“Özəl bağçaların mənfi heç bir tərəfi yoxdur”

samiraAilələr öz övladlarını uşaq bağçalarına yerləşdirməyəçəkinirlər. Burada uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq məsələsi iləyanaşı, həm dəbağçada verilən tərbiyə ilə bağlı da narahatlıqlar yer alır. Məktəbəqədər təhsil müəssisələri vəonların iş mexanizmi ilə bağlı çoxlu fərziyyələr var.

Məsələ ilə bağlı öz fikirlərini “Dəniz” uşaq bağçasının direktoru Samirə Muxtarova bölüşüb.

Uşaqların həyatında məktəbəqədər təhsilin hansı faydaları var?

Əslində bütün valideynlər bilməlidir ki, məktəbəqədər təhsil hər bir uşağın həyatında çox vacib vəgərəklidir. Uşaqlar öyrənməli olduqları məlumatların 70 faizini 7 yaşına qədər tam öyrənirlər. Öyrənməbacarığı məktəbəqədər dövrdə inkişaf edir. Bağçanın uşağın həyatında əsas rolu odur ki, dünyagörüşü qazanır, paylaşmağı öyrənir, sosiallaşır, başqa dostları ilə birgə oynamağı öyrənir, dost qazanır və ənəsası da hər uşaq bir-birinin xüsusiyyətlərinə uyğun davranmağı öyrənir. Hətta bağçaya getməyən uşaq öz oyuncaqlarını paylaşa bilmir, qısqanc olur və belə uşaqlar gələcəkdə, məktəb dövründə digər uşaqların aşdığı problemlərlə üzləşməli olur və nəticədə digər həmyaşıdlarından geri qalırlar. Təbii ki, bağçaların uşaqlara faydası bununla yekunlaşmır. Eyni zamanda bağça uşaqlarında əl motorikası yaxşı inkişaf etmiş olur. 3-5 yaşındakı uşaqlar köynəyini düymələmək, ayaqqabısının bağını bağlamaq, yeməyini sərbəst yeyə bilmək kimi bacarıqlara malik olmalıdır. Bağça bu istiqamətdə uşağın qabiliyyətlərini üzə çıxarır. Doğru danışıq qaydasını uşaq bağçada öyrənir. Burada uşağın rejimi olur, qaydaları olur, qaydalara riayət edə bilir. Bağçaya uyğunlaşmış uşaqlarda özgüvən inkişaf etmiş olur.

Bəs, burada valideynin hansısa rolu varmı ya övladını bağçaya qoymaqla hər şey bitir?

– Təbii ki, yaxşı tərbiyə olunmuş, inkişaf etmiş uşaq üçün bağça ilə valideyn bir işləyir, bir olub uşağı tərbiyə edirlər. O zaman uşağın inkişafı tamamlanmış olur ki, valideyn daima bağça ilə maraqlanır, məktəbə hazırlıq kursları ilə maraqlanır. Evə verilən tapşırıqları uşaqla vaxt keçirdərək birgə edir. Ənəsası isə açıq dərslərə, açıq qapı günlərinə qatılır.

Samirə xanım, bu gün çoxlu sayda özəl məktəbəqədər təhsil müəssisələr fəaliyyət göstərir. Özəl və dövlət məktəbəqədər təhsil müəssisələrinin əsas fərqli cəhətləri hansılardır?

-Mən sizə kiçik bir misal göstərim. Özəl bağçalarda gigiyenaya çox diqqət edilir, xalçalar ayda 3 dəfəyuyulur, həftədə bir dəfə dezinfeksiya edilir. Həftədə bir dəfə oyuncaqlar, qablar xüsusi məhlulla yuyulur. Təmizlik sağlamlıqdır deyə, birinci təmizliyə nəzarət edilir. Mənim çalışdığım “Dəniz”  uşaq bağçasında sırf bu sahə üzrə ixtisaslaşmış tibb bacısı və həkim vardır. Özəl bağça olduğu üçün sadəcə adları deyil, özləri də, təklif etdiyi imkanlar da xüsusi olmalıdır.

Özəl bağçanı fərqləndirən ən əsas cəhətlərdən biri də xoş, gülərüz kollektivdir. Onlar, valideyn hər zaman haqlıdır prizmasından yanaşırlar.

