“Uşağa azadlıqla yanaşı, məsuliyyət də verilməlidir”

Müasir dövrdə təhsil almaq, karyera və ailə qurmaq insanlar üçün vacib məsələlərdəndir. Vacib olduğu qədər, həm də çətin olan bu proseslərdən uğurla keçmək bir çox insanın arzusudur. Arzuları reallaşdırmaq üçün uğurlu cütlüklərdən motivasiya almaq olar.

Budəfəki müsahiblərimiz “Mədinə” Tibb Mərkəzinin qurucuları olan Ülviyyə Aslanova və Kamran Salayevdir. Onlar təhsil, ailə və biznesi birlikdə necə idarə etdiklərini Bagcam.az saytı ilə paylaşıblar:

Yaponiyada həyat yoldaşınızla birlikdə təhsil almısınız. Necə oldu ki, belə bir qərara gəldiniz?

Ü. – Azərbaycan Dövlət Tibb Universitetində təhsil aldığım müddətdə Elmi Tədqiqat İnstitutunda tibb bacısı kimi işləmişəm. Həmişə fikirləşirdim ki, universiteti bitirdikdən sonra mütləq təkmilləşmək üçün xarici ölkədə hər hansı proqrama qatılım. Bunun üçün müxtəlif səylərim var idi. Bir gün həyat yoldaşım Kamran bəylə sadə bir qəzetdə çıxan elana görə Yaponiya Səfirliyinə üz tutduq. Bu kiçik elan bizim Yaponiyada təhsil almağımız üçün şərait yaratdı.p9

Yaponiyada yaşayarkən ailə və təhsili necə tənzimləyirdiniz?

  1. Çox maraqlı vaxt idi. Çünki həm tələbə idik, oxuyurduq, həm də yeni ailə qurmuşduq. Orada xoş xatirələrimiz var. Düzdür, çətinliklərimiz də oldu. Yaponların iş rejimi çox sərt olur, çox işləyirlər. Amma faydalı işləyirlər, vaxt itirmirlər. Azərbaycandakı iş rejimi Yaponiyada olduğu qədər gərgin deyil. Çalışdıq ki, ikisini də yoluna qoya bilək.


O zaman hansı çətinliklərlə üzləşirdiniz?

Ü. – Sözsüz ki, çətinliklərimiz oldu. Birincisi, Yaponiya bahalı ölkə olduğuna görə, maddi çətinliyimiz var idi. İkincisi, ailəmizdən uzaqda idik, Azərbaycana ildə bir dəfə gələ bilirdik, qayıdanda doğmalardan ayrılmaq da çətin olurdu. Yaponiya 5 il ərzində bizim üçün ikinci vətən oldu. Mən orada çox xoş günlərimi xatırlayıram. Orada çox dostlarımız var. Sonuncu dəfə qayıdanda gördük ki, necə ki Bakıda böyük bir ailə qoyub getmişdik, eyni qaydada da orada dost ailələrimizi qoyub vətənə gəldik.

  1. İlk bir il ərzində dil məsələsi çətin idi. Xüsusən də, Yapon dilinin özəllikləri var ki, bir sözdə yanlış etmək çox ciddi hörmətsizlik kimi qəbul edilə bilir. İkincisi, bizim burada aldığımız təhsil rus, oradakı təhsil isə ingilis dilində idi. Bir il ərzində bu da çətinlik yaradırdı.

Ülviyyə xanım, bu müddətdə həyat yoldaşınızın sizə hansı yardımları olurdu?

Ü. –  Yardım deyəndə ki, biz ailə olsaq da, iki tələbə idik və hər birimizin özünə görə edəcək işlərimiz var idi. Universitetdə çox vaxt keçirirdik. Universitetlərimiz eyni olsa da, çox vaxt mən pediatriya kafedrasında, Kamran da beyin mərkəzi kafedrasında olurdu. Ancaq bir neçə saatlıq ailə kimi olurduq (red. gülür).

p8Yapon ailəsi ilə azərbaycanlı ailəsində oxşar və fərqli cəhətlər hansılardır?

Ü. – Oxşar cəhətlər həddindən artıq çoxdur. Yaponiyada kişilər ailənin bütün çətinliklərini öz üzərinə götürür, qadın isə uşağını tərbiyə edir və ev işləri ilə məşğul olur. Hətta mənim gənc qız rəfiqələrim var idi ki, onlar çox aktiv həyat tərzi keçirirdilər. Lakin ailə qurduqdan, xüsusən də, uşaq olduqdan sonra karyeradan uzaqlaşıb ailə işləri ilə məşğul olurdular.

Fərqlərimiz də çox idi. Məsələn, bizim qohumlarla daha çox əlaqəmiz var. Toylarımıza 500-600 nəfər adamın gəldiyini deyəndə onlar şoka düşürdülər ki, bu mümkün deyil. Onlar toplum şəklində yaşamırlar. Düzdür? (Kamran bəyə sual verir)

  1. İkinci Dünya müharibəsindən sonra yapon ailəsi bizim ailə struktruna daha yaxın idi. Amma indi çox avropalaşıb və ya qərbləşib. Yəni nüvə ailəsinə – iki valideyn və iki uşaq – çevrilib. Ola bilər ki, bir müddət sonra Azərbaycan ailələrində də belə bir vəziyyət yaransın.

Yapon ailəsində bəyənib öz ailənizdə tətbiq etdiyiniz hər hansı adət varmı?

Ü. –  Mətbəxindən istifadə edirik. Qızlarım yapon yeməklərini çox sevirlər. Demək olar ki, həftədə bir dəfə onlar məndən yapon mətbəxinə məxsus yemək hazırlamağımı istəyirlər.

K.-  Dəqiqlik. Onlar hər işi 3-4 dəfə yoxladıqdan sonra yekunlaşdırırlar. Bu, artıq vərdiş olaraq dörd il ərzində qanımıza keçib.

Ü. – Deyərdim ki, yapon dəqiqliyi alman dəqiqliyindən daha üstündür.

  1. – Məncə də, daha üstündür.

