Övladınızın əsəbi olmasının səbəbləri

Bir uşağın əsəbi olması üçün əgər genetik səbəblər yoxdursa, bunun təhsil və ətraf mühitlə əlaqəsi vardır. Əsəbililik halı öyrənilmiş bir vəziyyətdir. Madam ki, doğuşdan əsəbi doğulmurlar, bəs bəzi uşaqlar necə belə əsəbi ola bilir? Əlbəttə bu sualın cavabını tək səbəblə əlaqələndirə bilmərik. Bir çox səbəbi ola bilər. Bunlardan bəzilərini sizin üçün qeyd edəcəm:

Əgər uşağınızı əsəbi etmək istəyirsinizsə…

  • Həmişə övladınızın yanında həyat yoldaşınızla münaqişə edin;
  • Uşağınızın istəmədiyi bir şeyi ona məcburi elətdirin, qəbul etdirin;
  • Uşağınızla inadlaşaraq həll yolları tapmasına köməkçi olmayın;
  • Danışarkən onu dinləməyin. Eşitməzlikdən gəlin;
  • Həddən artıq qoruyucu olun ki, uşaq başqası olmadan heç nə edə bilməyəcək vəziyyətə gəlsin;
  • Uşağınızı etdiyi mənfi davranışlarında günahlandırın və danlayın;
  • Uşağınıza vaxt ayırmayın.

Yuxarıda sadaladıqlarımı etsəniz, böyük ehtimalla əsəbi bir uşaq böyütmüş olacaqsınız.

Dəyərli ailələr, nəyi edib, nəyi etməyəcəyinizi bilmək uşaq təhsilində önəmli məlumatlardır.

Ancaq hər əsəbi uşaq anormal davranış göstərir deyə bilmərik. Məsələn, 3 yaş ətrafı uşaqlar inkişaf xüsusiyyətlərindən dolayı, normaldan daha çox əsəbi ola bilirlər.

3 yaşındakı bir uşaq ətrafında özündən kənar dünyanın varlığını və özünün o dünya içində bir fərd olduğunu qəbullanıb. Bu mərhələdə uşaq özünə xüsusi bir mənlik və cinsiyyət duyğusu inkişaf etdirməyə başlayar. 3 yaş dönəminə qədər adətən daha sakit olan uşaqlar bu mərhələdə tez-tez valideynlər ilə inadlaşmağa başlayır və axırda da əsəb krizləri yaşaya bilirlər. Ancaq bir çox ailə uşaqdakı bu dəyişimi anormal olduğunu düşünüb qayğılanmaqdadır. Bu mərhələdə uşağa qarşı uyğun reaksiya verilməlidir. Zaman keçdikcə ümumi əsəbi halı azalacaqdır.

Əgər 3 yaş dönəmini keçdiyi halda uşaqda əsəb halı davam edirsə, bir mütəxəssislə danışa bilərsiniz.

Mənbə: cocukgelisimi.gen.tr

Övladınızın ilk müəllimi olaraq izləməli olduğunuz 5 yol

Hər valideyn kimi uşağınızın ilk müəllimi sizsiniz və məktəb həyatı boyunca müəllimlərinə kömək etməyə davam edəcəksiniz. Necə bir yol izləyəcəyinizi bilmirsinizsə, sizə bəzi tövsiyələrimizi təqdim edirik.

1. Öyrətməyi əyləncəli hala salın

Öyrənmə sadəcə oxunan dərs kitablarından ibarət deyil. Danışmağa, oyunlar oynamağa və birlikdə oxumağa başlayaraq uşağınıza riyaziyyat və oxuma, yazma bacarıqları qazandıra bilərsiniz. Uşağınız böyüdükcə, oyun oynamğa davam edə, kitablar və filmlər haqqında danışa, öyrənməyi əyləncəli hala gətirə bilərsiniz.

2. Gözləntilərinizi minimuma endirin

Öz sərhədlərini aşmaları üçün cəsarətləndirmək bir yana, uşağınızla həqiqi hədəflər haqqında danışın və onun öz hədəflərini aydınlaşdırmasına kömək edin. Yaranacaq, problemlərdə, uğursuzluqlar qarşısında güclü olması üçün uşağınızı səhvlərdən dərs almağa və iləriləməyə təşviq edin.

