Uşaqlara heyvanları necə öyrətməli və sevdirməli olduğunuz mövzusunda çətinlik çəkirsinizsə, məqaləmiz məhz sizin üçündür.
Heyvanları yediklərinə görə tanıtmaq
Uşağın diqqətini çəkən heyvanların necə qidalandığını nəzərə alaraq ona heyvanları öyrədə bilərsiniz. Quşları öyrətmək üçün buğda, meymunlar üçün banan, dovşanlar üçün kökü nümunə göstərməlisiniz.
Heyvanları çıxardığı səslərə görə təqlid etmə
Küçədə yeriyərkən rastlaşdığınız nümunələrdən başlayın. Heyvanları çıxardıqları səslərə görə tanıdın. Əyləncəli şəkildə öyrətmək dava faydalıdır. Bu üsul təqlid bacarığını artıracaq.
Heyvan sevgisini necə təlqin etməli?
Heyvanların qorunması üçün kiçik ev hazırlaya bilərsiniz. Karton qutudan pişik evini düzəldərkən uşağınızdan kömək istəyin. Beləliklə, uşaqda heyvan sevgisi formalaşacaqdır.
Heyvanların uşağın inkişafına təsiri:
- Heyvanlardan uzaq qalan uşaqlar daha çətin sosial münasibət qura bilirlər.
- Xüsusilə, ev heyvanı olan mühitdə böyüyən uşaqda sahiblənmə duyğusu inkişaf edir.
- Məsuliyyət sahibi olaraq qidalanma və özünəqulluq bacarıqlarının fərqindədirlər.
- Empatiya bacarığı inkişaf edir.
- Paylaşmağı öyrənirlər.
Mənbə: qadin.net