Hazırda yaradıcısı olduğunuz “Mədinə” Tibb Mərkəzində çalışırsınız. Bu da, təbii ki, çox məsuliyyətli işdir. Bəs həm ailənizi, həm də işinizi necə idarə edirsiniz?p6

Ü.-  Mən işləməyi, pediatriyanı və uşaqları da çox sevirəm. Hər gün işə gələndə öz işimdən zövq alıram. Sözsüz ki, ailə ilə bərabər bütün işləri çatdırmaq çətindir. Amma biz çalışırıq ki,  o harmoniyanı saxlayaq. Bunun üçün iş günlərində qızlara xüsusi saatlar ayırmışıq. Bazar günlərində  isə daha çox bərabər olmağa çalışırıq.   Kifayət qədər vaxt ayıra bildiyimizi deyə bilmərəm. Daha çox vaxt ayıra bilmək istərdik. Əsas odur ki, birlikdə keyfiyyətli vaxt keçirəsən. Yaxınlarımıza uzun vaxt ayırmasaq da, keyfiyyətli vaxt ayırırıq.

  1. Sadə deyim, ailə məsələlərini işə gətirmirik, iş məsələlərini də evə aparmırıq. Boş fəaliyyətləri ixtisara salıram. Məsələn, Tv-yə baxmağı, çayxanada vaxt keçirməyi və sair. Boş vaxtlarımı hobbi, iş və ailəmə bölmüşəm.

Valideyn dedikdə hamının ağlına birinci ana, sonra ata gəlir. Maraqlıdır, sizin üçün də belədirmi?

  1. Bu çox təbiidir. Çünki ana uşaqla daha çox vaxt keçirir. Mən də düşünsəm, birinci anamı düşünərəm.

Ü. – Məndə eyni qaydada fikirləşirəm. Atamı itirdiyim üçün qəmgim olduğum zaman atam yadıma düşür, amma yenədə birinci anam ağlıma gəlir.

Uşaqlarınızı bağçaya etibar edirsinizmi?

Ü. – Bəli, mənim böyük qızım üç aylığından Yaponiyada bağçaya başlayıb. Bakıda da bağçaya gedib. Balaca qızım isə daha çox evdə oldu. Amma hazırda məktəblidir.

p11 Yaponiyadakı bağça sisteminin xüsusiyyətləri nələrdir?

Ü.  Yaponiyada təlim çox erkən başlayır. Qızım dörd aylıq olarkən onun dalınca bağçaya getmişdim. Gördüm ki, qrupda müəllim oturub uşaqlara kitab oxuyur. Halbuki, onlar dörd aylıq idilər. Orada erkən təhsil bağçadan başlayırdı.

  1. Bağçada körpə uşaqları masanın arxasında oturdub yeməyi düz masaya tökürdülər. Uşaqlar isə əlləri ilə onu yeyirdilər. Təbii ki, hər yemək üçün bunu etmirdilər. Sonra isə bütün masanı silirdilər. Bunların hamısının məqsədi uşaqlarda qidalandırma vərdişlərini formalaşdırmaq, onları mümkün qədər erkən yaşından inkişaf etdirməkdir.

Ü. Bağçada hər valideynə bir qrafik verirdilər. Biz o gündəlikdə hər gün qeyd etməli idik ki, uşaq saat neçədə oyandı, neçədə yatdı və günboyu evdə olduğu saatlarda nə yedi. Biz bunu hər gün müəlliməyə geri verməli idik. Bağça nəinki uşağı, həmçinin valideyni də öyrədirdi.

  1. K. Bu, standart dövlət bağçası idi. Yəni xüsusi bir şey deyildi.

Uşaqların tərbiyəsiylə evdə daha çox kim məşğul olur, siz ya Kamran bəy?

Ü.  İkimiz. Ümumiyyətlə, uşağın tərbiyəsi ilə ətaf mühit, hamı məşğul olur. Buraya uşaqların həm dostları, həm məktəbi, həm ailəsi, həm də nənə-babası daxildir.


Uşaqların tərbiyəsində xüsusi olaraq nələrə diqqət edilməlidir?

  1. Ən vacibi yalan olmasın. Uşağa gərək yalan deməyəsən. Yalanların da növləri var. Məsələn, bir valideyn övladına siqaret çəkə-çəkə siqaretin pis olduğunu deyirsə, yaxud vəd verib sonra sözünün üstündə durmursa, bu da bir yalandır. Uşağa vaxtlı-vaxtında onun götürə biləcəyi məsuliyyət, tədricən azadlıq verilməlidir. Azadlıqla yanaşı, məsuliyyət də verilməlidir. Uşaqlara məsuliyyət verilməsi mümkün qədər tez, 2-3 yaşdan sonra xırda məsələlərdən başlamalıdır. 18-19 yaşından başlayaraq isə 90-95% məsələlərdə onlara məsuliyyət verilməlidir. Azadlıq həmişə məsuliyyət daşımalıdır.
  2. Əgər uşağa hansısa məsələdə azadlıq, sərbəstlik veririrksə, biz mütləq ona şərtləri deməliyik. Nəyə icazə verdiyimizi, hansı seçimlərin nəticəsinin nə ola biləcəyini demək lazımdır. Əks təqdirdə o, bizdən davamlı asılı olan şəxs olacaq. Biz istəyirik ki, uşaqlar mümkün qədər özünə güvənən, qərar verə bilən şəxslər olsun.

p7Bəs bir pediatr olaraq ailədə uşaqlarınıza qarşı xüsusi nələrə diqqət edirsiniz?

Ü.  Onları ildə bir dəfə mütləq yoxlayıram. Qan təhlili aparıram, ultrasəs müayinəsi edirəm, stamotoloqa gedirik. Qidalarına xüsusi fikir verirəm. Ən əsası isə gecə yuxusudur. Dərslərinə də diqqət edirəm ki, gecəyə dərsləri qalmasın. Xüsusi saatlarımız var ki, o saatda dərslər bitməlidir. Qızlar elə yaşdadırlar ki, 11-12 saat yatmalıdırlar.


Adətən, başqalarını müalicə edən həkimlər çox rahat olurlar, amma öz övladlarına gəldikdə isə sanki həssaslaşırlar. Sizdə də belə hallar olurmu?

Ü. Övladlarımda hər hansı psixi problem olduqda, adətən, mən onlarla məşğul oluram. Məsuliyyəti başqa adamın üzərinə qoymaq istəmirəm. Əgər başqa bir mütəxəssis lazım olsa, araşdıraram. Amma ümumi pediatrik problem olanda özüm həll edirəm.

