Uşaqlara oyuncaq seçməyin qızıl qaydaları

1010613_255055367989770_39982070_nMütəxəssislər apardıqları araşdırmaların nəticələrinə əsasən, uşaqların sağlamlığı və təhlükəsizliyi üçün düzgün oyuncaq seçməyin qaydalarını açıqlayıb.

Açıqlamada bildirilir ki, oyuncaqların yaş qrupuna görə seçilməsi mütləqdir. Çünki 1-3 yaşlı körpənin 7-8 yaşlı uşağın oyuncaqları ilə oynaması onun təhlükəsizliyi, sağlamlığı baxımından əlverişli deyil. Körpələr bu oyuncaqlarla sağlamlıqlarına zərər yetirə bilərlər.

Buna görə də indi sizə övladımıza oyuncaq seçərkən diqqət etməli olduğumuz əsas məqamlar haqqında məlumat verəcəyik. Əziz valideynlər, aşağıdakı sıralamanı oxuyun və körpənizin sağlamlığı üçün onlara riayət etməyə çalışın.

1.Üzərində təhlükəsiz olduğunu sübut edən müəyyən nişanələr olmayan oyuncaqlar alınmamalıdır.
2.Oyuncaq seçərkən istifadə qaydaları diqqətlə oxunmalı və uşaqlara ətraflı şəkildə başa salınmalıdır.
3.Oyuncağın yerləşdiyi qablaşdırma istehsalçı məlumatları ilə tanış olduqdan sonra atılmalıdır. Uşağın təhlükəsizliyi üçün onun oyuncağın qabı ilə oynamasına icazə verməyin.
4. Körpənizin oyuncaqlarını mütəmadi olaraq yoxlayın, qırılmış oyuncaqları atın.
5.Oyuncaq uşağın yaşına görə seçilməlidir.
6.Oyuncaqlar tez-tez təmizlənməlidir. Xüsusilə birdən çox uşağın istifadə etdiyi oyuncaqların təmizliyinə diqqət yetirilməlidir.
7.Uşaqların təhlükəsizliyi üçün ona oynadıqdan sonra oyuncaqların yığışdırılmalı olduğu mütləq başa salınmalı və buna riayət etməsinə nəzarət olunmalıdır.
8. Yaş qrupları bir-birindən fərqli uşaqlar oyuncaqlarla oynayarkən onlar mütləq müşahidə edilməlidir. Əks halda yaşca böyük olan kiçiyə müəyyən xəsarət yetirə bilər.
9. Bu oyuncağın uşağın sağlamlığı üçün təhlükəli olduğunu düşünürsünüzsə, mütləq müvafiq qrumlara məlumat verilməlidir. Çünki siz həmin təhlükəni gördüyünüz halda, digər valideyn məsələyə daha az diqqətli yanaşıb bunu görməyə bilər. Bu isə yalnız sizin övladınızın deyil, bir neçə uşağın sağlamlığını təhlükəyə atmaq deməkdir.