3. Aktiv dinləmə

İstəksiz danışmaları, ən çox onları dinləyərək danışmağa razı sala bilərsiniz. Göz təması, duruş tərziniz və müsbət rəy bildirmə kimi dialoqları təşviq edən üsullardan istifadə edin. Onları dinləyin. Sizin qayğınıza hər zaman ehtiyacları olacaq.

4. Cəhdlərini və müvəffəqiyyətlərini tərifləyin

Uşaqlar orijinal təşviq və təriflə inkişaf edir. Bu motivasiya ilə mənlik düşüncəsi və güvənləri artır və bu da məktəbdə daha yaxşı nəticə almalarına kömək edir. Uşaqlarnızı etdiyi ən kiçik cəhddə və göstərdiyi uğurda həqiqi və pozitiv əlaqə ilə təşviq edin.

5. Məktəb əlaqələrini unutmayın

Həm siz həm də uşağınızın müəllimləri onun öyrənmə potensialına çatmasını istəyir. Uşağınızın öyrənmələri ilə sağlam bir əlaqə quraraq və məktəb fəaliyyətlərinə qatılaraq güclü əlaqə yaradın.

Mənbə: qadin.net

Şagirdlərini yazı yazmağa təşviq edən müəllim

Üçüncü sinif müəllimi Shannon Anderson, şagirdlərini yazı yazmaqla bağlı motivasiya etmək üçün möhtəşəm bir üsul tətbiq etdi: Xəyal etdikləri xarakterləri oyuncaq heyvanlara çevirmək.

Van Rensselaer məktəbində müəllimlik edən Anderson, şagirdlərinin yazmaqdan zövq almasını təmin etmək üçün onlarla kitab layihəsi üzərində çalışır. Hər şagird əvvəlcə bir kitab yazır, sonra da o hekayəni çəkir. Anderson hekayədəki xarakterin təsvirlərini oyuncaq istehsalçısı bir firma ilə razılaşaraq yumuşaq oyuncaqlara çevirir.

“Ən “sərt” uşaqlar belə öz yaratdıqları xəyali xarakterlərin reallaşmasından zövq alırdı”, deyir Anderson. “Bütün şagirdlər oyuncaqlarını qucaqlayıb onlara sevgilərini göstərmək istəyir. Bu, çox gözəl yaradıcılıq nümunəsidir və onlar üçün çox önəmlidir”.

“Bir şagird, bununla yanaşı ədyal daşıyan bir tısbağanın hekayəsini yazdı. Oyuncaq tısbağanın da üzərində ədyal var idi. Uşaqlar xəyal etdikləri şeylərin eynisini qarşılarında gördüklərində çox təsirlənirlər”.

Anderson bu çox xüsusi layihə sayəsində şagirdlərinin sahiblənmə duyğularının və həyəcanlarının artdığını dilə gətirir. Layihədə yer alan oyuncaqlardan bəziləri:

Mənbə: egitimpedia.com

Əziz valideynlər, nə qədər cəsarətiniz var?

İllərdir özüm haqqında böyük qarışıqlıq içərisindəyəm: Uşaqlığım və xüsusilə də yay tətillərim çox əyləncəlimi keçdi, yoxsa mənim üçün işgəncəmi idi? Universitetə gedənə qədər hər yay tətilində işləyirdim. Təhsil baxımından uğurlu idim, eyni zamanda “real həyatı” öyrənməyim lazım olduğunu düşünən bir ailə mühitində böyüdüm. Amma sadəcə ailəmin istəyi deyil, öz istəyim də işləməyimdə təsirli oldu.

Əvvəlcə kiçik cəhdlərlə başlayan öz işimi qurma macəralarım var idi, lakin bu uşağın əlindən heç kim tutmamışdı. Ən kiçik investisiya macəram böyük maqnit tapmaq və onun ucuna ip bağlayıb küçə-küçə gəzib maqnitin çəkdiyi metal parçalarını yığıb satmaq olmuşdu. Lakin bir-iki gün ərzində bu işin ən çox saqqız ala biləcək qədər pul qazandıra biləcəyini gördüm. Bu ilk macəram məktəb illərimin əvvəlinə təsadüf edir. Yenə məktəb illərimdə oyun kartları və oyuncaqlar satışında kiçik miqyaslı qazanclarım olmuşdu. Amma ilk “real təcrübəm” bir poşetçinin yanında köməkçi olaraq başlamağımdı deyə bilərəm.