Kamran bəy, bu yaxınlarda “İliş və ya hörülmüş hekayə” adlı kitabınız nəşr olunub. Bu münasibətlə sizi təbrik edirik. Kitabı 9 yaşdan yuxarı şəxslər üçün yazmağınızda əsas məqsəd nədir?

  1. Bu kitabı biz xüsusi bir uşaq barəsində yazdıq. Yəni uşağın xüsusi ehtiyacları və istedadları var. Əsər onun ənənəvi cəmiyyətlə uyğunlaşmaması və öz ailəsi tərəfindən başa düşülməməsi haqqındadır. Hekayə boyu o, öz düşüncələrini qoruyur, nəticədə, ailə də, cəmiyyət də onu qəbul edir.

Kitabda vermək istədiyiniz yekun mesaj nədir?

  1. K. Burada vermək istədiyimiz iki mesaj var: Birincisi, hər bir insanın xüsusi ehtiyacı, məşğul olmaq istədiyi fəaliyyəti və ya istedadı ola bilər. Bu baxımdan hər kəsin istədiyi kimi həyat formalaşdırmaq seçimi olmalıdır. İkinci mesaj cəmiyyət və ailə üçündür, yəni cəmiyyət və ailə şərait yaratmalıdır ki, fərdlər öz istedadlarını inkişaf etdirə bilsinlər.

Bu kitabın müəlliflərindən biri də Fərid Qorxmazoğludur. Kitabın yazılma prosesi necə başa gəlib?

  1. Fərid daha çox illustrasiyalarla, mən isə mətnlə məşğul olmuşam. Amma Fərid olmasaydı mətn, mən də olmasaydım yəqin ki, illustrasiyalar olmazdı. Biz hər gün kitabda mətnləri səhifə-səhifə, illustrasiyaları bir-bir müzakirə edirdik. Nəticədə 20-yə yaxın illustrasiyalı 200 səhifəlik kitab ortaya çıxdı. Bütün bu proses boyu davamlı müzakirələrdə olduq. Qeyd edim ki, Fərid həkim və cərrah, mən isə uşaq psixiatrıyam.

p8Ülviyyə xanım, sizin nə vaxtsa kitab yazmaq fikriniz varmı?

Ü.  Mənim bir istəyim var ki, valideynlərin suallarını cavablayan pediatrik yardım kitabçası olsun. Sadəcə vaxt azlığından o kitaba çox vaxt ayırıb yaza bilmirəm. Amma fikirləşirəm ki, mütləq ediləcək işlərdən biri odur.

Pediatriya və ya təhsillə bağlı gələcək planlarınız nələrdir?

Ü. – Düzdür, klinikamız böyük həcmli klinika deyil. Bu klinika beş ildir, tanınır. Biz daim öz üzərimizdə çalışan insanlarıq, kollektiv də eyni qaydada. Biz əvvəlcə pediatrik qəbula başladıq. Ondan sonra fərdi dərslərə başladıq, xüsusi ehtiyacı olan uşaqlarla məşğul olmaq üçün loqoped, psixoloqlar dəvət etdik. Hazırda bizim autistik spektrdan əziyyət çəkən uşaqlarla qrup məşğələlərimiz var. Biz hətta bu ildən iki tədris qrupu – yeddi yaşdan yuxarı autizmdən əziyyət çəkən uşaqlar üçün – açdıq. Mənim ən böyük istəyim yaxşı pedriatik klinika və xüsusi ehtiyacı olan uşaqlar üçün reabilitasiya xidmətinin inkişaf etməsidir.

Son olaraq, valideynlərə nə demək istərdiniz?

  1. Uşaqlara bir fərd kimi baxsınlar. Onları balaca-böyük kimi görməsinlər. Valideynlər uşaqların yalnız yemək-içməyini deyil, onun əqli, ruhi, emosional inkişafını da nəzərə alsınlar.

Ü. – Mən çox istəyərdim ki, valideynlərimiz daha az vaxtlarını TV-yə baxmaqla, telefonla danışmaqla keçirsinlər. Onlar daha çox uşaqlarına vaxt ayırsınlar.

 

Vakansiya – İbtidai Sinif Müəllimi

Education Management Network 2016 – 2017 – ci Tədris İlində Dövlət və Özəl Məktəblərin 4 – cü Siniflərində tədris aparan İbtidai Sinif Müəllimlərini müsabiqə yolu ilə işə qəbul edir.

Tələblər:
1. Ali Pedaqoji Təhsil (magistr dərəcəsi olanlara üstünlük veriləcəkdir);
2. MS Office və Excel Proqramlarından istifadə bacarıqları;
3. İnteraktiv təlim metodlarından istifadə bacarıqları;
4. Əlaqədar sahə üzrə minimum 4 il iş təcrübəsi;
5. 25 – 40 yaş aralığına üstünlük verilir;
6. Azərbaycan, ingilis və rus dillərini səlis bilmək;
7. Təşkilatçılıq və liderlik bacarıqları;
8. Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
9. Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
10. Münasibət qurmaq bacarığı və həssaslıq;
11. Tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
12. Şəraitə uyğunlaşmaq və çevik qərar qəbul etmək bacarığı;
13. Məqsədyönlü və qətiyyətli;
14. Gərgin iş mühitində çalışmaq bacarığı.
Müsabiqə 4 mərhələdən ibarət olacaq. Birinci mərhələdə təqdim olunmuş sənədlərin tələblərə uyğunluğu araşdırılacaq. İkinci mərhələdə iddiaçılar qəbul komissiyası tərəfindən şifahi müsahibəyə cəlb ediləcəklər. Üçüncü mərhələdə müsabiqə iştirakçılarının aşağıdakı sahələr üzrə bilik və bacarıqları yoxlanılacaq:
1. Tədris etdiyi fənn üzrə hazırlıq səviyyəsi – test imtahanı əsasında;
2. Psixoloji – pedaqoji keyfiyyətlər – test imtahanı əsasında;
3. Kompüter bacarıqları – test imtahanı və praktiki tapşırıq əsasında.
Dördüncü mərhələyə keçmiş namizədlər Məktəbdə 45 dəqiqəlik dərs nümayiş etdirməklə, onların müasir təlim metodları və texnologiyaları üzrə bacarıqları öyrəniləcək.
Müsabiqədə İştirak üçün:

Öz CV-nizi “İbtidai Sinif Müəllimi” başlığı ilə karyera@bagcam.az elektron ünvanına göndərin və ya 055 260 74 71 nömrəsi ilə əlaqə saxlayın.

