Uşaqları gözəl bir yay tətili gözləyir. Tətilinizi daha da maraqlı keçirmək üçün Türkiyənin təhsil naziri Selçuk Ziyanın yay tətili üçün valideyn və uşaqlara məsləhət gördüyü siyahını təqdim edirik:
- Bir çiçək əkin və böyüdün;
- Təbiətdə gəzinti edin;
- Üç ağac növü ilə tanış olun;
- Beş daş oynayın;
- Muzeyə gedin;
- Birlikdə ağaca çıxıb təbiəti seyr edin;
- Mövsümi meyvələrin dənələrini torpağa əkin;
- Küçədəki daşları qaldıraraq altında soxulcan, böcək axtarın;
- Bir alimin həyatını araşdırın;
- Küçə heyvanlarına su verin;
- Yelləncək düzəldin;
- Birlikdə yemək hazırlayın;
- Yeni nağıl öyrənin;
- Uçurtma düzəldib uçurun;
- Kağızdan gəmi düzəltməyi öyrədin;
- Öz uşaqlıq xatirələrinizi bölüşün;
- Küçədən tapdığınız daşları rəngləyin;
- Otlardan tütək düzəldin;
- Birlikdə evinizi təmizləyin;
- Birlikdə velosipedə minin;
- Birlikdə şahmat oynayın;
- Dünya xəritəsi üzərində ölkə tapmaq oyunu oynayın;
- Övladınıza yüksək səslə kitab oxudun;
- Şirniyyat hazırlayaraq qonuşlarınıza aparın;
- Su və enerji qənaət üsullarını birlikdə öyrənin;
- Birlikdə bir film izləyin, senarist və rejissoru birlikdə tanıyın;
- Birlikdə gəzintiyə çıxın, addımlarınızı sayın;
- Düymə və sökük tikməyi öyrədin;
- Quşlara yem verin;
- Birlikdə bir hekayə yazın;
- Mismar vurmağı öyrədin;
- Birlikdə kitab oxuyun;
- Böyükləri ziyarət edin;
- Gizlən qaç oynayın;
- Birlikdə ip atlayın;
- Şeir əzbərləyin;
- Birinə məktub yazın;
- Bir qarışqa yuvası tapın və çörək qırıntıları atın;
- Paltar qatlamağı və ütüləməyi öyrənin;
- Pəncərədən baxıb gördükləriniz haqqında danışın;
- Birlikdə mürəbbə hazırlayın;
- Fərqli ağaclardan yarpaqlar toplayın və dəftərə yapışdırın;
- Birlikdə meyvə suyu hazırlayın;
- Birlikdə quşları müşahidə edin;
- Birlikdə bir ilk yardım detalı öyrənin;
- Ehtiyacı olan birinə kömək edin;
- Bir tanışınızla reportaj hazırlayın;
- Bir rəssamın həyatını araşdırın;
- Birlikdə bir qolbaq hazırlayın;
- Təbiətdən topladığınız ləvazimatlarla şəkil çərçivəsi düzəldin;
- Öz-özünə hazırlaya biləcəyi yemək öyrədin;
- Kitabxanaya gedin və üzv olun;
- Çörək bişirin;
- Ailəliklə yerə uzanıb ulduzları seyr edin;
- Böyük bir təpəyə çıxın;
- Sizə aid xüsusi bir salamlaşma üsulu tapın;
- Bir aparatı və ya cihazı sökərək parçalarını yerinə taxın;
- Bərabər süfrə düzəldin;
- Qatıq hazırlamağı öyrənin;
- Səssiz film oyunu oynayın;
- Təbiətdə istiqamət tapmaq oyunu oynayın;
- Evin ehtiyac siyahısını hazırladın;
- Birlikdə rəsm çəkin;
- Günəşin doğuşunu və batışını izləyin;
- Yeni bir dildə salamlaşma və təşəkkür etməyi öyrənin;
- Bir kitabçıya gedin;
- Birlikdə sadə bir təcrübə keçirin;
Mənbə: meb.gov.tr

İsti yay aylarında hamı evini sərinlətmək üçün kondisioner alır, quraşdırır, bununla ailəsinə komfort yaratdığını düşünür.