Sonra məktəb illərimdə marketdə işləməyə başladım. Əsas küçədən əl arabasıyla gedib mal daşıyacaqdım və “dostlarıma görünə bilməzdim, çünki onlar oyun oynayarkən bu, mənə edilən haqqsızlıq idi, rüsvay olardım, uğurlu bir şagird idim, bu, olmazdı” formasında olan düşüncələr, tam da ön yeniyetməlik dönəmləridir. Çarəni aktyorluqda tapmışdım, tanınmamaq üçün əvvəlcə arxa küçələrdən birinə keçərək ətrafda olan kömür tozlarnı üzümə çəkər, əynimdəki geyimləri səliqəsiz edər və ağzıma da yanırmış kimi görünən yalançı siqaret qoyardım. Fərqli bir görünüş yaradaraq iki dükan arasında gedib-gəlirdim. Məqsəd tanınmamaq idi və bunu da bacarırdım. Dükana mal gəlməsin deyə dua edərdim.

İndi baxdığımda məni bu hala salanlara ara-sıra hirslənirəm. Amma qəribə bir formada mənim aktyorluğumun inkişafında oyun olsun deyə dəyişdirdiyim bu tiplərin təsiri böyükdü. Çalışarkən əzmli olmağı, çətin işlərdən qaçmamağı, alternativ həllər tapmağı burada öyrəndim. Yaşadığım ziddiyyət də buradadır. Bir yerlərdə işləyən uşaqları gördükcə onlara yazığım gəlmir, yazığım gəlməlidirmi, onu da bilmirəm. O uşağın mübarizəsinin hər şeydən üstün olduğunu düşünürəm.

İnsana ən böyük zövq verən şeylərdən biri isə yaşadığı təcrübələr mövzusunda tək olmadığının fərqinə vardığı andır. İllərdir böyük zövqlə izlədiyim Acar Baltaşın Handan Uşaklıgillə birlikdə yazdıqları kitabı gördüyümdə məndə nələrsə tərpənməyə başladı. Bəzən kitab evinə səbəbsiz gedərsiniz, amma bir anda bir kitab çıxar qarşınıza və sizə “mütləq al” deyə səslənər, “İlk işim” kitabı bax, bu həyəcanı yaratdı məndə.

Məqaləmi hazırda Layihə İdarəetmə Direktoru olan və ilk işinə çayçı olaraq başlayan Mehmet Nuri Nasliçin təcrübəsindən bir hissəylə nöqtələmək istəyirəm: “… Dörd fərqli iş yerindən bir dəqiqə içərisində gələn çay istəkləri, çay evinin qarşısında isti simiti soyutmadan, yemək istəyən bir müştəri, on dəqiqə öncə dəmlədiyiniz, amma beş dəqiqəyə daha ehtiyac duyan bir çay. Səmimi olduğunuz iş sahibinə ilk çayı apararkən, isti simiti ilə çay evinin qarşısında gözləyən müştərinin sərt baxışına, xüsusilə Trabzonda məruz qalmaq istəməzsiniz. Ancaq mütəmadi olaraq bu çıxılmaz vəziyyətin ortasında qalmaq və bunu həll etmək məcburiyyətində olduğunuzu bilmək, bir müddət sonra ən ideal koordinasiyanı təmin etməyinizə köməkçi olur. Bütün bu koordinasiya bacarığı, fərqli zaman dilimlərində fərqli ölkələrdə olan komandaları milyon dollarlıq layihələrdə böyük bir özgüvənlə idarə etməyinizi təmin edə bilər”.

Valideynlər olaraq gün gələcək, uşaqlarımızla birlikdə bu mövzu haqqında bir qərar verməyimiz lazım olacaq, lakin ondan əvvəl bir an özümüzə bu sualı verməyimiz lazım olacaq: Uşaqlarımızın vaxt keçirəcəkləri hansı mühit onlar üçün ən uyğunudur? Düşüncəniz zərər verməməsi üçün dizaynlanmış, plastik zəmin üzərinə qurulmuş, plastik oyuncaqların olduğu, təhlükədən izolyasiya edilmiş plastik parklardırm? Yoxsa qarşılarına nə çıxacağını bilmədikləri təbii mühitlər? Qısaca, valideynliyin qorumaqla eyniləşdiyi bu dövrdə həyata qarşı toxunulmazlıq qazanmış uşaqlar böyütmək üçün nə qədər cəzarətimiz var?

Mənbə: egitimpedia.com

Uşaqlara heyvanları necə öyrətməli?

Uşaqlara heyvanları necə öyrətməli və sevdirməli olduğunuz mövzusunda çətinlik çəkirsinizsə, məqaləmiz məhz sizin üçündür.