Müraciət üçün Son Tarix: 31 Oktyabr 2016

Bağçada “Miniatür xonça” müsabiqəsi keçirildi

Martın 19-da uşaq bağçasında Novruz bayramı ilə əlaqədar tədbir keçirilib. Tədbir uşaq bağçasının meneceri Vəfa Şirinovanın çıxışı ilə başlayıb.

Vəfa xanım tədbir haqqında olan fikirlərini bizimlə bölüşüb:

“Tədbirimiz 1 həftə ərzində hazırlamağa çalışdıq. Tədbiri dörd çərşənbəni əks etdirən sərgi kimi etdik. Marafon kimi valideynlər dörd çərşənbəni gəzməyə başladılar. Həftənin əvvəlində “Minatür xonça” müsabiqəsi elan etmişdik. Valideynlər sərgini gəzdikdən sonra bu müsabiqədə də iştirak etdilər. Bu xonçaları valideynlərin əksəriyyəti özləri hazırlamışdılar. Həmin miniatür xonçalara nömrələr qoyuldu və valideynlərin özlərinin səsverməsi əsasında qaliblər elan olundu”.

Bayram tədbirində dörd çərşənbənin hər birinə uyğun olaraq, uşaqlar özlərinin rəqsləri ilə, hər çərşənbəyə aid olan adət-ənənələrlə, oyunlarla çıxış ediblər. Uşaqların tamaşası qurtardıqdan sonra aparıcılar çərşənbəyə aid olan tapmacalardan, Novruz bayramının adət-ənənələri ilə bağlı valideynlərlə sual cavab ediblər. Həmçinin, uşaqlar tərəfindən Azərbaycanın milli rəqsləri olan “Çoban” rəqsi, “Qaval” rəqsi nümayiş etdirilib.”Arşın-mal alan” filmindən səhnəciklər də canlandırılıb. Günün sonunda isə tonqal qalanıb, hər kəs tonqal ətrafında Yallı oynayıb.

Vəfa xanım qeyd etdi ki, bu tədbir uşaqların milli ruhda inkişafına kömək edəcək.

Tədbirdə iştirak edən valideyn Qəmər Xəlilova miniatür xonça müsabiqəsinin qalibi oldu və tədbir haqqındakı fikirlərini bizimlə bölüşüb:

Uşaq bağçasındakı bugünkü tədbir çox gözəl təşkil olunmuşdu. Bu tədbir sayəsində uşaqların milli ruhunda irəliləyişlər olacaq. Milli adət-ənənələrimizlə daha yaxından tanış oldular. Bayramın necə keçirilməsi lazım olduğunu daha yaxşı biləcəklər. “Miniatür xonçam” yarışmasında birinci olduğum üçün səs verən bütün valideynlərə də öz təşəkkürlərimi bildirirəm. Öz haqqlarını halal etsinlər”.

Tədbirdə iştirak edən digər valideyn Familə Hüseynova da tədbirdən sonrakı təəssüratları bizimlə ilə bölüşüb:

“Oğlum Hüseynli Hüseyn iki ildir ki, uşaq bağçasında tərbiyə alır. Bu bağça çox gözəldi, bütün valideynlərə məsləhət görərdim ki, uşaqlarını bağçaya göndərsinlər. Tədbirə hazırlıq zəhmətli olsa da, bəhrəsini gördük. Tədbir çox xoşumuza gəldi, çox yaxşı keçdi. Bayram münasibətilə, hər kəsi təbrik edir, can sağlığı və uzun ömür arzu edirəm”.

[maxgallery id=”3681″]

Uşaqların Gül bayramı sərgisi

Aprel ayının 7-də “Baby Star” uşaq bağçasında Gül bayramına həsr olunmuş sərgi keçirilib.

Sərgidə uşaqlara gül bayramının haqqında ətraflı məlumat verilib.

Bu barədə fikirlərini bağçanın meneceri Kamilə Baloğlanova bölüşüb. O bildirib ki, tədbirin əsas məqsədi, uşaqları ictimai həyat hadisələri ilə tanış etməkdir:

“Biz uşaqları hər dəfə sərgilərə, muzeylərə aparırıq. Bu dəfə uşaqlara göstərdik ki, onlar özləri də sərgi hazırlaya bilərlər. Bu sərgi uşaqlarda həm özünün, həm də başqalarının zəhmətinə qiymət verməyi aşıladı, özünə inam hissini yüksəltdi”.

Övladınızın şəkilini çəkərkən diqqətli olun!

photoUşaqların gözləri böyüklərin gözlərinə nisbətən daha həssas olur. Buna görə də mütəxəssislər müəyyən yaş dövrünə qədər uşaqları mobil telefon, kompyuter, televizor və s. bu kimi zərərli şüa mənbəyi olan qurğulardan uzaq tutmağı məsləhət görürlər, çünki günün əksər hissəsini kompyuter qarşısında keçirən uşağın gözləri böyüklərə nisbəttə daha çox zədələnir.

İlk üç ay ərzində körpələrdə göz əzələləri tam inkişaf etməmiş vəziyyətdə olur. Bu zaman valideynlər övladlarına qarşı xüsusilə həssas davranmalıdırlar. Bu dövrdə sizin ən xırda yanlış hərəkətiniz onun görmə qabiliyyətini itirməsinə və ya bu qabiliyyətinin zəifləməsinə səbəb ola bilər. Məsələn, bu zaman ərzində övladınızın gözünə tökülə  biləcək bir damcı limon şirəsi onun gözünün inkişafdan qalmasına şərait yarada bilər.