Özəl bağçalarda kollektivin seçilməsinə də xüsusi diqqət ayrılır. Kollektivdə  uşaqlara qarşı sevgi hissinin olmağı başlıca şərtlərdən biridir. İşçilər seçilən zaman ilk diqqət edilən özəllik, onların uşaqları sevməsidir, daha sonra onların ali savadı. Danışığı önəmlidir. Çünki uşaq günün çox hissəsini bağçada keçirir və istər-istəməz müəllimini və dayəsini təkrarlayır. Müəllimi seçərkən hər zaman biliyindən, davranışından, sağlamlığından sonra mən uşağımı ona etibar edə bilərəmmi deyə düşünərək işçi seçirəm.

Bizim hakim də, həkim də, fabrik müdiri də, jurnalist də və digər peşə sahibi olan valideynlərimiz də var. İnsana ən dəyərli varlıq övladıdır. Kim övladından narahat olsa, işləyə bilər ki? Buna görə də bizim birinci borcumuz uşağın sağlamlığını, təhlükəsizliyini qorumaqdır.

Mən bir insan kimi, bir vətəndaş kimi hər şeydən öncə bir anayam. Mənim uşaqlarımın dostları, gələcək yoldaşları bu bağçada yetişir. Mən yalnız öz uşağımın deyil, hamının uşağının düzgün tərbiyəolunmasını istəyirəm. Birinci ona görə ki, vətənə, gələcəyə arxa böyüdürük. Uşaqlar gələcəyin əsas hissələridir. İkincisi də mənim övladımın çevrəsi də böyüyür, mən istəyirəm ki, gələcək sağlam düşüncəli insanlarla dolu olsun. Uşağa sevgi, məhəbbət lazımdır, uşağın suyu, yeməyi birinci məhəbbətdir. Ona görə də uşaqları sevən işçilərlə işləmək lazımdır. Bununla yanaşı keyfiyyətli və ən önəmli oyuncaqlar alırıq. Yalandan çin malı, uşağa ziyan verən deyil, sertifikatlı oyuncaqlar alırıq. Oynanılan oyuncaqlar uşağa nə isə öyrətməlidir. Uşaqlar özləri də hiss etmədən əylənərək , öyrənməlidir.

Qidalanma çox vacibdir, gündə 5 dəfə qidalanırlar, vitamini bol, mövsümə uyğun qidalar haradan alınmalıdır, necə saxlanılmalıdır, necə bişirilməlidir?! Bunları bilmək vacibdir. Uşaqları məcburi deyil, mükafatlandırma, qiymətləndirmə metodikası ilə yemək yedirtmək gərəkdir.Yaxın keçmişə qədər bağça yaddaşlarda yemək və yatmaq kimi qalırdısa, uşaqlar bağçaya yemək istəmirəm, yatmaq istəmirəm deyə getmək istəmirdilərsə, müasir bağçada yeni dostlar, müasir təlim metodları uşağa qayğı, sevgi, paylaşma öyrədilən, əyləncəli və tərbiyəedici sevgi dolu mühit kimi yadda qalır. Bağça təməldir, bu təməl nə qədər güclü olsa, uşağın gələcəkdə təhsil prosesinə uyğunlaşması da bir o qədər rahat olar, o uşaq məktəbdə və bağçada lider kimi yetişər.

Nəzərə alsaq ki, anaların çoxu işlədiyi üçün uşağı harasa etibar etməlidir. Bir dayə evdə və ya bir nənəevdə, hətta bir ailə evdə bağçanın verə biləcəyini vermir. Bağçanın mənfi heç bir tərəfi yoxdur, ana işləsə də, işləməsə də. Ancaq müsbət tərəfləri var. Sadəcə çox valideynləri bağçaya uşaq təzə gələndətez-tez xəstələnməsi narahat edir. Amma bu da tamamən ayrı bir mövzudur, qısacası demək olar ki, uşağın immuniteti bərkiyir, daha möhkəm olur və viruslara qarşı daha dayanıqlı olur. Məktəb vaxtı isədemək olar ki, heç xəstələnmir. Ən əsası isə sərbəst yaşamağı öyrənir. Uşaq ən əsası davranış qaydaları əldə edir. Məsələn, 3 yaşından bağçaya gələn uşaqla 6 yaşında bağçaya  gələn uşaq arasında çox fərq olur. 6 yaşına qədər hər zaman evdə olmuş uşaq, yuxarıda sadaladığım paylaşmaq, bilik kimi şeylərdən əlavə davranış qaydalarını da bilmir. Böyüyün sözünü kəsir, qapını döymək, icazəalmaq, yeməyi necə yemək, çəngəllə rəftar kimi müxtəlif davranış qaydalarını bilmir.

Psixologiyada belə bir şey var ki, 21 gün ərzində uşaq bir şeyi təkrar edirsə, o adət halını alır. Bağçada gün rejimi var, hansı ki, ciddi nəzarət olunur.