Heyvanları yediklərinə görə tanıtmaq

Uşağın diqqətini çəkən heyvanların necə qidalandığını nəzərə alaraq ona heyvanları öyrədə bilərsiniz. Quşları öyrətmək üçün buğda, meymunlar üçün banan, dovşanlar üçün kökü nümunə göstərməlisiniz.

Heyvanları çıxardığı səslərə görə təqlid etmə

Küçədə yeriyərkən rastlaşdığınız nümunələrdən başlayın. Heyvanları çıxardıqları səslərə görə tanıdın. Əyləncəli şəkildə öyrətmək dava faydalıdır. Bu üsul təqlid bacarığını artıracaq.

Heyvan sevgisini necə təlqin etməli?

Heyvanların qorunması üçün kiçik ev hazırlaya bilərsiniz. Karton qutudan pişik evini düzəldərkən uşağınızdan kömək istəyin. Beləliklə, uşaqda heyvan sevgisi formalaşacaqdır.

Heyvanların uşağın inkişafına təsiri:

  • Heyvanlardan uzaq qalan uşaqlar daha çətin sosial münasibət qura bilirlər.
  • Xüsusilə, ev heyvanı olan mühitdə böyüyən uşaqda sahiblənmə duyğusu inkişaf edir.
  • Məsuliyyət sahibi olaraq qidalanma və özünəqulluq bacarıqlarının fərqindədirlər.
  • Empatiya bacarığı inkişaf edir.
  • Paylaşmağı öyrənirlər.

Mənbə: qadin.net

Uzun müddət telefona baxan uşaq və yeniyetmələrin gözü çəpləşir

Yaponiya alimləri elan edib ki, uzun müddət smartfona baxan uşaq və yeniyetmələrin, eləcə də gənclərin gözlərində çəpgözlük yaranır və görmənin ikiləşməsinə meyillik olur.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, bir neçə yapon tibbi təşkilatı 370 oftalmoloq arasında sorğu apararaq, çəpgözlülüklə müraciət etmiş pasiyentlərin tibbi məlumatlarını incələmişlər. Həkimlərin 60% -i bildirib ki, gənc nəsildə çəpgözlüyün əsas səbəblərindən biri də smartfon və qadjetlərdən çox istifadə etməkdir. Müalicə ərəfəsində xəstələrə smartfondan istifadə qadağan olunduqda müalicə effekt verib.

Həkimlər etiraf edib ki,`10 il əvvələ kimi çəpgözlülük çox nadir hallarda rast gəlinirdi və daha çox anadangəlmə olurdu, indi isə texnologiyanın inkişafı ilə bu diaqnoz çoxalıb.

Buna misal kimi 17 yaşlı məktəblini göstəriblər. O, 12 ay ərzində hər gün smartfonda fasiləsiz 5-7 saat vaxt keçirmişdi. Bir dəfə qız sinifdə divarda iki saat görür. Görməsində problem olduğunu anlayan qız həkimə gedir və ona görmənin ikiləşməsi diaqnozu qoyulur. Həkimlər ona smartfondan tamamilə imtinanı məsləhət görüb, gözü isə əməliyyatdan sonra düzəldi.

İsti havalarda uşaqları belə qoruyun!

Pediatr Günay Rəsulovanın isti havalarda uşaqların necə qorunması ilə bağlı məsləhətlərini təqdim edirik:

  • Günün ən isti saatlarında (saat 11:00 ilə 17:00 arası) uşağı günün altına çıxarmayın. Bu saatlarda çölə çıxmaq məcburiyyətində qalınsa, mütləq uşağın başına qoruyucu papaq qoyun və ya çətir tutun.
  • Bol su, ayran verin. Çay yox. Uşaqlara ümumiyyətlə çay verməməyə çalışın. Şirin çayı isə heç verməyin.
  • Gündə 2 dəfə günün isti saatlarında çimizdirin. Çox tərləyən uşaqların bədənini, büküşlərini əlavə olaraq ilıq su ilə silin.
  • Yüngül qidalandırın. Yüksək kalorili, şəkərli, un məmulatları əvəzinə, bol vitaminli asan həzm olunan yeməklər verməyə çalışın. İstidə yemək istəməyən uşağı məcbur etməyin. Əvəzinə bol maye verin.
  • Sərin, dəri tənəffüsünə mane olmayacaq boş geyimlər geyindirin.