Yəqin ki, siz də körpənizin şəkillərini çəkməyi sevirsiniz. Düşünürsünüz ki, gələcəkdə öz şəkillərinə baxmaq, necə böyüdüyünü görmək onun üçün maraqlı olacaq. Amma unutmayın, əziz valideynlər, bu zaman siz elə bir səhvə yol verə bilərsiniz ki, gələcəkdə övladınız nəinki uşaqlıq şəkillərini, heç aynadakı əksini belə görə bilməz. Göz xəstəlikləri üzrə mütəxəssis Dr.Cüneyt Karaarslanın sözlərinə görə, gözün inkişafına mane ola biləcək ünsürlərdən biri də fotoaparat “fləş”-idir. Övladmızın şəklini çəkdiyimiz zaman onun bütün diqqətini toplayaraq fotoaparata baxmasın istəyirik. Bu zaman fotoaparatdan ətrafa saçılan işıq biz böyüklər üçün olmasa da, uşaqlar üçün əsas təhlükə mənbəyinə çevrilir, xüsusən də əgər övladınızın göz əzələləri hələ tam inkişaf etməyibsə.

Valideynləri narahat edən məsələlərdən biri də övladları anadan olduqdan sonra ilk ilk və ikinci aylarında onların gözlərində cızıq formasında qan dənəciklərinin görünməsidir. Bu bəzi hallarda uşaqlarda qıcıqlanma yaradır, onlar isə gözlərini qaşımağa başlayırlar. Dr. Cüneytin sözlərinə görə, uşaqlarda göz qızartıları olan zaman yaranan qaşıntı xəstəlik yarada bilər.  Buna görə də övladınızın tez-tez gözlərini qaşıdığını görürsünüzsə, onun gözlərini soyuq dəsmal ilə silin. Əgər gözdə qan dənəcikləri çoxdursa, mütləq həkim müayinəsindən keçin.

Unutmayın, əziz valideynlər, övladınızın heç bir problemi olmadığını düşünsəniz belə, uşaqların ilk altı aydan sonra həkim müayinəsindən keçməsi mütləqdir.

“Özəl bağçaların mənfi heç bir tərəfi yoxdur”

samiraAilələr öz övladlarını uşaq bağçalarına yerləşdirməyəçəkinirlər. Burada uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq məsələsi iləyanaşı, həm dəbağçada verilən tərbiyə ilə bağlı da narahatlıqlar yer alır. Məktəbəqədər təhsil müəssisələri vəonların iş mexanizmi ilə bağlı çoxlu fərziyyələr var.

Məsələ ilə bağlı öz fikirlərini “Dəniz” uşaq bağçasının direktoru Samirə Muxtarova bölüşüb.

Uşaqların həyatında məktəbəqədər təhsilin hansı faydaları var?

Əslində bütün valideynlər bilməlidir ki, məktəbəqədər təhsil hər bir uşağın həyatında çox vacib vəgərəklidir. Uşaqlar öyrənməli olduqları məlumatların 70 faizini 7 yaşına qədər tam öyrənirlər. Öyrənməbacarığı məktəbəqədər dövrdə inkişaf edir. Bağçanın uşağın həyatında əsas rolu odur ki, dünyagörüşü qazanır, paylaşmağı öyrənir, sosiallaşır, başqa dostları ilə birgə oynamağı öyrənir, dost qazanır və ənəsası da hər uşaq bir-birinin xüsusiyyətlərinə uyğun davranmağı öyrənir. Hətta bağçaya getməyən uşaq öz oyuncaqlarını paylaşa bilmir, qısqanc olur və belə uşaqlar gələcəkdə, məktəb dövründə digər uşaqların aşdığı problemlərlə üzləşməli olur və nəticədə digər həmyaşıdlarından geri qalırlar. Təbii ki, bağçaların uşaqlara faydası bununla yekunlaşmır. Eyni zamanda bağça uşaqlarında əl motorikası yaxşı inkişaf etmiş olur. 3-5 yaşındakı uşaqlar köynəyini düymələmək, ayaqqabısının bağını bağlamaq, yeməyini sərbəst yeyə bilmək kimi bacarıqlara malik olmalıdır. Bağça bu istiqamətdə uşağın qabiliyyətlərini üzə çıxarır. Doğru danışıq qaydasını uşaq bağçada öyrənir. Burada uşağın rejimi olur, qaydaları olur, qaydalara riayət edə bilir. Bağçaya uyğunlaşmış uşaqlarda özgüvən inkişaf etmiş olur.

Bəs, burada valideynin hansısa rolu varmı ya övladını bağçaya qoymaqla hər şey bitir?

– Təbii ki, yaxşı tərbiyə olunmuş, inkişaf etmiş uşaq üçün bağça ilə valideyn bir işləyir, bir olub uşağı tərbiyə edirlər. O zaman uşağın inkişafı tamamlanmış olur ki, valideyn daima bağça ilə maraqlanır, məktəbə hazırlıq kursları ilə maraqlanır. Evə verilən tapşırıqları uşaqla vaxt keçirdərək birgə edir. Ənəsası isə açıq dərslərə, açıq qapı günlərinə qatılır.

Samirə xanım, bu gün çoxlu sayda özəl məktəbəqədər təhsil müəssisələr fəaliyyət göstərir. Özəl və dövlət məktəbəqədər təhsil müəssisələrinin əsas fərqli cəhətləri hansılardır?

-Mən sizə kiçik bir misal göstərim. Özəl bağçalarda gigiyenaya çox diqqət edilir, xalçalar ayda 3 dəfəyuyulur, həftədə bir dəfə dezinfeksiya edilir. Həftədə bir dəfə oyuncaqlar, qablar xüsusi məhlulla yuyulur. Təmizlik sağlamlıqdır deyə, birinci təmizliyə nəzarət edilir. Mənim çalışdığım “Dəniz”  uşaq bağçasında sırf bu sahə üzrə ixtisaslaşmış tibb bacısı və həkim vardır. Özəl bağça olduğu üçün sadəcə adları deyil, özləri də, təklif etdiyi imkanlar da xüsusi olmalıdır.

Özəl bağçanı fərqləndirən ən əsas cəhətlərdən biri də xoş, gülərüz kollektivdir. Onlar, valideyn hər zaman haqlıdır prizmasından yanaşırlar.

Özəl bağçalarda kollektivin seçilməsinə də xüsusi diqqət ayrılır. Kollektivdə  uşaqlara qarşı sevgi hissinin olmağı başlıca şərtlərdən biridir. İşçilər seçilən zaman ilk diqqət edilən özəllik, onların uşaqları sevməsidir, daha sonra onların ali savadı. Danışığı önəmlidir. Çünki uşaq günün çox hissəsini bağçada keçirir və istər-istəməz müəllimini və dayəsini təkrarlayır. Müəllimi seçərkən hər zaman biliyindən, davranışından, sağlamlığından sonra mən uşağımı ona etibar edə bilərəmmi deyə düşünərək işçi seçirəm.

