Yaradıcı uşaq böyütmək istəyirsinizsə, geri çəkilin

İki yaşında oxumağı öyrənirlər, dörd yaşında Baxın musiqilərini ifa edirlər, 6 yaşında riyazi hesablamalar edirlər, səkkiz yaşında xarici dildə rahat danışa bilirlər. Sinif yoldaşları qısqanclıq keçirərkən, ana və ataları özlərini lotoreyadan böyük uduş qazanmış kimi hiss edirlər. Amma bu uşaqların kariyeraları böyük səs gətirəcəyinə, xəfif iç çəkməklə sona çatır.

Amerikanın elmdə ən bacarıqlı şagirdlərə verilən nüfuzlu mükafatı Westinghouse Science Talent Search mükafatı  ilk dəfə 1942-ci ildə verilib. 1994-cü ilə qədər yaşından artıq inkişaf göstərmiş uğurlu iki mindən artıq gənc müsabiqəyə namizəd göstərildi. Ancaq bu namizədlərin sadəcə yüzdə biri Milli Elmlər Akademiyasına daxil ola bildi, sadəcə səkkizi mükafat qazandı.

Möhtəşəm uşaqlar çox nadir hallarda dünyanı dəyişdirən dahilərə çevirilirlər. Onların cəmiyyət içində işə yaraya bilmələrini təmin edəcək sosial  və emosional bacarıqlardan yoxsun olduqlarını hesab edirik. Ancaq, məlumatlara baxdığımızda bu açıqlama yetərsiz qalır: Bacarıqlı uşaqların dörddə birindən daha azının sosial və emosional problemləri var. Böyük əksəriyyəti son dərəcə uyğun uşaqlardır; əyləncədə də ən az hecalama yarışmasında olduqları qədər rahat və uğurludular.

Bu uşaqlar xüsusi olmağı öyrənmədikləri üçün geri qalırlar. Həmişə valideynləri tərəfindən təsdiqlənmək və müəllimlərinin heyranlığını qazanmaq üçün cəhdlər göstərirlər. Bunun nəticəsində Carnagie Hall-da səhnəyə çıxırlar, şahmat üzrə qalib olurlar, amma gözləmədikləri bir şeylə qarşılaşırlar: təcrübə edərək mükəmmələ çatmaq olar, amma bu, ortaya yeni şey çıxartmaz.

Bacarıqlı uşaqlar Mozartın əsərlərini çox gözəl çala bilərlər, amma çox nadir olaraq öz musiqilərini bəstələyə bilərlər. Bütün enerjilərini mövcud biliklərə xərcləyər, yeni anlayışlar inkifat etdirməzlər. Öz qaydalarını icad etməkdəndirsə, kodlanmış qaydalar çərçivəsində hərəkət edirlər. Araşdırmalar yaradıcı uşaqların çox vaxt müəllimlərinin göz bəbəyi olduqlarını və buna görə də sərbəst fikirlərini özlərinə saxlamağı öyrəndiklərini göstərir. Tənqidçi William Deresiewiczin ifadəsiylə, bu şagirdlər mükəmməl bir qoyun olurlar.

Möhtəşəm uşaqların çoxu yetkin olduqlarında öz sahələrində mütəxəssis olurlar, iştirak etdikləri tədbirlərdə liderliyə qədər yüksəlirlər. Psixoloq Ellen Winner “bacarıqlı uşaqların sadəcə çox az qismi cığır açan, yaradıcı yetkinlər olurlar” deyir. “Və bunu ancaq, bir sahəni yenidən var edən yetkinə dönüşərək bacarırlar”.

Möhtəşəm uşaqların çoxu bu irəliləyişi göstərə bilmirlər; qeyri-adi bacarıqlarını, problem yaşatmadan, işlərində parıldamaq üçün istifadə edilər. Yolunda getməyən tibb sistemini düzəltmək üçün mübarizə aparmadan xəstələrini yaxşılaşdıran həkim ya da müvəkkillərini haqsız cəzalara qarşı müdafiə edən, amma qanunları dəyişdirməklə məşğul olmayan vəkil olurlar.

Belə halda, yaradıcı uşaq böyütmək üçün nə etmək lazımdır? Uşaqları, təhsil sistemində ən yaradıcı ilk yüzdə beşə girən ailələr ilə uşaqları hər hansı qeydi-adi yaradıcılığa sahib olmayan ailələri qarşılaşdıran tətqiqat aparıldı. Sıravi uşaqların ailələrinin, uşaqlarının dərs oxuma və yatmağa getmə saatlarının bəlli olması kimi ortalama altı qaydası var. Yaradıcı uşaqların ailələrinin isə ortalama qayda sayı birdən azdı.

Yaradıcılığın bəslənməsi çətin ola bilər, amma köstəklənməsi çox asandır. Valideynlər qaydaları sərhədləyərək, uşaqlarını özləri adına düşünməyə ürəkləndiridilər. Harvardda psixoloq olan Teresa Amabile bu ailələrin “müəyyən qaydalar qoymaqdansa, əxlaqi dəyərləri vurğuladıqlarını” söyləyir.

Elə olsa belə, bu valideynlər öz dəyərlərini uşaqlarına məcburi aşılamırdılar. Amerikanın yaradıcı memarlarını, çox bacarıqlı, amma xüsusiliyi olmayan yaşıdlarıyla qarşılaşdıran psixoloqlar, yaradıcı memaraların ailələrinin xüsusi yönü olduğunu ortaya çıxarmışdılar: Bu ailələrdə “Şəxsin öz etik dəyərlərini inkişaf etdirməsi vurğulanırdı”.

Bəli bu valideynlər uşaqlarını mükəmməl və uğurlu olmaları üçün ürəkləndirirdilər, amma eyni zamanda da onların “işlərini zövqlə etmələrini” istəyirdilər. Bu uşaqlar öz dəyərlərini tapıb ortaya çıxaracaq və öz maraq dairələrini kəşf edəcək qədər rahatdılar. Bu da onların yaradıcı yetkinlər olmasını təmin edirdi.

Bir uşağı yaradıcı olması üçün proqramlaşdıra bilməzsiniz. Müəyyən bir uğur əldə etmək üçün onla məşğul olmağı yoxlaya bilərsiniz, amma bunun nəticəsində ən yaxşı ehtimalla sadəcə həris robot əldə etmiş olarsınız. Uşaqlarınızın dünyaya xüsusi fikirlər qazandırmasını istəyirsinizsə, onları sizin deyil, öz arzularının ardından getmələri üçün rahat buraxmağınız lazımdır.

Mənbə: egitimpedia.com