Uşaqkən göy gurultusu adında xəyalı bir ata, danışa bilən xəyalı qara qaplana sahibdim və hətta xəyali düşmənim belə var idi. Dayım qızı ilə birlikdə “Cathy” adını verdiyimiz bu xəyali düşmənimizlə, izlədiyimiz super qəhrəman filmlərindək kimi dalaşırdıq. Bu qədər çox xəyalı dosta sahib olmağımın səbəbi tək uşaq olmağımdan qaynaqlanır deyə düşünürdüm, ancaq görünən odur ki, əsl səbəb canlı bir xəyal gücünə sahib olmağımdır. Həkim Eileen Kennedy-Moore, “Tək, yaşca ən böyük ya da çox televizor izləməyən uşaqların xəyali dost yaratma ehtimalları daha yüksəkdir”, deyir və əlavə edir: “Bu vəziyyətin səbəbi böyük ehtimalla xəyali dost yaradacaq fürsətə sahib olmaqlarıdır. Uşaqlar xəyali dost yaratmaq çün planlaşdırılmamış vaxta ehtiyac duyarlar”.
Bu mövzunu araşdırarkən öz uşaqlarımın da xəyali dostlara sahib olub-olmadıqlarıyla maraqlanmağa başladım, çünki bundan əvvəl də belə bir şeydən bəhs etdiklərini heç eşitməmişdim. Biri digərindən iki yaş böyük iki oğlum var. Bərabər böyüdükləri üçün xəyali dostları olacaqlarını düşünməmşdim, amma yanılmışam. 7 yaşındakı oğlum mənə dostu Frankiedən bəhs etdi, pişiklə itin qarışımından ibarət bir yaratıqdır və qanadları var. Uşağımın həmişə arxasında qoyduğu dağınıqlıqdan bəlkə də Frankie məsuliyyət daşıyır.
65 faiz uşağın bir müddət xəyali dostu olur
Bir çox narahat valideyn “Xəyali dostlar yalnızlığın ya da sosial bacarıq əskikliyinin bir əlaməti ola bilərmi?” deyə maraqlanırlar. Ancaq görünən odur ki, vəziyyət bunun tam tərsidir.
May ayında Science Friday jurnalında dərc olunan bir məqalədə belə yazılıb: “Tarix boyunca bir çox araşdırmaçı və valideyn xəyali dostları zərərli və uğursuz olaraq xarakterizə edib, onların sosial bir əskikliyin, şeytani bir varlıq tərəfindən ələ keçirilmənin ya da zehni xəstəliklərin əlaməti olduğunu düşünüblər.
Cari Romm Xəyali Dostlar Uşaqların Böyüməsinə Necə Kömək Edir? adlı məqaləsində belə deyir: “Uşaqlar bu dostlarının həqiqi olmadığını bilirlər, araşdırmaçılar bu “uydurma” dostların yalnızlığın ya da sosial əskikliklərin bir əlaməti olmaqdan çox, uşaqların xəyal güclərini işlədə biləcəkləri normal bir yol olduğuna inanır”. 2004-cü ildə edilən bir araşdırma uşaqların 65%-nin xəyali dostları olduğunu göstərir. Üç yaşında uşaqların belə xəyali dostları ola bildiyi halda bu vəziyyətin ən çox görüldüyü yaşlar 3 və 8 yaş arasıdır. Bəzi nadir vəziyyətlərdə isə bu, yeniyetməliyə, hətta yetişkinliyə qədər davam edə bilir. Məşhur dedektiv yazarı Agatha Christienin 70 yaşında dahi xəyali dostlara sahib olduğu və onları kitablarındakı xarakterlərə üstün tutduğu deyilir.
Xəyali dostun faydaları
Bu xəyal məhsulu dostlar təkcə xəyal gücünü işlətməklə kifayətlənmir, xəyali dostluqlar əslində sosial və dil inkişafına da dəstək verir. Uşaqların həyatdakı çətinliklərlə mübarizə aparmaqlarına köməkçi olur. Bir araşdırmaya görə, xəyal məhsulu dostlara sahib olan uşaqlar olmayanlarla müqayisədə başqa insanların düşüncələrini daha yaxşı anlaya bilirlər.
Xəyali dost olmasının mənfi tərəfi isə bəzən övladınıza pis bir şey etməsini söyləmələri və uşağınızın istənməyən bir davranışı olduğunda valideyn reaksiyasından qaçmaq üçün xəyali dostunu günahlandırmasıdır. Ancaq bütün istiqamətlərilə düşünüldüyündə, xəyali dosta sahib olmaq uşaqlığın son dərəcə normal və sağlam parçasıdır.
Əgər övladınız sizi xəyali dostları ilə tanış edərsə, təlaşlanmayın. Hətta bunu uşağınızla bərabər oynamaq üçün möhtəşəm bir fürsət olaraq dəyərləndirin. Uşağınız istəyərsə, yemək masasında xəyali dostu üçün də bir yer ayırın və səyahətlərdə maşınınıza minməsinə icazə verin. Uşağınızın qeyri-adi yaradıcılıqdakı xəyal dünyasına nə qədər daxil olursunuzsa olun, aranızdakı əlaqə o qədər güclənir.
Mənbə: egitimpedia.com