Bizim hakim də, həkim də, fabrik müdiri də, jurnalist də və digər peşə sahibi olan valideynlərimiz də var. İnsana ən dəyərli varlıq övladıdır. Kim övladından narahat olsa, işləyə bilər ki? Buna görə də bizim birinci borcumuz uşağın sağlamlığını, təhlükəsizliyini qorumaqdır.

Mən bir insan kimi, bir vətəndaş kimi hər şeydən öncə bir anayam. Mənim uşaqlarımın dostları, gələcək yoldaşları bu bağçada yetişir. Mən yalnız öz uşağımın deyil, hamının uşağının düzgün tərbiyəolunmasını istəyirəm. Birinci ona görə ki, vətənə, gələcəyə arxa böyüdürük. Uşaqlar gələcəyin əsas hissələridir. İkincisi də mənim övladımın çevrəsi də böyüyür, mən istəyirəm ki, gələcək sağlam düşüncəli insanlarla dolu olsun. Uşağa sevgi, məhəbbət lazımdır, uşağın suyu, yeməyi birinci məhəbbətdir. Ona görə də uşaqları sevən işçilərlə işləmək lazımdır. Bununla yanaşı keyfiyyətli və ən önəmli oyuncaqlar alırıq. Yalandan çin malı, uşağa ziyan verən deyil, sertifikatlı oyuncaqlar alırıq. Oynanılan oyuncaqlar uşağa nə isə öyrətməlidir. Uşaqlar özləri də hiss etmədən əylənərək , öyrənməlidir.

Qidalanma çox vacibdir, gündə 5 dəfə qidalanırlar, vitamini bol, mövsümə uyğun qidalar haradan alınmalıdır, necə saxlanılmalıdır, necə bişirilməlidir?! Bunları bilmək vacibdir. Uşaqları məcburi deyil, mükafatlandırma, qiymətləndirmə metodikası ilə yemək yedirtmək gərəkdir.Yaxın keçmişə qədər bağça yaddaşlarda yemək və yatmaq kimi qalırdısa, uşaqlar bağçaya yemək istəmirəm, yatmaq istəmirəm deyə getmək istəmirdilərsə, müasir bağçada yeni dostlar, müasir təlim metodları uşağa qayğı, sevgi, paylaşma öyrədilən, əyləncəli və tərbiyəedici sevgi dolu mühit kimi yadda qalır. Bağça təməldir, bu təməl nə qədər güclü olsa, uşağın gələcəkdə təhsil prosesinə uyğunlaşması da bir o qədər rahat olar, o uşaq məktəbdə və bağçada lider kimi yetişər.

Nəzərə alsaq ki, anaların çoxu işlədiyi üçün uşağı harasa etibar etməlidir. Bir dayə evdə və ya bir nənəevdə, hətta bir ailə evdə bağçanın verə biləcəyini vermir. Bağçanın mənfi heç bir tərəfi yoxdur, ana işləsə də, işləməsə də. Ancaq müsbət tərəfləri var. Sadəcə çox valideynləri bağçaya uşaq təzə gələndətez-tez xəstələnməsi narahat edir. Amma bu da tamamən ayrı bir mövzudur, qısacası demək olar ki, uşağın immuniteti bərkiyir, daha möhkəm olur və viruslara qarşı daha dayanıqlı olur. Məktəb vaxtı isədemək olar ki, heç xəstələnmir. Ən əsası isə sərbəst yaşamağı öyrənir. Uşaq ən əsası davranış qaydaları əldə edir. Məsələn, 3 yaşından bağçaya gələn uşaqla 6 yaşında bağçaya  gələn uşaq arasında çox fərq olur. 6 yaşına qədər hər zaman evdə olmuş uşaq, yuxarıda sadaladığım paylaşmaq, bilik kimi şeylərdən əlavə davranış qaydalarını da bilmir. Böyüyün sözünü kəsir, qapını döymək, icazəalmaq, yeməyi necə yemək, çəngəllə rəftar kimi müxtəlif davranış qaydalarını bilmir.

Psixologiyada belə bir şey var ki, 21 gün ərzində uşaq bir şeyi təkrar edirsə, o adət halını alır. Bağçada gün rejimi var, hansı ki, ciddi nəzarət olunur. 

Bağça müəllimələri Şaxta Baba geyimində

Yeni il uşaqların sevimli bayramlarındadır. Bu bayramda uşaqlar şaxta babadan sürprizlər gözləyirlər. Yeni ilə hazırlıq isə həftələr öncədən başlayır.

Uşaq bağçasında uşaqlar müəllimlərinin köməyi ilə şaxta babadan istədikləri hədiyyələrin adlarını yazıb, xüsusi qutuya atıblar. Bayram günü şaxta baba onlara istədikləri hədiyyələri verəcək.

Uşaqlar təkcə bir gün bayramda deyil, karnavala hazırlıq dövründə də əylənirlər. Bayram karnavalı üçün Azərbaycan və rus dillərində şeirlər və mahnılar da öyrənirlər.

Müəllimlər isə balacalar üçün şaxta baba geyimində teatr hazırlayıblar. Belə bir addım uşaqlarla müəllimlər arasında dostcasına bağlılıq yaradır. Həm də uşaqlar belə qəhrəmanlara öyrəşdikdən sonra, bağçaya devet olunan, ve ya valideynləri ilə birlikde iştirak etdikləri tədbirlərdə digər nağıl personajlarindan qorxmurlar.

“Qışda uşaqların qidalanmasına xüsusi diqqət lazımdır”

kamileUşaq bağçalarında qış  menyusuna keçidlə bağlı öz fikirlərini GSR.fm-lə “Baby Star” uşaq bağçasının meneceri Kamilə Baloğlanova bölüşüb:

“Uşağı bağçaya təhvil verərkən valideyni narahat edən məsələlərdən biri qidalanma olur. Uşaq üçün də uyğunlaşma dövründə bağça menyusunda olan yeməkləri qəbul etmək çətinlik törədir. Çünki bağçada ona duzlu, istiotlu, qızardılmış yeməklər, qamburger və. s verilmir. Uşaq tədricən bağça menyusundakı yeməklərə uyğunlaşır.

