“Hər Uşaq Bir Ümid” Məktəbəqədər Təhsil Müəssisələri arasında I Teatr Festivalı

Uşaqların səhnə bacarıqlarını böyük səhnələrdə görmək üçün Teatr Festivalına qoşulun.

Festival zamanı hər bir uşaq bağçasının və mərkəzinin hazırladığı tamaşalar böyük və peşəkar səhnədən valideynlərə təqdim ediləcək və peşəkar münsiflər heyətinin seçimi əsasında festivalın I, II və III yer üzrə qalibləri müəyyən olunacaqdır.
Mükafatlar:
I Yer – 1000 AZN
II Yer – 750 AZN
III Yer – 500 AZN

Və digər həvəsləndirici mükafatlar və diplomlar təqdim ediləcəkdir.

Böyük səhnələrə gedən yol burdan başlayır.

Son Qeydiyyat Tarixi: 30.11.2015
Qeydiyyat üçün Əlaqə: 0553035350
Əlaqədar Şəxs: Rafiz Mehdizadə

Təşkilatçılar: Education Management Network və Edu Co. Şirkəti
İnformasiya Dəstəyi: bagcam.az Təhsil Portalı, Bağçam Jurnalı, PreMark Şirkəti, GSR.fm

Bu ifadələr övladınızı xoşbəxt edir

11230722_908594949210738_3912679010641079199_nBu ifadələr sadə görsənə bilər, ancaq onların hər birində böyük məna gizlənib. Onları səsləndirən zaman biz övladımıza olan sevgimizi, hörmətimizi, onların uğuruna diqqətimizi göstərmiş oluruq. Siz də tez zamanda övladınızın uğurunu göstərmək istəyirsinizsə, onu bu cümlələrlə motivasiya edin.
1. Mən səninlə fəxr edirəm. Hətta sən belə mükəmməl övlad olmasaydın belə, mən yenə də səninlə fəxr edərdim.
2. Mən sənə inanıram.
3. Mən bilirəm ki, biz son zamanlar üzbəüz çox az söhbət etmişik. Ancaq istəyirəm hər zaman biləsən ki, mən səni necə varsansa, elə də qəbul edirəm. Fərqi yoxdur ki, mən sənin fikrinlə razıyam ya yox.
4. İnana bilmirəm ki, sən belə ağıllısan, gözəlsən və s.
5. Mən səni olduğun kimi sevirəm. Və istəmirəm ki, sən dəyişiləsən.
6. Sənin nə qədər dəcəllik etməyindən asılı olmayaraq mən həmişə şadam ki, sən mənim övladımsan. Nə etməyindən asılı olmayaraq istənilən halda sonda mən səni bağışlayacam.
7. Mən gördüm ki, sən necə gözəl çıxış elədin. Mən səninlə fəxr edirəm.
8. Mən səni bağışlayıram. Biz bir də bu söhbətə qayıtmayacağıq. Düzdü?
9. Mən bu günü səninlə keçirmək istəyirəm. Sən nə ilə məşğul olmaq istəyirsən?
10. Yadıma gəlir, mən də özümü bir zamanlar pis hiss edirdim. Bilmirəm mənim keçirdiyim hisslər indi sənin keçirdiyin hisslərə bənzəyirmi, ancaq mənim üçün ağır bir dövr idi.
11. Mən çox təəssüf edirəm. Sən məni bağışla bilərsən?
12. Mən bunu sənin üçün gətirmişəm. Elə belə heç bir səbəbi olmadan.
13. Fikir vermişəm ki, axır vaxtlar sən öz üzərində çox işləyirsən.
14. Mən sənin ifana heyranam. Əslində mən səndən bu sahə üzrə çox şey öyrənə bilərəm.
15. Bu həqiqətən çox müdrik bir qərar idi.
16. Narahat olma.
17. Mən sənə güvənirəm.
18. Səndə artıq cavan kişi, qadın xarakteri yaranmağa başlayır. Bu əladır!
19. Get yat, dincəl ki, səhər oyananda daha da gümrah olasan.
20. Mən heç ağlıma belə gətirmirdim ki, sən belə bir şey bacarırsan. Çox təsirləndim.
21. Sən bu haqda nə fikirləşirsən?
22. Səninlə bir yerdə vaxt keçirmək çox xoşuma gəlir.
23. Mən çox şadam ki, sən evdəsən.
24. Təşəkkür edirəm!
25. Gəl bunu bir yerdə edək.
26. Sən mənim aldığım ən gözəl hədiyyəsən.
27. Mən səninlə birlikdə olanda qürur hissi keçirdirəm.
28. Sən bunun öhdəsindən yaxşı gəldin.
29. Sənin sevdiyin yeməyi hazırlayacam.
30. Bu paltar sənə çox gözəl yaraşır.
31. Mahnının səsini artıra bilərsən?
32. Bu çox cəsur hərəkət idi.
33. Mən səni düz başa düşdüm?
34. Əgər imkanın olsaydı məndə nəyi dəyişmək istərdin?
35. Sən hər sahədə bacarıqlısan.
36. Sənin necə böyüdüyünü görmək xoşbəxtlikdir.
37. Mən sənin üçün darıxıram, amma sevinirəm ki, vaxtını əyləncəli keçirdə bilirsən.
38. Sənin yanımda olmağın məni xoşbəxt edir.
39. Mən səni elə çox sevirəm ki!

