İllərdir özüm haqqında böyük qarışıqlıq içərisindəyəm: Uşaqlığım və xüsusilə də yay tətillərim çox əyləncəlimi keçdi, yoxsa mənim üçün işgəncəmi idi? Universitetə gedənə qədər hər yay tətilində işləyirdim. Təhsil baxımından uğurlu idim, eyni zamanda “real həyatı” öyrənməyim lazım olduğunu düşünən bir ailə mühitində böyüdüm. Amma sadəcə ailəmin istəyi deyil, öz istəyim də işləməyimdə təsirli oldu.
Əvvəlcə kiçik cəhdlərlə başlayan öz işimi qurma macəralarım var idi, lakin bu uşağın əlindən heç kim tutmamışdı. Ən kiçik investisiya macəram böyük maqnit tapmaq və onun ucuna ip bağlayıb küçə-küçə gəzib maqnitin çəkdiyi metal parçalarını yığıb satmaq olmuşdu. Lakin bir-iki gün ərzində bu işin ən çox saqqız ala biləcək qədər pul qazandıra biləcəyini gördüm. Bu ilk macəram məktəb illərimin əvvəlinə təsadüf edir. Yenə məktəb illərimdə oyun kartları və oyuncaqlar satışında kiçik miqyaslı qazanclarım olmuşdu. Amma ilk “real təcrübəm” bir poşetçinin yanında köməkçi olaraq başlamağımdı deyə bilərəm.
Sonra məktəb illərimdə marketdə işləməyə başladım. Əsas küçədən əl arabasıyla gedib mal daşıyacaqdım və “dostlarıma görünə bilməzdim, çünki onlar oyun oynayarkən bu, mənə edilən haqqsızlıq idi, rüsvay olardım, uğurlu bir şagird idim, bu, olmazdı” formasında olan düşüncələr, tam da ön yeniyetməlik dönəmləridir. Çarəni aktyorluqda tapmışdım, tanınmamaq üçün əvvəlcə arxa küçələrdən birinə keçərək ətrafda olan kömür tozlarnı üzümə çəkər, əynimdəki geyimləri səliqəsiz edər və ağzıma da yanırmış kimi görünən yalançı siqaret qoyardım. Fərqli bir görünüş yaradaraq iki dükan arasında gedib-gəlirdim. Məqsəd tanınmamaq idi və bunu da bacarırdım. Dükana mal gəlməsin deyə dua edərdim.
İndi baxdığımda məni bu hala salanlara ara-sıra hirslənirəm. Amma qəribə bir formada mənim aktyorluğumun inkişafında oyun olsun deyə dəyişdirdiyim bu tiplərin təsiri böyükdü. Çalışarkən əzmli olmağı, çətin işlərdən qaçmamağı, alternativ həllər tapmağı burada öyrəndim. Yaşadığım ziddiyyət də buradadır. Bir yerlərdə işləyən uşaqları gördükcə onlara yazığım gəlmir, yazığım gəlməlidirmi, onu da bilmirəm. O uşağın mübarizəsinin hər şeydən üstün olduğunu düşünürəm.
İnsana ən böyük zövq verən şeylərdən biri isə yaşadığı təcrübələr mövzusunda tək olmadığının fərqinə vardığı andır. İllərdir böyük zövqlə izlədiyim Acar Baltaşın Handan Uşaklıgillə birlikdə yazdıqları kitabı gördüyümdə məndə nələrsə tərpənməyə başladı. Bəzən kitab evinə səbəbsiz gedərsiniz, amma bir anda bir kitab çıxar qarşınıza və sizə “mütləq al” deyə səslənər, “İlk işim” kitabı bax, bu həyəcanı yaratdı məndə.
Məqaləmi hazırda Layihə İdarəetmə Direktoru olan və ilk işinə çayçı olaraq başlayan Mehmet Nuri Nasliçin təcrübəsindən bir hissəylə nöqtələmək istəyirəm: “… Dörd fərqli iş yerindən bir dəqiqə içərisində gələn çay istəkləri, çay evinin qarşısında isti simiti soyutmadan, yemək istəyən bir müştəri, on dəqiqə öncə dəmlədiyiniz, amma beş dəqiqəyə daha ehtiyac duyan bir çay. Səmimi olduğunuz iş sahibinə ilk çayı apararkən, isti simiti ilə çay evinin qarşısında gözləyən müştərinin sərt baxışına, xüsusilə Trabzonda məruz qalmaq istəməzsiniz. Ancaq mütəmadi olaraq bu çıxılmaz vəziyyətin ortasında qalmaq və bunu həll etmək məcburiyyətində olduğunuzu bilmək, bir müddət sonra ən ideal koordinasiyanı təmin etməyinizə köməkçi olur. Bütün bu koordinasiya bacarığı, fərqli zaman dilimlərində fərqli ölkələrdə olan komandaları milyon dollarlıq layihələrdə böyük bir özgüvənlə idarə etməyinizi təmin edə bilər”.
Valideynlər olaraq gün gələcək, uşaqlarımızla birlikdə bu mövzu haqqında bir qərar verməyimiz lazım olacaq, lakin ondan əvvəl bir an özümüzə bu sualı verməyimiz lazım olacaq: Uşaqlarımızın vaxt keçirəcəkləri hansı mühit onlar üçün ən uyğunudur? Düşüncəniz zərər verməməsi üçün dizaynlanmış, plastik zəmin üzərinə qurulmuş, plastik oyuncaqların olduğu, təhlükədən izolyasiya edilmiş plastik parklardırm? Yoxsa qarşılarına nə çıxacağını bilmədikləri təbii mühitlər? Qısaca, valideynliyin qorumaqla eyniləşdiyi bu dövrdə həyata qarşı toxunulmazlıq qazanmış uşaqlar böyütmək üçün nə qədər cəzarətimiz var?
Mənbə: egitimpedia.com