Uşağın hər bir yaş dövrü üçün təsdiqlənmiş qidalanma normaları var. O gün ərzində lazım olan miqdarda ərzaqlar qəbul etməlidir. Bağçaya daxil olan hər bir ərzaq üçün sertifikat tələb olunur. Hər bir bağçada yeməyin keyfiyyətinə nəzarət jurnalı olur. Hər gün yeməklər həkim tərəfindən yoxlanılır, sonra uşaqlara verilir. Mətbəxdə hazırlanmış yeməklərdən bir pay sutka ərzində saxlanılır.

Məktəbəqədər müəssisələrdə menyu fəsillərə uyğun olaraq dəyişir. Fəsildən asılı olaraq uşaqların qidalanmasında müəyyən ərzaqları artırmaq lazımdır. Yayda uşaqlara meyvə çox verilirsə, payız və qış aylarında daha çox göyərti və sarımsaqdan istifadə olunur. Qışda uşaqlarda immunitet azalır, viruslar artır, uşaqlar açıq havada az olur və uşaq orqanizmi daha çox kalori sərf edir. Bu dövrdə uşağın qidalanması onun sağlamlığında mühüm rol oynayır. Uşaqlar üçün qida hazırlanarkən  xeyirli olması ilə yanaşı  onun dadı və görünüşünə də  diqqət yetirilməlidir. Məsələn, uşağa kəsmik yemək vacibdirsə, bunu ancaq kəsmik formasında deyil, kəsmikli piroq, vatruşka və.s formalarda vermək olar.

Uşaq lazım olan kalorinin çox hissəsini nahar yeməyində alır. Nahar yeməyində adətən uşaqlara  salatlar, sonra bulyonda hazırlanmış isti şorbalar, ikinci yemək kimi ət (toyuq, balıq, mal) və müxtəlif makaron, dənli bitkilər, sonda içki verilir. İçki kisel, şirə, meyvə, giləmeyvə və quru meyvələrdən hazırlanmış kompot ola bilər. Giləmeyvələr yay aylarından dondurucuda saxlanılır ki, qışda istifadə olunsun. Uşaqlara verilən meyvələr də adətən mövsümə uyğun seçilir.

Qeyd edim ki, uşağın qidalanma prosesində valideynlər də bağça ilə əməkdaşlıq etməlidir. Şənbə və bazar günlərində uşağın qida rasionu pozulmamalıdır”.

Biz istəyirik ki, uşaqlar xəstələnməsin

Tədrisdə məşğələlər və mövzular arasında inteqrasiya LapBookValideynlər qış mövsümündə övladlarının bağçaya getdikdən sonra tez-tez xəstələndiklərindən şikayətlənir.

Mövzu ilə bağlı “İndigo” Nərimanov Uşaq Bağçasının meneceri Cəmilə Kərimova  məlumat verib verib.

“Mən-bizim bağçamızın uşaq həkimi kimi onların sağlam olması üçün hansı tədbirlər gördüyümüz haqqında danışmaq istəyirəm:

1. Əziz valideynlər, hər həftə biz yeni menyu tərtib edib sizə təqdim edirik. Gördüyünüz kimi menyu uşaqlara faydalı olan müxtəlif ərzaqlarla zəngindir. Menyuda həm süd məhsulları, həm ət, balıq yeməkləri, gündəlik olaraq tərəvəz və meyvələr, müxtəlif faydalı otdan və meyvədən hazırlanan çaylar(nanə, limon, itburnu,qərənfil ilə) və s. var. Belə menyu uşaqların balanslı qidalanmasını,onların düzgün inkişafını və immunitetin möhkəmlənməsini təmin edir. Ət, paştetlər, yumurta, meyvə və tərəvəzlərdən hazırlanan yeməklər uşaqları dəmir defisitli anemiyadan qoruyur və onların orqanizmini lazımi qədər dəmir, vitamin və digər mikroelementlərlə təmin edir.

2 .Biz bağçamızda otaqların normal temperaturda olmasına nəzarət edirik.  Gün ərzində bir neçə dəfə havalandırma sistemini yandırırıq, eyni zamanda pəncərələri açıb bütün bağçanın havasını dəyişirik. Soyuq havalarda isə ancaq nəfəsliyi açırıq. Yataq otaqları həmişə pəncərənin nəfəsliyi ilə havalandırılır. Yalnız uşaqlar yatan zaman bağlanır. Beləliklə, uşaqlar havalandırılmış eyni zamanda isti otaqda yatırlar. Yaxşı havada (küləksiz, yağışsız) tərbiyəçilər uşaqları gəzintiyə aparır.

3. Dayələr həmişə uşaqların əllərinin təmizliyinə nəzarət edirlər. Eyni zamanda körpələrin bezlərini vaxtında dəyişirlər və onların dərilərinə diqqət edirlər. Ehtiyac olanda krem sürtürlər.

4. Bütün bağçanı mütəmadi olaraq təmizləyirlər, həmçinin su ilə də silirlər. Çünki biz bilirik ki, hər şeydən öncə məhz təmizlik sağlamlığın təminatıdır.

5. Uşaqlar bağçaya qəbul olunanda həkim onları yoxlayır, eyni zamanda həftədə 1-2 dəfə də uşaqlar həkim yoxlanışından keçir. Xəstəliyi kəskin dövründə olan, yəni temperaturu yüksək olan uşaqlar bağçaya qəbul olunmur.

6. Ayda 2 dəfə dezinfeksiya və 1 dəfə dezinseksiya işi aparılır.

7. Keçən 2 həftə bildiyiniz kimi sizin razılığınızla C vitamini ilə profilaktika da aparıldı.

Bunu da bilməyiniz vacibdir ki, uşaqların müəyyən yaş dövrü olur – onlar  tez-tez xəstələnirlər. Çünki immun sistemi dəyişilir və təkmilləşir.

