Uşaqlarınızın heç vaxt unutmayacağı hədiyyələr

Uşaqlıq xatirələrimin çox azı aldığım hədiyyələrdən ibarətdir. Mavi velosipedim olduğu ili xatırlayıram. Qardaşımla mənə bir Nintendo alındığı gecəni və babamın hər il corablarda kiçik hədiyyələr saxladığını xatırlayıram. Bunların xaricində hədiyyə almaqla bağlı heç bir anım yoxdur. Bu da məni düşündürür. Uşaqlarımıza heç vaxt unuda bilməyəcəkləri hansı hədiyyələri verə bilərik? Hansı hədiyyələr həyatlarına təsir edər və onları dəyişdirər?

Mənə görə uşaqlarımın heç vaxt unuda bilməyəcəkləri ən gözəl hədiyyələr bunlardır:

  1. Birlikdə yeyilən yeməklər: Birlikdə yemək yemək, münasibət üçün başqa heç yerdə tapa bilməyəcəyiniz fürsətlər verər. Belə ki, birlikdə yemək yeməyən bir ailə birlikdə böyüyə bilməz.
  2. Cəsarət: Uşaqlarınızı böyük xəyallar qurmaqları mövzusunda cəsarətləndirin. Bunun sayəsində mümkün olduğunu düşündüklərindən daha çoxunu bacaracaqlar. Hətta sizin belə düşündüyünüzdən çoxunu…
  3. İntizam: Uşaqların uyğun davranışlarını tapmaq, başqaları ilə yaxşı yola getmək, nəticə almaq və xəyallarını reallaşdırmaq da daxil bir çox şeyi çox kiçik yaşlarında öyrənmələri lazımdır. Nizam-intizam uşaqlardan əsirgənməməlidir. Əksinə intizam tutarlı və pozitiv bir şəkildə verilməlidir.
  4. Təbiət: Təbiətlə əlaqə quran uşaqlar, böyüdüklərində təbiəti qoruyan yetişkinlər olurlar. Uşaqlarımıza daimi otaqlarını təmiz və səliqəli saxlamaqlarını söyləyirik. Onlara çöldəki dünyanı da təmiz və səliqəli saxlamağımızı söyləməyimiz lazım deyilmi?
  5. Dürüstlük: Erkən yaşda dürüstüyün dəyərini və önəmini öyrənən uşaqların, dürüst yetişkinlər olma ehtimalı daha çoxdur. Başqalarına və özünə qarşı dürüst olan insanlar özləri haqqında yaxşı şeylər düşünən, həyatlarından daha çox zövq alan və gecələri daha yaxşı yatan şəxslər olurlar.
  6. Həyat yoldaşınızla münasibətiniz: Uşaqlarınızın gözü hər zaman münasibətinizin üzərində olacaq, bunu heç vaxt unutmayın.
  7. Fürsət: Nəyi sevdiklərini və hansı mövzuda yaxşı olduqlarını tapmaq üçün uşaqların fərqli şeylər yoxlamağa ehtiyacı var. Düşündüyünüzün əksinə, bunun üçün çox pul xərcləməyinizə ehtiyac yoxdur.
  8. Həmişə öyrənmək: Öyrənmək sevgisi yaxşı qiymət almaq ya da müəllimləri məmnun etməkdən fərqlidir və evdə başlayır. Buna görə də oxuyun, suallar verin, analiz edin. Başqa deyimlə, öyrənməyi əvvəlcə özünüz sevin.
  9. Səhv etmələrinə şərait yaradın: Uşaqlar sadəcə uşaqdılar. Onları əyləncəli edən də budur. Səbrinizə daha çox ehtiyacları var. Yoxlamaq, kəşf etmək və səhv etmək üçün onlara şərait yaradın.
  10. Yaxşılıq: Dünyanı pislər dəyişə bilməz. Bunu ancaq yaxşılar bacarır.
  11. Qərarlı olmaq: Bir insanın uğurlu olmasında ən əsas faktorlardan biri iradənin güclü olmasıdır. Uşağınızın bu gün belə olmasına necə dəstək ola bilərik?
  12. Qucağınız: Bura bir kitab, hekayə ya da söhbət üçün dünyadakı ən gözəl yerdir. Həm də həmişə qarşınızda olur.
  13. Maraq: Uşaqlarınıza kim, nə, harada, necə, niyə suallarını verməyi öyrədirn. “Çox sual verməyi tərgit” kimi ifadələr bir valideynin ağzından çıxmamalıdır.
  14. Zarafat anlayışı: Uşaqlarınızla hər gün gülün. Həm özünüz, həm də onların yaxşılığı üçün.
  15. Sənət: İnternet ilə birlikdə nəsə düzəltmək istəyən hər kəs bunu edə bilir. Dünyanın sadəcə bunu daha çox etmək istəyən insanlara ehtiyacı var.
  16. Qucaqlamaq və öpmək: Bir dəfə bir atanın 7 yaşındakı oğlu üçün “Öpmək üçün çox böyükdür” dediyini eşitmişdim. Bunu hər düşündüyümdə içim parçalanır. Uşaqlarınız, sevginizi fiziki olaraq göstərməyiniz üçün heç vaxt “çox böyük” olmazlar.
  17. Sevgi: Bütün maddələr arasında şübhəsiz ən böyük olan hədiyyədir.
  18. Şəfqət/Ədalət: Həyat ədalətli deyil, heç vaxt da olmayacaq, çünki müxtəliflilik çoxdur. Ancaq bir səhv edildiyində uşağımın bunu düzəltmək üçün hərəkətə keçə bilməsini istəyərəm.
  19. Özünə hörmət: Özlərinə dəyər verməyi öyrənən insanların özgüvəni və özünə hörməti daha yüksək olur. Bunun nəticəsində öz dəyərlərinə hörmət edən və onlara bağlı yetişkinlər olurlar. Heç kim bunu etməsə belə…
  20. Ümid: Ümid nələrinsə daha yaxşı olacağına və inkişaf edəcəyinə inanmaqdır. Ümid insana güc, dözüm və əzm qazandırır. Çarəsiz hiss etdiyimiz çətin anlarda bizi davam etməyə təşviq edir.

Mənbə: egitimpedia.com