Günümüzdə bir çox ana “mükəmməl” olmaq istəyilə əllərindən gələni etməyə çalışırlar, “daha yaxşı nə edə bilərəm?!”in qayğısını çəkirlər. Mükəmməl ana sindromu ilə qarşımızda fərqli görünməyə çalışırlar.
Bəzi ailələr uşaq iki yaşında üç dil öyrənsin, eyni vaxtda həm baletə, həm də üzgüçülük dərslərinə getsin, həm pianino, həm də skiripka çalsın kimi istəkləri olarkən, başqa ailələr isə övladı sadəcə təbii qidalar yesin, sənədli film izləsin kimi metodlarla özlərini göstərirlər.
Bir başqa ailə isə uşaq yeməyini yesin, vaxtında yatsın, qaydalara əməl etsin şəklində özünü göstərir. Psixoloq Reyhan Algül, “Hamısında ortaq nöqtə uşağın daha yaxşı bir həyatı olması üçün edilən fədakar davranışlar və axtarışlardır. Amma ananın mükəmməl olmağa çalışması, uşağının mükəmməl olmasını istəməsi həm ana, həm də uşaq üçün bəzi mənfiliklərə yol aça bilər” deyir. Mükəmməllik sindromu anada çatışmazlıq duyğusuna, özünü günahkarlandırmağa və həddindən artıq qayğıya səbəb ola bilərkən, uşaqda yemə yuxu problemlərindən inadkarlıq və məktəbdən bezməyə kimi bir çox problemlə özünü göstərə bilər. Psixoloq Reyhan Algül “bu çatışmazlıqlar müəyyən yaşlarda da təsirini göstərməkdədir. Hər istədiyini əldə edə biləcəyini, mükəmməl və qüsursuz olduğunu fikirləşərək böyüyən uşaqlar həqiqi həyatda problemlərlə, məğlubiyyətlə qarşılaşdıqda özünə inamını itirir” deyə bildirir.
Psixoloq Reyhan Algül, anaları mükəmməlliyə aparan səbəblərdən bəhs edir:
Hər insanda olan narsizm
Uşaq sahibi olmaq dünyadakı ən məsuliyyətli və ən ağır iş olmaqla yanaşı, eyni zamanda insandakı narsizmi ortaya çıxara bilən vəziyyətdir. “Mənim uşağımın” fikri, uşağı və özünü müəyyən vaxt ərzində mükəmməl görmək istəyini yaradır.
Bağlanmaq yox, asılılıq
Uşağını yanından ayırmayan, əslində öz aslılığının əvəzinə uşağından istifadə edən valideynlər uşaqdakı asılılığı artırırlar. Əlbəttə ki valideynlərin çoxu bunları bilərək etmir. Hətta fərqində belə olmurlar. Ancaq hər uşağın valideynindən asılı olmadığını yaddan çıxartmaq olmaz.
Keçmişin qazanılması
Valideynlər keçmişdə öz ana-atalarının etdikləri səhvləri öz uşaqlarına etməməyə çalışırlar. “Mənim yaşadığımı uşağım yaşamasın” deyə fikirləşirlər.
Uşaq sayı və işləyən valideyn
Psixoloq Reyhan Algül “Uşaq sayının azalması, valideyinlərin uşaqları ilə daha çox vaxt keçirmələrinə səbəb oluğu kimi, uzun iş və anaların iş həyatında olması bəzən uşağa “lazımınca vaxt ayırmadıqlarını” fikirləşməsinə səbəb olur. Bu səbəblə analar uşağı ilə keçirdiyi vaxtda “heç olmasa onu xəşbəxt edim” deyərək həddinnən artıq qayğı göstərirlər” deyir.
Mənbə: Qadin.net

Əksər ailələr uşaq inkişafında sərhəd qoymağın və təməlin vacibliyini bilsə də, bunu həyata keçirməkdə çətinlik çəkir. Bəs qatı və cəzalandırıcı olmadan uşaqları bir çox təhlükəli xüsusiyyətlərə qarşı necə sərhədləmək olar?
Məşhur yuxu mütəxəssislərindən olan Kim Vest (The Sleep Lady), erkən oyanma probleminin körpələrdə və ilk məktəb çağına gəlmiş uşaqlarda sıx görünən problem olduğunu söyləyir.
Süd dişləri ağır xəstəliklərə çarə olacaq.
Artıq valideynlər ana dili ilə yanaşı uşaqların çox kiçik olduğu dövrlərdən ingilis dilini öyrənə bilmələri, heç olmasa gələcəkdə ingilis dilinə yatqınlığının olması üçün çalışırlar. Uşaqların dil öyrənməsi əvvəlcə kəlmələr, sonra kəlmə qrupları, son olaraq isə cümlə qurmağı öyrənmək ardıcıllığında davam edir. Ancaq hər uşağın danışıq bacarığını inkişaf etdirməsi onun qavrama müddətindən asılıdır. Bəzən sürətli, bəzən yavaş olan bu müddətdə uşağın ikinci bir dil öyrənməsinə kömək etmək üçün onun zamanına və sürətinə görə üsul müəyyənləşdirmək məsləhətlidir. Uşağın 2 yaş ingilis dili təlimi ilə 4 yaş ingilis təlimi eyni olmayacaq. Bəs nələr edilməlidir?
Məktəb dövründə və məktəb əvvəlki dövrdə uşaqların musiqiyə marağını artırmaq və musiqi ilə məşğul olmaq üçün ideal yaşın 0-5 yaş arası olduğunu bildirirlər.
Bəzi nənələr nəvələri ilə asudə vaxt keçirməyə can atır, başqaları onları uzaq məsafədən sevir, bir qrupu isə nəvələrinə tamamilə laqeyd yanaşır və “nənə” deyə çağırılmağı xoşalmırlar. Görəsən, Fransanın 65 yaşlı birinci xanımı Bricti Makron necə nənədir?
Əvvəlcə uşaq inkişafını kateqoriyalara ayırmaq lazımdır. Uşağın ilk inkişafı ana bətnindən başlayır və bu müddət ərzində uşaq xarici aləmdən gələn hər növ xəbərdarlığı ana bətnindəki incə pərdənin içindən ayırd edir.