Eyni zamanda soyuq havalarda xəstəliklər də çoxalır. Bundan əlavə, necə qəribə səslənsə də, ancaq xəstəliklərin özü də immunitetin güclənməsinə kömək edir. Çünki həm bizim, həm də uşaq orqanizmi hər dəfə xəstəliyə yoluxanda ona uyğun mübarizə üsulları seçir. Həmin orqanizmə yad olan mikrobları özündən uzaqlaşdırır və möhkəmlənir. Əlbəttə ki, yalnız yayda orqanizmi möhkəmləndirmək olmaz. Düzdür, yayda orqanizmi möhkəmləndirmək asan və xoş gəlir – dəniz, günəş, qum, çoxlu meyvələr və s. Ancaq bütün il boyu, həmçinin soyuq mövsümlərdə də möhkəmlənmək lazımdır. Uşaqları bürüməyə çalışmayın, soyuqdan qorxmayın, o da faydalıdır. Sadəcə uşaqları havaya görə geyindirin. Tərləmiş uşaq daha tez xəstələnər, nəinki havaya uyğun geyinmiş. Uşaqlarınıza təbii parçalardan tikilmiş paltarlar almağa çalışın. Çünki dəri də nəfəs almalıdır. Sintetik geyimlərdə uşaq tez tərləyir. Uşaqlarınızla tez-tez gəzintiyə çıxın. Bu ancaq onları gücləndirər.

Daha bir təsəlliverici məqam var. Bağçaya gedən uşaqlar orta məktəbə gedəndə daha gec-gec xəstələnirlər, ümumiyyətlə,  hər cür vəziyyətə daha asan  uyğunlaşırlar və bu təsdiq olunmuş faktdır.

Yuxarıda deyilənlərlə əlaqədar olaraq, valideynlər bağça ilə əməkdaşlıq etməlidirlər. Daha dəqiq desək, çalışın ki, bağçada olduğu kimi evdə də övladınızın qidalanmasına, gündəlik rejiminə diqqət edəsiniz. Bu, uşağın ətraf mühitə uyğunlaşmasını asanlaşdıracaq. Beləki, əgər bağçadakı rejim evdəkindən çox fərqlənsə, onda uşağın orqanizmində yüklənmə baş verəcək. Nəticədə uşaq xəstələnməyə başlayacaq. Bağça rejimini izləmək uşaq sağlamlığının vacib şərtlərindən biridir”.

Balacalar böyük səhnədə

Dekabrın 24-də Rus Dram Teatrında “Education Management Network” şirkətinin təşkilatçılığı ilə “Baby star”, “İndigo” Nərimanov  bağçalarının uşaqları yeni ilə aid teatr tamaşası ilə valideynləri qarşısında çıxış ediblər.

225 uşağın iştirak etdiyi bu tədbirdə balacalar müəllimləri və bədii rəhbər, rejissor  Rafiz Mehdizadənin müşayiəti altında  maraqlı səhnəciklər, rəqslər, oyunlar, tamaşalar nümayiş etdiriblər. Tədbir iki hissədən ibarət olub. Birinci hissədə uşaqlar səkkiz nağıl qəhrəmanından bəhs edən maraqlı səhnəciklər göstəriblər. İkinci hissədə isə balacalar müxtəlif şeirlər, mahnılar, rəqslərlə Şaxta Babaya öz məharətlərini nümayiş etdiriblər. 450 nəfər tərəfindən izlənilən teatr tamaşası maraqlı anları ilə yadda qalıb.

Tədbirin təşkilatçılarından biri, eyni zamanda uşaq bağçasının direktoru Samirə xanım tədbir haqqında öz fikirlərini bizimlə bölüşür:

“Bu tədbir bizim üçün çox böyük əhəmiyyət kəsb edirdi. Çünki 4 bağçanın uşaqları ilə birlikdə işləmək və onların tamaşasını 450nəfərə nümayiş etdirmək çox çətin və məsuliyyətli işdir. Çünki səhnə böyükdür və uşaqlar birinci dəfədir ki, böyük səhnəyə çıxırlar. Amma bunu əhəmiyyətli tərəfi odur ki, uşaqların yaşadığı bu günki həyəcan uzun müddət onların yaddaşında qalacaq, onlara cəsarət verəcək. Düşünürəm ki, uşaqlar bu gün böyük bir cəsarətlə 450 nəfər qarşısında peşəkar bir aktyor kimi çıxış etdilərsə, onlara böyük alqış düşür. Elə məqsədimiz də uşaqlarımızın cəsarətini göstərmək idi.”

Balacaların tamaşasına qonaq gələn valideynlər, həmçinin nənə və babalar da uşaqlarının sevimli bayramı olan yeni ilə aid maraqlı səhnəciklərini izləyiblər. Tədbirin sonunda onlar övladlarının böyük səhnədəki cəsarətli çıxışına heyran qaldıqlarını gizlətməyiblər. Tez-tez belə tədbirlərin keçirilməsinin tərəfdarı olan valideynlər bayram proqramının təşkilatçılarına da öz təşəkkürlərini bildirirlər:

“Bu gün böyük səhnədə mənim 4 yaşlı nəticəm çıxış etdi. Ümumiyyətlə, tədbir gözəl təşkil olunmuşdu. Uşaqlar maraqlı nömrələr göstərdilər. Biz də bir valideyn kimi uşaqlarımızı bundan da böyük səhnələrdə görmək istəyirik.”

“Tədbir haqqında təəssüratlarım çox yaxşıdır. Afərin uşaqlara! Başda uşaq bağçasının direktoru Samirə xanım olmaqla tədbiri təşkil edən bütün kollektivə öz minnətdarlığımı bildirirəm.”

“İlk dəfə idi ki, uşaqlarımız böyük səhnədə çıxış edirdilər. Bir valideyn kimi övladımla fəxr edirəm və onların daha böyük nailiyyətlərini görməyi arzu edirəm.”

“Tədbir çox xoşuma gəldi. Bütün valideynlərin adından tədbirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Çox fəxr edəsi haldır ki, Azərbaycanda belə bağçalar fəaliyyət göstərir. Ümidvaram ki, gələcək nəsil bu zəhmətdən bəhrələnərək müəllimlərinin , onların üstündə əməyi olan rəhbərliyin etimadını doğruldar.”

Səhnədə sanki peşəkar aktyor kimi çıxış edən balacalar da təəssüratlarını bizimlə bölüşürlər. Onlar sevimli bayramda Şaxta Babadan hədiyyə istəməyi də unutmurlar:

“ Mahnı oxuduq, rəqs etdik, oynadıq, xoşuma gəldi. Şaxta babadan maşın istəyirəm”.

“Tədbirimiz xoşuma gəldi, Şaxta babadan oyuncaq istəyirəm”.