Uşaqlara bütün duyğularımızın sağlam və güvənli olduğunu, qaçılması, düzəldilməsi ya da cilovlanması lazım olmadığını öyrətməyimiz çox önəmlidir. Bir ana bunu necə etdiyini kiçik bir hekayə ilə danışır:
Süd və süd məhsulları gündəlik qida normamızın önəmli hissəsini təşkil edir. Bu məhsullar protein, kalsium, B2 və B12 vitaminləri də daxil olmaqla bir çox qida maddəsinin mənbəyi hesab olunur. Süd məhsullarının tərkibindəki kalsium, sümüklərin və dişlərin sağlam inkişafında, eləcə də hüceyrələrin normal fəaliyyətində xüsusi rol oynayır. Həmin qidaların tərkibindəki keyfiyyətli protein isə uşaqlarda böyümə, böyüklərdə toxuma bərpası və hər yaş qrupunda orqanizmin fəaliyyətinə müsbət istiqamətdə təsir göstərir. Lakin autizm xəstəliyi olan uşaqlarda bu, heç də belə deyil.
10 il ərzində yayımlanan yeddi kitab ilə saysız gənc oxucu üzərində böyük təsir yaradan Harry Potter seriyası, son kitabın yayımlanmasının üzərindən 12 il keçməsinə baxmayaraq, hələ də öz təsirini qoruyub saxlayır. Onlayn kitab və dəftərxana ləvazimatları alış-veriş saytı The Works tərəfindən edilən bir araşdırmaya görə, Harry Potter uşaq kitabları arasında “ən ilhamverici obraz” olaraq qəbul edilir.
Boşanmanın yaş dövrünə görə uşaqların davranışlarında yaratdığı dəyişikliklər:

Son zamanlar uşaqların, xüsusən də oğlanların gec dil açması problemi aktualdır. Adətən yaşlı nənələr oğlan uşaqlarının qız uşaqlarına nisbətən gec dil açmasının normal olduğunu bildirirlər. Lakin anaları narahat edən bu problem həqiqətən də yolunda getməyən bir sıra məqamlardan xəbər verir. Həkimlərin bildirdiklərinə görə, nitq qabiliyyəti normal inkişaf edən uşaq 4-5 ayından etbarən səslər çıxarmalı, 1 yaşından isə qısa sözlər söyləməlidir.
Planetimizin atmosferindəki mövcud istixana qazının miqdarı, insanlıq tarixindəki ən yüksək səviyyədə olduğu açıqlanıb. Görünən odur ki, içində olduğumuz faciəvi vəziyyəti dəyişdirəcək pozitiv təşəbbüslərə istiqamətlənməyimiz üçün uzun müddətdir gözlərimizin önündə dayanan fəlakətin fərqinə varmağımız lazım imiş. Ancaq işin neqativ tərəflərinə fokuslanmaq yerinə, planetimiz və içində yaşayan insanlar üçün ən yaxşısını etməyə çalışan bir məktəbi incələyəcəyik indi.
Uşaqlarımızın zehni sağlamlığına erkən yaşlardan etibarən sərmayə etmək böyük önəm daşıyır. Xüsusilə də ekran vaxtının həyatlarının böyük qismini əhatə etdiyi dövürdə, uşaqlar arasında zehni və psixi sağlamlıq problemləri gedərək yayılır və valideynlər olaraq bizə də böyük iş düşür. Budur, övladınızın zehni sağlamlığını gücləndirmək və ona fayda verəcək vərdişlər qazandırmaq üçün izləyə biləcəyiniz bəzi addımlar: