şəbəkəsinə daxildir. Valideynlər ətraflı məlumat üçün 077 300 70 75 nömrəsilə əlaqə saxlaya bilərlər.

[maxgallery id=”6333″]

Uşaqlarda diqqət əskikliyi və hiperaktivlik

hiperactividad_large_Uşaqlarda hiperaktivlik yaşına və inkişafına uyğun olmayan diqqətsizlik, çox hərəkətlilik ilə özünü göstərən nevroloji bir pozuntu hesab olunur. Məktəb öncəsi və məktəb dövründə olan uşaqlarda daha çox müşahidə olunur. Uşaq davranışlarını kontrol etməsi və diqqətini cəlb etməsində problem yaşayır. Belə uşaqlar yaxınları tərəfindən adətən “enerjisi tükənməyən”, “yerində dura bilməyən”, “dalğın”, “unutqan” və s. kimi adlandırılır. Belə davranışlar bir az yaşlı uşaqlarda müşahidə olunduğundan hiperaktiv olub-olmadığını müəyyən etmək üçün yetərli təcrübə və bilik sahibi olunmalıdır. Bəzən hərəkətli olan az yaşlıları hiperaktiv adlandırması hallarına rast gəlirik. Belə halların qarşısını almaq üçün bunu müəyyən etməyi mütəxəssislərə həvalə etməniz gərəklidir.

Dünyada uşaq və yeniyetmələrin 5,29%-nin hiperaktiv olduğu müəyyən edilmişdir. Oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir. Cəmiyyətdə hələ yeni tanınan problem olmasına baxmayaraq, daha uzun zamandan bəri bilinib, araşdırılır.

Hiperaktivlik diqqət əskikliyi ilə bərabər müşahidə olunduğundan bu problemi mütəxəsislər çox zaman “Diqqət əskikliyi və hiperaktiv pozuntu” (DƏHP) adlandırırlar. Pozuntunun səbəbkarı kimi valideynlər çox zaman özlərini və ya övladının yaşıdlarını günahkar hesab edə bilirlər. Lakin pozuntu əsasən, genetik faktorlarla bağlı olur. Bundan əlavə isə ana bətnində yaşanan problemlər, doğum zamanı alınan travmalar və s. səbəb ola bilər.

Hiperaktivlik – həddindən artıq hərəkətlilik anlamına gəlir. Lakin bu termin bütün uşaqları tam izah edə bilmir. Çünki uşağın hiperaktiv olmadan da, DƏHP olması mümkündür. Belə problemi olan bəzi uşaqlarda pozuntunun hərəkətlilik əlaməti daha çox nəzərə çarparkən, bəzi uşaqlarda isə bu diqqət əskikliyi olaraq ön plandadır. Digər qrup uşaqlarda isə hər iki əlamət nəzərə çarpacaq dərəcədə müşahidə olunur.

DƏHP olan uşaqlarda görülə biləcək əlamətləri aşağıda sadalamışıq:

• Asanlıqla diqqətin dağılması;
• Konsantrasiya gərəkli olduğu tapşırıqları yerinə yetirmədə çətinlik çəkmə;
• Etdiyi işi bitirməkdən digərinə keçmə;
• Plansız iş görməyə öyrəşmə;
• Uyğun olmayan zamanlarda da qaçmaq, durmadan gəzmək istəyi;
• Oturduğu yerində sakit dura bilməmək (hərəkətlilik) və s.
• Çox danışma, mövzudan mövzuya keçmək.
• Sırasını gözləyə bilməmək (ümumilikdə, səbrsizlik);
• Başqalarının sözünü kəsmək, ona aid olmayan işlərə qarışması;
• Gündəlik edilməsi vacib olan işlərin unutması;
• İnsanları dinləməkdə çətinlik çəkməsi və s.

DƏHP-nun müalicəsi vardır. Belə şəxslərin 90%-i müalicəyə müsbət cavab verir. Psixoterapiya və dərman vasitələrinin yardımı ilə müalicə tətbiq olunur.
DƏHP olan uşaqlarla düzgün ünsiyyət qurulmasında əsas iş valideynlər və müəllimlərin üzərinə düşür. Onlara dəstək olmaq üçün öncə onları yaxşı anlamağa çalışmaq lazımdır. Onlara qısa zamanda edə biləcəyi tapşırıqlar verilməlidir. Valideynlərin övladlarının fasilələrlə dərs oxumasına önəm verməsi lazımdır. Dərs oxuduğu otaqda diqqət dağıdıcı vasitələri aradan qaldırılması gərəklidir. Diqqəti  dağıldıqda və ya hərəkətli davrandıqda ona hərəkətdə ola biləcəyi işlər verə bilərsiniz. Belə uşaqların sakit olduğu, diqqətini daha çox cəlb etməyi bacardığı işlərdə mükafatlandıra bilərsiniz. Bununla da, bir sonrakı dəfələrdə övladınızı diqqətli olmağa, sakit qalmağa həvəsləndirmiş olarsınız. Ən önəmlisi isə övladınıza səbrli, mehriban davranmanız gərəklidir.

