Məktəb ödənişi olaraq plastik tullantı tələb edən məktəb

Planetimizin atmosferindəki mövcud istixana qazının miqdarı, insanlıq tarixindəki ən yüksək səviyyədə olduğu açıqlanıb. Görünən odur ki, içində olduğumuz faciəvi vəziyyəti dəyişdirəcək pozitiv təşəbbüslərə istiqamətlənməyimiz üçün uzun müddətdir gözlərimizin önündə dayanan fəlakətin fərqinə varmağımız lazım imiş. Ancaq işin neqativ tərəflərinə fokuslanmaq yerinə, planetimiz və içində yaşayan insanlar üçün ən yaxşısını etməyə çalışan bir məktəbi incələyəcəyik indi.

Akshar, Hindistanda yerləşən bir məktəbdir. Şagirdləri, məktəbə plastik torbalarını yanlarında gətirirlər. Məktəbin iki qurucusundan biri olan Mazin Mukhtar, həyat yoldaşı ilə 2013-cü ildə New Yorkda tanış olduqdan sonra bu fikrə gəldiyini söyləyir. “Yoxsul uşaqlar üçün xüsusi olaraq hazırlanmış yeni bir məktəb qurmağı xəyal edirdik ikimiz də. Aksharı tanış olduğumuz il qurduq və məktəbimiz Akshar Forumu da 2016-cı ildə həyata keçirdik”.

“Geridönüşüm mərkəzimizi istifadə etməyə başladımız ildə valideynlər iş birliyinə razılaşmadılar. Bu səbəblə valideynləri geridönüşümə təşviq etmək üçün “Plastik Məktəb Ödənişləri” layihəsini həyata keçirdik. Bu layihədən əvvəlki illərdə məktəb tamamilə ödənişsiz idi. Əslində, məktəbə ödəniş ödəməkdən əlavə məcburi ev tapşırığı kimi bir şey idi bu. Buna məktəb ödənişi deməyimizin səbəbi valideynlərə bunu xatırlatmaq idi: Məktəb tamamilə ödənişsizdir, amma ən azından təmiz və quru plastik tullantılarınızı bizə göndərərək həm bizə, həm də özünüzə kömək etmiş olarsınız”.

“Hər kəs üçün ödənişsiz məktəb qurmaq istəyirdik, ancaq bu ərazidə orataya çıxan daha böyük bir sosial və ekoloji problemin fərqinə vardığımızda ağlımıza belə bir fikir gəldi. Yaxın çevrədə yaşayan biri hər plastik yandırdığında siniflərimizin içinin necə zəhərli qazlarla dolduğunu hələ də xatırlayıram. Bizim buralarda isinmək üçün plastik tullantıları yandırmaq normal hal olaraq qəbul edilir. Biz bunu dəyişdirmək istədik və şagirdlərimizi “məktəb ödənişi” olaraq platik tullantıları bizə gətirmələri üçün təşviq etməyə başladıq”, deyir məktəbin qurucularından olan Parmita Sarma

Uşaqların çoxu, bu məktəb açılmadan əvvəl yaxınlıqdakı mədənlərdə işləyirdilər. Gündə təxminən 2.50 dollar qazanırdılar. Məktəb uşaqlara ödəmə etmədiyi üçün bir alternativ tapdı. Akshar yaşca böyük uşaqlara balacalara dərs keçmələrini təklif etdilər. Bunun sayəsində şagirdlərə atışdırmalıq, kağız və geyim almalarını təmin edən ouncaq pullar veriləcəkdi.

Şagirdlər müəllimlərinin onlar üçün internetdən alış-veriş etməsini tələb edirlər. Müəllimlər, şagirdlərin qazandıqları oyuncaq pulları realı ilə dəişdirərək Amazondan istədiklərini ala bilirlər.

Məktəb şagirdləri və valideynləri plastikin zərərli təsirləri ilə bağlı məlumatlandırırlar. Parmatiaya görə məktəbdən əvvəl bir çox valideyn evini isitmək üçün plastik tullantıları yandırırdı. Ancaq məktəv cəmiyyətə təhsil verməyə başladıqdan sonra, valideynlər uşaqlarını nə cür zərərlərə məruz qoydularının fərqinə varıblar.

Məktəb ilk açıldığında təkcə 20 şagirdi var idi. Bu rəqəm hazırda 110-dur.

Hər şagirdin payına həftəlik 25 parça plastik düşür. “Başlanğıcda şagirdlərimizin çoxu ya məktəbi tərk etmişdilər ya da uşaq işçi idi. Artıq məktəb saatlarında balacalara dərs verərək və məktəbdən sonra geridönüşüm mərkəzində çalışaraq pul qazanırlar.

Məktəbin qurucuları Mazin və Parmitə cütlüyü gələcəkdə buna bənzər daha 100 məktəbi Hindistana qazandırmaq istəyirlər.