İsti havalarda rastlaşa biləcəyiniz problemlərdən, istilik vurma, gün vurma qorunmaq üçün bu qaydalara riayət etməlisiz.

  • Gün vurma, istilik vurma əlamətləri və ilk yardım
  • Qusma, başağrısı, hərarətin yüksəlməsi, halsızlıq, süstləşmə, iştahsızlıq

Yardım: Uşağa duş aldırmaq, sərin yerə aparmaq və simptomlara görə, qızdırma varsa, qızdırmanı düşürmək və s. edib təcili yardım çağırmaq lazımdır.

İstidən qorunmaq üçün kondisionerdən də düzgün istifadə etməyə çalışın. Tempetatur 22-25 dən aşağı olmamalı, kondisioner havasın birbaşa uşağın üstünə düşməməlidir. Yaxşı olar ki, uşaqlar olan otağın yan otağında kondisioner yansın.

İsti saatlarda, sərin otaqlarda onlarla daha çox oyun oynayaraq günümüzü daha aktiv, faydalı və sevgi dolu edə bilərik.

Uşaqların gözlərinin altı niyə qaralır?

Çox insanlar düşünür ki, gözlərin altının torbalanması, qaralması, tünd halqalar ya yaşla, ya da böyrək və qanazlığı problemi ilə bağlı olur. Uşaqların gözlərinin altı isə qarala bilməz. Amma pediatrlar uşaqların da gözlərinin altının batıq və tünd olmasının öz səbəbləri olduğunu açıqlayıb.

Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, hətta 5 yaşlı uşağın belə gözlərinin altının rənginin dəyişməsi 2 səbəbdən ola bilər: uşağın fizioloji özəlliyi və normal halı – uşaqlarda gözaltı dəri çox nazikdir, kapilyarlarla zəngindir. Elə uşaq var ki, damarları çox üzdə olur, dərisi də açıqdır, sarıdır. Xüsusən mavi, açıq gözlü uşaqlarda gözaltı tünd, görə çalar olur. Bu halda heç bir müalicə tələb olunmur.

Hansı əlavə problemlərdən uşaqların gözaltı qarala bilər?

  • Məktəblilərdə dərslərdən yorğunluq, yuxusuzluq, zehni gərginlikdən
  • Ailədə psixoemosional gərginlik yaşayanlar
  • Telefon, televizor, kompüterdə çox vaxt keçirənlərdə
  • Qapalı evdə çox qalanlar, açıq havada olmayanlar
  • Dəmir defisitli anemiya
  • Az ət və ət məhsulları yemək
  • Allergik rinit
  • Adenoidlər, boğaz əti
  • Gözünün tez-tez ovuşdurulması
  • İnfeksion xəstəliklər
  • Böyrək xəstəlikləri

Pediatların fikrincə, xəstəlikdən öncə uşağın fiziologiyası, gözaltı dəri, orso genetik amillər araşdırılmalıdır. Əgər nəsildə çox adamda belə hal varsa, deməli, narahatlığa əsas yoxdur.

Əgər uşaq yaxşı yatır, aktivdir, normal yeyir, analizlər qaydasındadırsa, gözlərin altının rəngini dərd etməyin.

Sevgi uşağın beyninə necə təsir edir?

Aşağıdakı iki görüntü, üç yaşındakı iki fərqli uşağın beyin axtarışına aiddir. Soldakı beyin sağdakı beyinə görə daha böyük, daha az nöqtəyə və qaranlıq bölgəyə sahibdir.

Nevroloqların dediyinə görə, bu böyük fərqin əsas səbəbi, analarının uşaqlara davranış formasındakı fərqliliklərdir.

Daha kiçik beyinə sahib olan uşaq ciddi etinasızlıq və istismara məruz qalmış kimi görünür.

Körpələrin beyinləri, ətrafları ilə əlaqəyə keçdikcə və ətraflarında necə var olacaqlarını öyrəndikcə böyüyür və inkişaf edir.

Uşaqlar ağlamalarının nəticəsi olaraq yeməyə və ya yuxuya qovuşduqlarında, emosional və fiziki ehtiyaclarını necə qarşılayacaqlarını anlamalarını təmin edən sinir yolları gücləndirilir. Ancaq ağlamalarına qarşılıq ala bilməyən və ya istismar edilən uşaqlar, bu vəziyyətdən daha fərqli dərslər çıxara bilərlər.