Zəhra Qorxmaz
Psixoloq

Belə etsəniz, övladınız daha çox sevinəcək

aciq-havaDeyirlər, uşaqlar ağ səhifə kimidir. Ora nə yazsan, gələcəkdə də onunla rastlaşacaqsan. Başqa bir deyimdə isə bildirilir ki, uşaq evin güzgüsüdür. Yəni evdə valideynlər necə davranırlarsa, uşaqlar da onları eynilə əks etdirir.

Uşaqlara tərbiyə vermək, onları düzgün qaydada böyütmək isə elə də asan iş deyil. Həmçinin valideynlər onlarla necə davranmaq lazım olduğunu, onların nələri sevəcəyini və onları necə sevindirmək mümkün olduğunu da bilsələr, çox yaxşı olar.

Bagcam.az Ailem.az-a istinadən psixoloq Vəfa Əkbərin uşaqları necə sevindirməklə bağlı tövsiyələrini diqqətinizə çatdırır.

– Uşaqları sevindirməyin o qədər də çətin olmadığını bilirsiniz. Düzgün üsul seçməyiniz, övladınızın fərdi xüsusiyyətlərini nəzərə almağınız bu işdə sizə yardımçı olar. Övladlarınız eyni tərbiyədə, eyni ailə mühitində böyüsə də, hər birinin özünəməxsus xüsusiyyətləri olduğunu unutmayın. Onların fərdi xüsusiyyətlərini nəzərə almanız yalnız bu işdə deyil, tərbiyə zamanı, onlarla davranarkən, qaydalar qoyarkən, dərs tapşırıqlarını yerinə yetirərkən və s. sizin lazımınız olacaq.

– Birlikdə ev işləri görün. Bu işləri əyləncəli vəziyyətə gətirə bilərsiniz. İşlərinizi planlayaraq, onunla birgə ev işləri görməniz marağına və sizə yardım edə bildiyi, ona güvəndiyiniz üçün xoş hiss yaşamasına səbəb olar. Avtomobilinizi təmir edərkən, evdə təmir işləri apararkən balaca oğlunuzun köməyindən yararlanın. Bu zaman siz həmçinin şəxsi davranışınızla ona nümunə olduğunuzu unutmayın.

– Ona kitab hədiyyə edin. Kitab hədiyyə etmək üçün xüsusi bir günün olmasını gözləməyin. Yaşına uyğun və maraqlı hekayələrdən ibarət kitablar övladınızın sevincinə səbəb olar.

– Birlikdə film izləyin. Film maraqlı olduğu qədər övladınızın yaşına uyğunluğuna da diqqət edin. Film izləmə zamanını övladınız üçün əyləncəli edin.

– Gəzintilər təşkil edin. Onun sevdiyi yerlərə getməyiniz övladınız üçün daha xoş olar. Bu zamanı ona həsr etməyə çalışın. Telefonla məşğul olmağınız və digər işlərinizi gəzinti zamanına saxlamağınız övladınıza xoş olmayan hisslər bəxş edər.

– Birlikdə oyunlar oynamağınız onun xüsusi sevincinə səbəb olmaqla yanaşı, ona olan qayğınızın, sevginizin və diqqətinizin də göstəricisi olar. Domino, dama, şahmat, puzzle yığmaq kimi oyunlardan istifadə edə bilərsiniz.

– Birlikdə şirniyyatlar hazırlayın. Bu zaman övladınızın bu işdə özünəməxsus rolu olduğunu hiss etdirin. “Mətbəxi çirkləndirmə”, “dayan, mən edim” və s. kimi ifadələr əvəzinə “Səninlə birgə iş görmək olduqca maraqlıdır”, “Mənə kömək etdiyin üçün təşəkkür edirəm”, “Şirniyyatımız hazır olandan sonra çirkli mətbəximizi bir yerdə təmiz edərik”, “Sən edə bilərsən, amma diqqətli ol” ifadələri daha uğurludur.

– Kiçik belə olsa sevdiyi hədiyyələrlə övladınızı mükafatlandırın. Sizin qayğınız övladınız üçün hər zaman gərəklidir. Sevgiylə, qayğı və mehribanlıqla davranmanız psixoloji sağlam övlad böyütmənizin təməli olar.