Oğlumun yeniyetmə olmadan öncə öyrənməsini istədiyim 10 şey

father-and-son-4cc9e3634d2d8_hires11 yaşında bir oğlum var. O kifayət qədər ağıllı uşaqdır. Hər gün məni güldürməyi bacarır. Həm nəzakətli, həm də səxavətlidir. Hər gecə zamanın yavaşlaması üçün dua etməyimə baxmayaraq, oğlum gözümün qabağında böyüyür, əsil kişiyə çevrilir. İndi o 11 il əvvəl aşiq olduğum balaca, toppuş, sarışın uşaq deyil. Yay müddətində boyu düz 8 sm uzandı. Hardasa məni keçmək üzrədir. Bu ilki yeni  məktəb  ayaqqabılarının ölçüsü 43-dür. Hər gün girişdəki nəhəng idman ayaqqabıların yanından keçərkən, övladımın dəyişdiyini inkar etməyimin artıq qeyri-mümkün olduğunu anlayıram.

Zaman keçdikcə“oğlumun bir neçə il içində necə bir yeniyetmə olmasını istərdim?”  deyə düşünməyə başladım.  Ona hələ öyrənməsini istədiyim çox həyat dərsi var. Elə də yaxşı olmayan bu dünyada yaxşı bir kişi kimi yetişməsi üçün öyrənməsi lazım olan bir sıra mühüm şeylər var.

Oğlumun yeniyetməliyindən əvvəl öyrənməsini istədiyim 10 şey:

  1. Yaxşılıq zəiflik deyil, əksinə bir gücdür. Adətən yaxşılığın gücünü ciddiyə almırıq. Halbuki, dünyanı yaxşılıq inkişaf etdirir və təkmilləşdirir.
  2. Bir qızın bədəni yalnız özünə aiddir. Kim olursan ol , onunla nə qədər müddətdir birlikdə olursan ol, onun üzərində heç bir haqqın yoxdur.
  3. Duyğularını ifadə et. Sözlərdən istifadə et. Duyğularını ört-basdır etmə. Bizi digər canlılardan fərqləndirən əsas cəhər hisslərimizi ifadə etmə qabiliyyətimizin olmasıdır.
  4. Yemək bişir, təmizliklə məşğul ol və paltarlarını özün yu. Hər kişi ləzzətli,ən azından yeyilə biləcək yeməklər bişirə bilməlidir və xahiş edirəm bunu birdəfəlik başa düş: yemək bişirmək, təmizlik etmək yalnız qadınların işi deyil.
  5. Hər gün “Xahiş edirəm” “Təşəkkür” və “Üzr istəyirəm” de. Başqalarına qarşı nəvazişli olmağın çox əhəmiyyətlidir. Ətrafdakılara qarşı davranışların səni digərlərindən fərqləndirir. Yaxşı davranışlar səni həyatda daim irəli aparacaq.
  6. Hər kəsə güvənmə. Qoy insanlar sənin etibarını qazanmağa məcbur olsun. Heç kəsə layiq olmadığı halda etibar etmə. Hamımızın hər zaman arxamızda olduğunu bildiyimiz insanlara ehtiyacımız var. çalış ki, ətrafında belə insanlar çox olsun.
  7. Hər zaman özünə inan. Bu sənə çox qapılar açacaq. Amma ağıllı və istedadlı olduğunu da bil. Xəyallarını reallaşdırmaq üçün ehtiyacın olan hər şeyə sahibsən. Sadəcə, özünə inan.
  8. Sənə etibar edən insanların sirlərini başqaları ilə paylaşma. Bu hörmətsizlik və nəzakətsizlikdir. Nə qədər yaxın dost olursunuzsa, olun dostlarınız hər şeyi bilmək məcburiyyətində deyil.
  9. Həyatı yalnız ciddi formada yaşamaq mümkün deyil. Əlbəttə ki, yaxın ətrafınla səmimi zarafatların münasibətinizi daha da möhkəmləndirəcək. Amma hər zarafatından əvvəl düşün. Həqiqətənmi bu sözü burada etmək lazımdır? Etdiyin zarafat qarşındakı insanın xətrinə dəyməyəcək ki? Çünki bəzi hallarda heç bir ikinci, üçüncü məna düşünmədən etdiyimiz zarafatlar dostlarımız tərəfindən yalnış anlaşıla bilər.
  10. Dünyanı kəşf et. Çölə çıx, yeni şeylər gör, yeni yerlər kəşf et. Ətrafını genişləndir. Bir gün bel çantanı götür və çıx bütün Avropanı gəz. Dünyagörüşünü artır.