İncəsənətdə yaradıcılığı öyrətməyin 10 təməl qaydası

11875232_902368879833345_2221508438046757497_oİncəsənətdə yaradıcılığı öyrətməyin 10 təməl qaydası:
1. Övladınızdan gözləntilərinizi unudub, nəyi necə istifadə edəcəyini onun qərarına buraxın. Unutmayın, yaradıcı düşüncənin inkişafına maneə törədən əsas şey, ana atanın əmrləridir.
2. Qətiyyən övladınızın işinə əlinizi vurmayın. Uşağın bir rəsmi təkbaşına çəkməsi, sizin şəkilə edəcəyiniz düzəlişdən daha əhəmiyyətlidir. Sizin müdaxiləniz uşağın cəsarətini qıra bilər.
3. Şəkildəki təsadüfi şəkilləri gerçək obyektlərə bənzətməyin. Bu, işin dəyərini itirməsinə gətirib çıxaracaq.
4. Uşağa necə çəkməli olduğunu göstərməyə çalışmayın. Sizin öyrətmə cəhdləriniz, uşağınızın kəşf etməsinə, yaradıcılığına mane ola bilər.
5. Uşağınıza əsla “Bu nədir?” Və ya “Nə çəkirsən?” Kimi sualları verməyin. Onun etdiyi şeyin necə olduğu, nə olduğundan daha vacibdir.
6. Uşağınıza əsla boyama kitabları, şablonlar kimi bədii yaradıcılığı maneə törədən oyuncaqlar almayın. Başqasının yarım buraxdığı bir şeyi tamamlamağın ona hər hansı bir faydası toxunmayacaq.
7. Övladınızı rəsm yarışlarına və ya uşaqları qarşı-qarşıya gətirən fəaliyyətlərdə iştiraka yönəltməyin. Uşaqlar üçün ən faydalı olanı məqsədlərini təyin edib özləri ilə yarışmalarıdır.
8. Onu yalnız doğru cavabı tapmağa deyil, həll ola biləcək bir neçə alternativlər irəli sürməyə yönəldin. Gerçək həyatda hər problemin tək bir həlli yoxdur. İncəsənət uşaqlara məsələləri necə həll edə biləcəklərini öyrədir.
9. Uyğun olmayan yerlərdə rəsm çəkdiyi üçün uşağınızı əsla danlamayın. Bununla siz onun incəsənətə olan marğını tamamilə sındıra bilərsiniz.
10. Bir inkişaf prosesini tamamlamadan uşağınızı digərinə keçməyə məcbur etməyin. Hər mərhələ əhəmiyyətlidir, birindən digərinə sürətlə keçmək faydadan çox zərər gətirə bilər.

Rəsm çəkmək

6-12 Aylıq uşaqlar : Tutur, baxır, boyanı ağzına aparır.
12-18 Ay :Qaralama sınaqları aparır.
18-24 Ay : Şaquli, üfiqi, çarpaz xəttlər çəkir, qaralama sınaqları edir .
24-30 Ay : dairəvi şəkildə qaralamalar çəkir, müxtəlif formalar sınayır.
30-36 Ay : Cizgiləri birləşdirərək şəkillər əmələ gətirir və bu şəkillərə ad verir.
36-42 Ay : rəsimlər haqqında hekayələr danışır, insan rəsmləri çəkməyə başlayır.

Plastlin və gildən əl işi hazırlamaq

6-12 Ay : Gilə toxunur və onun dadına baxır.
12-18 Ay : Gili sıxır və qoparır.
18-24 Ay : İlan formalı zolaqlar hazırlayır
24-30 Ay : Gildən toplar düzəldir, obyektləri adlandırır və onlarla oynayır.
30-36 Ay : Gili bəzəməyə, ona nəsə qoşmağa başlayır
36-42 Ay : Gilə dizayn verməklə müxtəlif formalar əldə edir.

