Uşaqlara bütün duyğularımızın sağlam və güvənli olduğunu, qaçılması, düzəldilməsi ya da cilovlanması lazım olmadığını öyrətməyimiz çox önəmlidir. Bir ana bunu necə etdiyini kiçik bir hekayə ilə danışır:
“Dünən 3 yaşındakı qızım, çox sevdiyi balaca tüklü ilbiz oyuncağını parkda oyun oynayarkən itirib. Əvvəllər olsaydı, yaşadığı kədəri dayandırmaq üçün o dəqiqə eyni oyuncaqdan bir dənə daha almaq üçün mağazaya qaçardım. Bunun əvəzinə hirs və kədər hisslərini yaşamasına icazə verdim. Nə qədər kədərli olduğunu və itkinin nə qədər çətin bir şey olduğunu danışdıq. Axşam yeməyinə bacımın evinə getdik və bütün ailəyə gün içində yaşadığı təcrübəni danışdı və sözlərini belə bitirdi: “Nələrdənsə əl çəkmək necə də çətindir”. Asan yolu seçmədiyimiz üçün ikimizlə də qürur duydum.
“Qızım bütün həftəni hər kəsə ilbizini necə itirdiyini danışaraq keçirdi. Ən gözəl tərəfi isə hər kəsin nələrisə itirməsilə bağlı danışdığı hekayələri dinləməsi oldu. Hər dəfəsində də bu sualı verdi: Özünü necə hiss etdin? Öz duyğularını qorxusuzca yaşadığına şahid olmaq çox gözəl idi.
Mənbə: egitimpedia.com