Mənfi şərtlər altında inkişaf etdirilmiş və gücləndirilmiş sinir yollar, uşaqları olduqları mənfi mühitlə başa çıxmağa hazırlayır, qayğıya və incə davranışlara reaksiya vermə bacarıqlarına zərər verə bilər.

Yeni yayımlanan bir araşdırmaya görə, yuxarıdakı görüntüdə sağ tərəfdə yer alan beyin, sol tərəfdəki beyində olan təməl bölgələrin bir qisminə sahib deyil.

Bu əskikliklərin nəticəsi çox açıqdır: Soldakı daha böyük beyinə sahib olan uşağın daha ağıllı olma və başqalarıyla empatiya qurma bacarığını inkişaf etdirmə ehtimalı, sağdakına nisbətən daha yüksəkdir.

Belə ciddi dərəcədə bir etinasızlıq halı çox pis nəticələrə yol aça bilər. Bu səviyyədə bir stimullaşdırılma əskikliyi, daha az sinir yolunun inkişaf etdirilməsinə səbəb olaraq öyrənməyə mane ola bilər.

Uşaq vaxtından valideynlə/qulluq edənlə bağ qura bilməmək, bu uşaqların başqaları ilə mənalı münasibətlər qurmaqda həmişə çətinlik çəkəcəkləri mənasına gəlir. Ancaq edilən araşdırmalar, zamanın nə qədər önəmli faktor olduğunu göstərir: Uşaq ikən övladlığa götürülən uşaqlar, gəzməyə başladıqdan sonra övladlıq verilən uşaqlara nisbətən daha böyük yaxşılaşma göstərir.

Lakin daha balaca beynə sahib olan uşağın narkotikə bağlı olma, şiddət tərkibli cinayətlərə qarışma, işsiz qalma və dövlət dəstəyinə bağlı olaraq yaşama ehtimalı daha yüksəkdir.

Eyni zamanda zehni və digər ciddi sağlamlıq problemlərinə sahib olma ehtimalı daha yüksəkdir.

Etinasızlıq və istismarın inkişaf edən beyin üzərindəki uzun müddətli təsirlərindən bəziləri bunlardır:

  • Beynin sol yarımkürəsinin kifayət qədər inkişaf etməməsi depressiya riskini artıra bilər;
  • Limbik sistemdə panik pozuqluğa və travma sonrası stress pozuqluğuna yol aça biləcək həssaslığın meydana gəlməsi;
  • Hipokampüs (beyin çıxıntısı) və limbik anormallıqlar, dissosiyatif pozuqluqlar və yaddaş itkisi riskini artıran az böyümənin müşahidəsi;
  • Diqqət əskikliyi hiperaktivit pozuqluğuna səbəb olduğu bilinən, beynin iki yarımkürəsi arasındakı əlaqənin zərər görməsi.

Mənbə: egitimpedia.com

Uşaqların İnternetdən asılı olduğunu göstərən hallar

Əgər övladınızda bu hallar müşahidə edilirsə, onların İnternetdən istifadəsini nəzarətdə saxlayın.

1. İnternet başında uzun müddət keçirirsə

Əgər övladınız kompüter, planşet və ya telefonla saatlarla vaxt keçirirsə, ilk buna diqqət etməlisiniz. Bu bir müddətlik də ola bilər, asılılığın başlanğıcı da. Buna görə də, uşağınızın əhvalına, İnternetdə nə qədər vaxt keçirdiyini müşahidə etməlisiniz.

2. İnternetdən başqa heç nə ilə maraqlanmırsa

Uşaqlar nə qədər İnterneti sevsə də, diqqətini çəkən başqa fəaliyyətlər də olmalıdır. Məsələn, şəkil çəkmək, kitab oxumaq, cizgi film izləmək, futbol və başqa oyunlar. Əgər əvvəlcədən sevdiyi şeylərə belə marağı yoxdursa, demək internetdən asılıdır.

3. Səhər oyanan kimi və axşam yatmadan əvvəl ilk iş İnternetə girməkdirsə

Uşaqlar İnternetdən asılı hala düşübsə, oyanan kimi və yatmazdan əvvəl İnternetə girir. Bu, hamı üçün keçərlidir.

4. İnternetdən uzaqlaşdırdıqda kəskin davranışlar sərgiləyirsə

Əgər övladınız internetdən uzaqlaşdırıldıqda, nə edəcəyini bilmirsə, hüzursuzluq göstərirsə, depressiv əhvala bürünürsə, İnternetdən asılı ola bilər.

Mənbə: qadin.net