Rəssamlıq

6-12 Ay : Boyanı əllərinə çəkir və dadına baxır.
12-18 Ay : Bədənini boyayır, boyalı əlləri ilə gördüyün hər şeyə toxunur.
18-24 Ay : Fırça ilə qaralamalar edir, şəkillər çəkir.
24-30 Ay : Qaralamada çəkdiklərin təkmilləşdirir.
30-36 Ay : Şəkilləri tamamilə boyamaq istəyir.
36-42 Ay : Kağızın bütün səthini fərqli boya qabları ilə örtür.

O bu gün bağçada nə edib?

11887887_933740196685174_7551151401004648042_nHər bir valideyn üçün övladının gün ərzində bağçada, məktəbdə nə ilə məşğul olduğu, günün necə keçdiyi olduqca vacib məsələdir. Amma təəssüflər olsun ki, çox vaxt uşaqlara “Günün necə keçdi?” sualını verdiyimiz zaman “yaxşı, belədə” və.s kimi qısa cavablar alırıq.

Buna görə də bu dəfəki məqalədə sizin üçün “Günün necə keçdi?” sualına ətraflı cavab almağımız üçün övladımızdan soruşmalı olduğumuz suallar siyahısı hazırladıq. Aşağıda tərtib etdiyimiz suallar çox maraqlı söhbətə başlanğıc ola bilər və siz övladınız haqqında heç bilmədiyiniz bir çox maraqlı məqamları üzə çıxara bilərsiniz.

      1. Bu gün bağçada, məktəbdə olan ən yaxşı şey nə idi?(Ən pis şey nə idi?)
      2. Bu gün bağçada (məktəbdə) hansı gülməli hadisə baş verib?
      3. Sinifdə hansı uşağın yanında oturmaq istəyərdin? (Kimin yanında oturmaq istəməzdin?)
      4. Bağçada ən xoşuna gələn yer haradır?
      5. Bu gün eşitdiyin ən qəribə söz hansı idi? (Ya da birinin danışdığı qəribə nə var idi?)
      6. Bu axşam müəllimənə zəng etsəm, mənə nələri deyəcək?
      7. Səncə, bu gün kimə nə kömək etmisən?
      8. Bu gün hər hanısa birinin sənə necə köməyi dəyib?
      9. Bu gün nələri öyrəndiniz?
      10. Bu gün ən çox nə vaxt daha xoşbəxt oldun?
      11. Bu gün ürəyin sıxılıbmı? Niyə?
      12. Əgər sinifə bir yadplanetli gəmisi gəlsə və birini aparacaqlarını desə, kimi aparmalarını istəyərdin?
      13. Tənəffüsdə daha əvvəl heç oynamadığın biri ilə oyun oynasaydın, o adamın kim olmasını istəyərdin?
      14. Bu gün hansı yaxşı bir hadisə baş verib?
      15. Bu gün müəllim ən çox hansı sözü işlədib?
      16. Səncə, bağçada (məktəbdə) nəyi daha çox öyrənməlisən?
      17. Səncə, nəyi daha az öyrənməlisən və ya etməlisən?
      18. Səncə, sinifdə kimə qarşı daha mehriban ola bilərsən?
      19. Tənəffüsdə ən çox harada oynayırsan?
      20. Səncə, sinfinizdəki ən gülməli uşaq kimdir? Uşaqları mecə güldürür?
      21. Günorta yeməyinə nə yedin? Hansı yeməklərdən xoşun gəlir?
      22. Əgər sabah sən müəllim olsan, nə edərsən?

Əmin olun ki, bu suallarla həm övladınızın bağçada (məktəbdə) gününün necə keçdiyini öyrənəcəksiniz, həm də onun təhsil, bağça yoldaşları, müəllimləri haqqında nə düşündüyünü haqqında məlumatınız olacaq. Bu suallar həm də övladınızı yaxından tanımaqda sizə  yardımçı olacaq.

Oğlumun yeniyetmə olmadan öncə öyrənməsini istədiyim 10 şey

father-and-son-4cc9e3634d2d8_hires11 yaşında bir oğlum var. O kifayət qədər ağıllı uşaqdır. Hər gün məni güldürməyi bacarır. Həm nəzakətli, həm də səxavətlidir. Hər gecə zamanın yavaşlaması üçün dua etməyimə baxmayaraq, oğlum gözümün qabağında böyüyür, əsil kişiyə çevrilir. İndi o 11 il əvvəl aşiq olduğum balaca, toppuş, sarışın uşaq deyil. Yay müddətində boyu düz 8 sm uzandı. Hardasa məni keçmək üzrədir. Bu ilki yeni  məktəb  ayaqqabılarının ölçüsü 43-dür. Hər gün girişdəki nəhəng idman ayaqqabıların yanından keçərkən, övladımın dəyişdiyini inkar etməyimin artıq qeyri-mümkün olduğunu anlayıram.

Zaman keçdikcə“oğlumun bir neçə il içində necə bir yeniyetmə olmasını istərdim?”  deyə düşünməyə başladım.  Ona hələ öyrənməsini istədiyim çox həyat dərsi var. Elə də yaxşı olmayan bu dünyada yaxşı bir kişi kimi yetişməsi üçün öyrənməsi lazım olan bir sıra mühüm şeylər var.

Oğlumun yeniyetməliyindən əvvəl öyrənməsini istədiyim 10 şey:

  1. Yaxşılıq zəiflik deyil, əksinə bir gücdür. Adətən yaxşılığın gücünü ciddiyə almırıq. Halbuki, dünyanı yaxşılıq inkişaf etdirir və təkmilləşdirir.
  2. Bir qızın bədəni yalnız özünə aiddir. Kim olursan ol , onunla nə qədər müddətdir birlikdə olursan ol, onun üzərində heç bir haqqın yoxdur.
  3. Duyğularını ifadə et. Sözlərdən istifadə et. Duyğularını ört-basdır etmə. Bizi digər canlılardan fərqləndirən əsas cəhər hisslərimizi ifadə etmə qabiliyyətimizin olmasıdır.
  4. Yemək bişir, təmizliklə məşğul ol və paltarlarını özün yu. Hər kişi ləzzətli,ən azından yeyilə biləcək yeməklər bişirə bilməlidir və xahiş edirəm bunu birdəfəlik başa düş: yemək bişirmək, təmizlik etmək yalnız qadınların işi deyil.
  5. Hər gün “Xahiş edirəm” “Təşəkkür” və “Üzr istəyirəm” de. Başqalarına qarşı nəvazişli olmağın çox əhəmiyyətlidir. Ətrafdakılara qarşı davranışların səni digərlərindən fərqləndirir. Yaxşı davranışlar səni həyatda daim irəli aparacaq.
  6. Hər kəsə güvənmə. Qoy insanlar sənin etibarını qazanmağa məcbur olsun. Heç kəsə layiq olmadığı halda etibar etmə. Hamımızın hər zaman arxamızda olduğunu bildiyimiz insanlara ehtiyacımız var. çalış ki, ətrafında belə insanlar çox olsun.
  7. Hər zaman özünə inan. Bu sənə çox qapılar açacaq. Amma ağıllı və istedadlı olduğunu da bil. Xəyallarını reallaşdırmaq üçün ehtiyacın olan hər şeyə sahibsən. Sadəcə, özünə inan.
  8. Sənə etibar edən insanların sirlərini başqaları ilə paylaşma. Bu hörmətsizlik və nəzakətsizlikdir. Nə qədər yaxın dost olursunuzsa, olun dostlarınız hər şeyi bilmək məcburiyyətində deyil.
  9. Həyatı yalnız ciddi formada yaşamaq mümkün deyil. Əlbəttə ki, yaxın ətrafınla səmimi zarafatların münasibətinizi daha da möhkəmləndirəcək. Amma hər zarafatından əvvəl düşün. Həqiqətənmi bu sözü burada etmək lazımdır? Etdiyin zarafat qarşındakı insanın xətrinə dəyməyəcək ki? Çünki bəzi hallarda heç bir ikinci, üçüncü məna düşünmədən etdiyimiz zarafatlar dostlarımız tərəfindən yalnış anlaşıla bilər.
  10. Dünyanı kəşf et. Çölə çıx, yeni şeylər gör, yeni yerlər kəşf et. Ətrafını genişləndir. Bir gün bel çantanı götür və çıx bütün Avropanı gəz. Dünyagörüşünü artır.

“Belə tərbiyə xarakteri, bir şəxsiyyəti öldürmək deməkdir”

attachment-1864x1239Təyyarəyə minməyə hazırlaşıram.  Salonda ana qızına hirslənir:

“İnci, pencəyini geyin, yoxsa, əmi sənə hirslənəcək”. Uşaq əynini geyinmir. Ana hirslə pencəyi İnciyə geyindirir.

Ana hədələməyə davam edir: “İnci, ora getmə! İnci, əl vurma! İnci, yıxılacaqsan, qaçma!”.

İnci təyyarəyə əyləşir və ana yenə də : “İnci sakit dayan , bax, əmi sənə baxır. İnci, kəmərini tax, yoxsa, səni təyyarədən düşürdəcəklər” deyir.

Ana öldürücü kəlməni ən sona saxlayıb: “ İnci, sakit dayan, yoxsa, atan səni sevməz”.

Ananın bunları deməkdə məqsədi nədir, görəsən? Ananın bir məqsədi var : İncinin sakit dayanmasını təmin etmək.  Bəs, bunu necə edir? Hədələmək, hirslənmək, təhdit etməklə. Yəni, “tərbiyə edərək”.

Bəs ananın məqsədi nə olmalıdır? Uşağına məsuliyyət və dəyər qazandırmaq.  Lakin ana bu hədəfdən çox uzaqdır.

Uşaq pencəyini geyinmək istəmir. Ata nə təhdid edir, nə də hirslənir. Sadəcə olaraq deyir: “Oğlum, biz necə razılaşmışdıq?”

Cavab:

– Ata, istilik 19 dərəcədən yüksəkdirsə, geyinməmək haqqım var, amma 19 dərəcədən aşağıdırsa, xəstə olmamağım üçün geyinməliyəm.

– Hal-hazırda istilik neçə dərəcədir?

– 14

– Elə isə?

– Geyinməliyəm

Nümunədən də gördüyümüz kimi. Ata necə edir? Uşağını nə hədələyir, nə hirslənir. Sadəcə olaraq əvvəlcədən danışılmış və razılaşmış söhbəti xatırladır.

Eyni şəkildə uşaq yerə zibil atanda “ayıbdı” demir. “Oğlum, biz təbiəti çirkləndirməməliyik” deyir. Belə halda o uşağa xarakter və dəyər aşılayır, onu yuxarıdakı nümunədə olduğuğu kimi “tərbiyə etmir”.

İlk formada göstərilən cür tərbiyə xarakter formalaşdırmır, əksinə xarakteri yox edir. Bu tərbiyə insanı öz mənliyindən uzaqlaşdırır. Belə tərbiyə edilərək böyüdülən uşaqlar zamanla başqalarının iradlarından qorxur və onları çox önəmsəyirlər. Bu uşaqlar “ Başqaları nə deyər?” ya da “Ələ keçmədən istədiyimə necə nail olar bilərəm?” sualı ətrafında baş sındırırlar. Qısacası, belə tərbiyə ilə böyüyən uşaqlar öz kontrollarının xaricindədirlər.

Xarakterə önəm verən  ailələr isə uşağın mənliyini inkişaf etdirər və qarşılarındakı balacanı fərd olaraq qəbul edərlər.

Xarakter sahibi olan şəxs danlanmaqdan deyil, dəyərlərini itirməkdən qorxar. Xarakter sahibli insanları “ayıb” deyimi yox, öz vicdanları idarə edər. Qısacası, belə insanlar daha güclü olur və öz həyatlarını özləri idarə edirlər.

Nəticə olaraq, ilkin formadakı tərbiyə ilə uşaq böyütmək olmaz, çünki belə tərbiyə xarakteri, bir şəxsiyyəti öldürmək deməkdir.

Təhsil Nazirliyinin 2014-2015 tədris ili hesabatı

2b6fe513-5d30-4453-a232-6c2f87813528Bagcam.Az tədris portalı Azərbaycan Respublikası Təhsil Nazirliyinə istinadən 2014-2015 tədris ilində sözügedən nazirlik tərəfindən görülən işləri təqdim edir:

•İlk dəfə 2014-2015-ci tədris ilindən pedaqoji kadr hazırlığı aparılan ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci və ya ikinci yerdə müəllimlik ixtisasını qeyd edən 300 tələbəyə “Gələcəyin müəllimi təqaüdü” verilib.
• Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq, Nazirlər Kabinetinin qərarı ilə dövlət sifarişi üzrə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 manat məbləğində kompensasiya verilir, rayon mərkəzlərindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə 3 il müddətində aylıq əmək haqqına ayda 100 manat məbləğində əlavə ödənilir.
• Təhsil nazirinin əmri ilə “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilib. Qaydalara əsasən, 2014-2015-ci tədris ilində yeni işə qəbul olunan pedaqoji işçilər “Müəllim andı” içərək fəaliyyətə başlayıblar.
• Məktəb direktorları və məktəb direktoru olmaq arzusunda olan digər şəxslər üçün müasir peşə standartları əsasında təlimlər təşkil olunub. Təlimlərdən uğurla keçmiş və keyfiyyət sertifikatı almış 15 nəfər paytaxtdakı ümumi təhsil müəssisələrinə direktor təyin olunub.
• 2014-2015-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin 6 ümumi təhsil məktəbində 15 “Sağlam təhsil sinfi” yaradılıb.
• 2014-2015-ci tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 573 nəfər təhsil almaq üçün xaricə göndərilib.
• 2014-2015-ci tədris ilindən ölkəmizin 7 baza ali təhsil müəssisəsində SABAH qrupları fəaliyyətə başlayıb. Bu qruplarda 34 ixtisas üzrə 755 tələbə təhsil alır.
• 2014-2015-ci tədris ilindən ümumi təhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunur. Fakültativ kursun proqram və tədris vəsaiti çap olunaraq məktəblərə çatdırılıb.
• Prezident İlham Əliyevin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamına uyğun olaraq, müəllimlərin əmək haqqı və dərs yükü artırılıb.
• Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib.
• Ümumi təhsil məktəblərində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün müsabiqə keçirilib.
• 2014-2015-ci tədris ilindən ölkəmizin ümumi təhsil müəssisələrində pedaqoji kadrlara olan tələbat nəzərə alınaraq, yenidənhazırlanma təhsili üzrə ixtisasların sayı artırılıb və riyaziyyat-informatika, kimya-biologiya və tarix-coğrafiya ixtisasları üzrə müəllim hazırlığına başlanılıb.
• “İlk peşə-ixtisas təhsilində rəhbər və müəllim heyətinin bilik və bacarıqlarının artırılması” layihəsi çərçivəsində “Liderlik və idarəetmə” təlimləri keçirilib.
• Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün “Təməl” təqaüd proqramı çərçivəsində təlim kursu təşkil edib.
• Əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqların ümumi təhsil müəssisələrinə inklüziv təhsilə cəlb olunmasını nəzərdə tutan “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrası barədə əmr imzalanıb.
• Bu il riyaziyyat və təbiət elmləri üzrə fənn olimpiadaları yeni qaydalar əsasında keçirilib.
• Sumqayıtda və Bakıda beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzləri yaradılıb.
• Azərbaycan 47-ci Beynəlxalq Kimya Olimpiadasına ev sahibliyi etmək hüququ qazanıb. Bu olimpiadada 80-ə yaxın ölkədən məktəbli iştirak edəcək.
• Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinə istiqamətlənmiş silsilə tədbirlər həyata keçirilib.
• Şagirdlərdə mütaliə mədəniyyətinin və oxu motivasiyasının yüksəldilməsi, təhsil müəssisələrinin nəzdində mütaliəni təşkil edən icmanın yaradılması məqsədilə ümumtəhsil məktəblərində mütaliə klubları yaradılıb.
• Ümumtəhsil məktəblərində laboratoriyaların müasirləşdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən 50 ümumtəhsil məktəbinə mobil arabalar, Biochem və Physio Labdiskləri, İntel planşetləri verilib.
• Təhsilalanların dərslikləri elektron formatda oxumasına imkan yaradan Elektron Dərslik Portalı (www.e-derslik.edu.az) istifadəyə verilib.
• Elektron təhsil resurslarını bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Portal vasitəsilə hər bir istifadəçi elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər bu kimi təhsil resurslarına çıxış əldə edə bilər.
• Bərdə rayonunda istifadəyə verilən regional “ASAN xidmət” mərkəzində “ASAN məktəb” bölməsi fəaliyyətə başlayıb.
• Təhsil Nazirliyi 2015-2016-cı tədris ilindən etibarən ilk olaraq, Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsinə başlayıb.
• Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2014-2015-ci tədris ilindən məktəbəhazırlıq qrupları yaradılıb. Bu qruplara cəlb olunan və 6 yaşı sentyabrın 15-dən dekabrın 31-nədək tamam olan uşaqlar ümumtəhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunurlar.
• Müəllimlərin işə qəbulu nazirlik tərəfindən mərkəzləşmiş qaydada yeni sistem əsasında həyata keçirilir.
• “Bakı 2015” I Avropa Oyunlarının təbliği məqsədilə məktəblilər arasında Avropa Oyunlarının proqramına daxil edilmiş idman növləri üzrə zona yarışları keçirilir. Yarışlar bütün bölgələri əhatə edir.
• “Bakı 2015” 1-ci Avropa Oyunlarında könüllü kimi iştirak etmək məqsədilə SABAH qruplarının tələbələrinin “SABAH-ın könüllüsü” proqramı həyata keçirilir.
• 2014-2015-ci tədris ilində ölkəmizin ümumi təhsil müəssisələrinin IX siniflərini 111 839, XI siniflərini 90 557 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 820 nəfər şagird bitirəcək.

Övladınızın inkişafı üçün onunla daha çox söhbət edin!

o-CANCER-TALK-facebookSon zamanlar mütəxəssislərin gəldiyi əsas qənaətlərdən biri də budur ki, valideynin sosial status, vəzifəsi onun övladının İQ-sünə, hətta söz ehtiyyatının səviyəsinə belə ciddi şəkildə təsir edir.

Bu qənaətə gəlmək üçün Kansas Universitetinin uşaq psixoloqları Betty Hart və Todd R. Risley geniş araşdırma aparıblar. Araşdırma nəticəsində gəlinən əsas qənaət isə belə olub: “Ali təhsilli valideynlərin uşaqlarının söz ehtiyyatı orta təhsilli valideynlərin övladlarının söz ehtiyyatından 30 milyon az olur”. Bu isə o deməkdir ki, daha savadlı valideynlərin övladları müəyyən yaşdan sonra digər uşaqlarla müqayisədə fikirlərini daha asan, rahat formada izah edə, onları maraqlandıran mövzuda daha çox məlumata yiyələnə bilirlər.

Lakin bu o demək deyil ki, bu iki təbəqənin övladları arasında yeganə fərq söz bazasıdır.
Mütəxəssislər Hart və Risley danışmağı yeni öyrənən 42 körpəni və onların ailələrini uzun müddət (7aylıqdan 3 yaşına qədər) müşahidə ediblər. Onların fikrincə, uşağın daha intellektual olması üçün onun yanında başa düşmədiyi mütəlif sözlər işlətmək məqsədəuyğun addım deyil. Bu zaman əsas olan yeni sözlərlə uşağın diqqətini çəkə bilmək və müzakirə zamanı bu yeni sözlərin mənasını onun başa düşəcəyi formada izah etməkdir.

Bu dövr ərzində uşaqların inkişafını izləyən mütəxəssislərin gəldiyi digər bir qənatə əsasən isə bağça təhsili də uşaqların sonrakı inkişafına gözlə hiss olunacaq qədər təsir edir. Belə ki, kiçik yaşından ətrafında müəyyən qrup olan uşaq istər-istəməz daha çox şeylə maraqlanmağa başlayır. O tez-tez özünü bağça yoldaşları ilə müqayisə edir və bilmədiyi məlumatları öyrənməyə, dəqiqləşdirməyə can atır. Araşdırmaçılara görə ətrafdakılardan daha az söz eşidənlər müəyyən yaşdan sonra özlərinə daha qapanıq olur, onlarda müəyyən davranış problemləri müşahidə edilir”.
Bütün bunlar isə heç də o demək deyil ki, valideynin savadı yalnız gen vasitəsi ilə övlada ötürülür. Valideynin dünyagörüşünün övladına ötürülməsi üçün valideyn-övlad arasında münasibətlərin güclü qurulması, müntəzəm olaraq onların birlikdə vaxt keçirməsi əsas şərtlərdəndir. Digər halda valideyn nə qədər zəngin söz bazasına sahib olsa da, onun övladı ilə yalnız əmr formasında danışması, qısa cümlələr qurması heç bir halda uşağın söz ehtiyyatını genişləndirmir.

Uşaqlara oyuncaq seçməyin qızıl qaydaları

1010613_255055367989770_39982070_nMütəxəssislər apardıqları araşdırmaların nəticələrinə əsasən, uşaqların sağlamlığı və təhlükəsizliyi üçün düzgün oyuncaq seçməyin qaydalarını açıqlayıb.

Açıqlamada bildirilir ki, oyuncaqların yaş qrupuna görə seçilməsi mütləqdir. Çünki 1-3 yaşlı körpənin 7-8 yaşlı uşağın oyuncaqları ilə oynaması onun təhlükəsizliyi, sağlamlığı baxımından əlverişli deyil. Körpələr bu oyuncaqlarla sağlamlıqlarına zərər yetirə bilərlər.

Buna görə də indi sizə övladımıza oyuncaq seçərkən diqqət etməli olduğumuz əsas məqamlar haqqında məlumat verəcəyik. Əziz valideynlər, aşağıdakı sıralamanı oxuyun və körpənizin sağlamlığı üçün onlara riayət etməyə çalışın.

1.Üzərində təhlükəsiz olduğunu sübut edən müəyyən nişanələr olmayan oyuncaqlar alınmamalıdır.
2.Oyuncaq seçərkən istifadə qaydaları diqqətlə oxunmalı və uşaqlara ətraflı şəkildə başa salınmalıdır.
3.Oyuncağın yerləşdiyi qablaşdırma istehsalçı məlumatları ilə tanış olduqdan sonra atılmalıdır. Uşağın təhlükəsizliyi üçün onun oyuncağın qabı ilə oynamasına icazə verməyin.
4. Körpənizin oyuncaqlarını mütəmadi olaraq yoxlayın, qırılmış oyuncaqları atın.
5.Oyuncaq uşağın yaşına görə seçilməlidir.
6.Oyuncaqlar tez-tez təmizlənməlidir. Xüsusilə birdən çox uşağın istifadə etdiyi oyuncaqların təmizliyinə diqqət yetirilməlidir.
7.Uşaqların təhlükəsizliyi üçün ona oynadıqdan sonra oyuncaqların yığışdırılmalı olduğu mütləq başa salınmalı və buna riayət etməsinə nəzarət olunmalıdır.
8. Yaş qrupları bir-birindən fərqli uşaqlar oyuncaqlarla oynayarkən onlar mütləq müşahidə edilməlidir. Əks halda yaşca böyük olan kiçiyə müəyyən xəsarət yetirə bilər.
9. Bu oyuncağın uşağın sağlamlığı üçün təhlükəli olduğunu düşünürsünüzsə, mütləq müvafiq qrumlara məlumat verilməlidir. Çünki siz həmin təhlükəni gördüyünüz halda, digər valideyn məsələyə daha az diqqətli yanaşıb bunu görməyə bilər. Bu isə yalnız sizin övladınızın deyil, bir neçə uşağın sağlamlığını təhlükəyə atmaq deməkdir.

Uşaqları qorxudaraq böyütməyin!

Boy holding onto his motherUşaqların tərbiyyəsi zamanı valideynlərin yol verdiyi əsas səhvlərdən biri övladlarına söz keçirə bilmədikləri zaman onları qorxudaraq istədiklərini etdirmələridir. Psixoloqların sözlərinə görə, xüsusən də analar çox zaman övladılarını qorxutmaq üçün real olmayan, qorxunc xəyali varlıqlar yaradır və uşağa onunla hədə-qorxu gəlirlər. Bu zaman isə ən çox “Sakit otur, yoxsa, xoxan gəlib səni yeyər. Yeməyini ye, yoxsa, cin gəlib səni aparar” və.s tipli cümlələrdən istifadə edirlər.

Valideyn üzərinə düşən əsas vəzifə uşağın tərbiyyəsi zaman belə “köməkçi obrazlar”dan istifadə etməkdənsə, özü uşağa səhv hərəkətinin səbəbini izah etməli, bunun hansı nəticələrə gətirib çıxaracağını başa salmalıdır. Məsələn, yeməyini ye ki, daha tez böyüyəsən, daha gümrah olasan. Yemək yeməsən, arıqlayarsan, dostlarınla oynamağa taqətin qalmaz və.s.

Uşaqları qorxutmaq üçün həmçinin valideynlər onları həkim, polis, bəzən isə ataları ilə qorxudurlar. Bu isə uşağın sağlamlığının keşiyində duran həkimi, təhlükəsizliyi təmin edən polisi və valideynini-atasını mənfi obraz kimi tanımasına şərait yaradır. Buna görə də uşaqlar ataları evə gələrkən, siz onları xəstəxanaya, aptekə apardığınız zaman, yanlarından polis keçdiyi vaxt ondan qorxur, çəkilib bir qırağda dayanırlar.

Kimdənsə qorxmaq, qorxu altında böyümək həm də uşaqların özlərinə olan inamını sarsıdır. O gələcəkdə hansısa bir addım atdığı zaman kiminsə onu günahlandıracağını, tənqid edəcəyini düşünür. Buna görə də cəsarətsiz olur. Hətta bu cür təzyiq altında böyüyən uşaqlar 5-10 yaşları olmasına baxmayaraq, özləri təkbaşına ayaqyoluna belə getmir, getdikləri hər yerdə valideynlərinin yanlarında olmasını istəyirlər.

Bu kimi halların yaranmaması üçün psixoloqlar valideynlərə tərbiyyə üsulu kimi övladlarını qorxutmaq üsulunu seçməməyi, uşağın xasiyyəti çox çətin, inadkar olduğu zaman isə  peşəkar köməyindən yararlanmağı məsləhət görürlər.