Uşaqların zəkası üçün 12 faydalı hərəkət

Young boy writes math equations on chalkboard

İndidən deyim ki, nevroloq ya da psixiatr deyiləm. Bir neçə yaxşı uşaq nevroloqu və uşaq psixiatrı tanıyıram. Kifayət qədər nevroloji və psixoloji kitab oxumuşam. Hər oxuduğum kitab fikirlərimi bir az da dəyişirdi. Uşaq nevroloqu tanışlarımın isə, heç bir faydasını görmədim. Məsələ nevrologiya olanda, onlarla heç öz ana dilimdə də danışmırıq. Uşaq psixiatrları biraz daha başa düşən insanlardır. Yəqin, uşaqlarla danışmağa öyrəşiblər. Bu yazını nevroloq və uşaq psixiatrlarına oxudum. Təbəssümlə qarşıladılar. Təbəssümlərində “afərin sənə” ifadəsi də var idi.
Keçək maddələrə:
1. Özünüzü deformasiya etməyin. Uşağınızla danışarkən, onunla oynayarkən onun səviyyəsinə enməyə çalışmayın. Siz kosinius bilə bilərsiniz, ya da maşın sürə bilərsiniz. Kim bilir, o da siz unutduğunuz neçə detalın fərqindədir. Hər kəs özü kimi olsun. Əgər siz övladınızla oynayarkən zövq almadığınız şeylərdən əylənirmiş kimi eləsəniz, o da eynisini edər. Buna arya effetki (infant aria effect) deyilir.
2. Ağılabatan və məntiqli danışın: Uşağınızla uşaq dilində danışmayın. Böyüklər kimi danışın. Ona əcaib şəkildə xitab etməyin. Adı ilə müraciət edin.
3. Ona etibarlı mühit yaradın. “Yox” “Yıxılarsan”, “Əl vurma”. Bu sözləri çox istifadə etməyin. Bu sözlərin əksəriyyəti təhlükəli vəziyyətlərdə istifadə edilir. Dolayısı ilə, ən çox vaxt keçirdiyi yer olan evinizi etibarlı hala gətirin. Kənarda da ona yox deməyin. “Hə” cavabı verəcək cümlələr qurun. Yox demək əvəzinə “onu götürmə” yerinə “bunu götür” deməyə üstünlük verin.
4. Sağlam qidalanma: İlk 6 ay sadəcə ana südü vacibdir. Sonra da verə biləcəyiniz qədər ana südü verin. Bunu çox az qadın edir. Altıncı aydan sonra isə, bol protein, kalsium, dəmir, az miqdarda karbohidrat, şəkərli qidalara yer ayırmaq olar. Şəkər təbii ki, meyvə, mürəbbə və.s. Eyni zamanda göyərti məhsulları.
5.Dəcəllik: Dəcəllik hərəkət tələb edir, bu da zehni açır. İdman etməkdən daha çox hərəkət zehni açır. Səhərdən axşama qədər eyni yerdə dayanan uşaq gələcəkdə ya idmançı, ya da idman mütəxəssisi olar.
6. Çalışmaq: Uşaqlar çalışmağa meyllidir əslində. Ən çox süpürgələri, qab-qacağı sevməsinin səbəbi də elə budur. İstəyir ki, çalışıb, nəsə üzərində işləsin. Bizdən fərqli olaraq vəzifə yaxud pul üçün işləmirlər. Lakin böyüklər onun bu çalışmaq istəyini bölüb, gah ayaq altında olmasınlar deyə, gah da həddindən artıq valideynlik edib, onlara mane olurlar. İmkan verin çalışsınlar, öz təmizliklərini etsinlər. Məcbur etməyin heç nəyə. Ona yeni yollar açın.
7. Həddən artıq diqqətcil valideynlik etməkdən uzaq olun: Uşağınız dünyanı xilas etməyəcək. Əgər xilas edəcəksə də, sizdən soruşmayacaq. Sizə də, uşağa da heyifdir. Siz ona həddən artıq təziq etdikcə, o bunu başa düşməyəcək? Biraz ağır olun.
8. Özəl dərslər, balet kursları mövzusunda diqqətli olun: Uşağı dərs, idman, kurs kimi sahələrə bölməyin. Az məşğuliyyəti olsun, amma onların öhdəsindən yaxşı gəlsin. Adətən valideylər göstəriş üçün uşaqların beyinlərini belə məşğuliyyətlərlə doldururlar. Belə etməyin. Həmçinin zəif nəticə göstərdiyi dərsdən kursa yollamaq yerinə, yaxşı bacardığı fənndə ona dəstək olun.
9. Sabit olmağa çalışın: Bu əslində yaxşı adətdir amma çox adam buna riayyət etmir. Gah ürəyi yumşaq, gah da laqeydliklə sabit ola bilməzsiniz. Amma sabit olacağam deyə də, ağır qaydalar təbiq etməyin. Bu qərar üzərində biraz çox düşünün. Məsələn, tamamilə boş olan yolda hamı yol keçərkən, siz qırmızı işığı gözləsəniz, gülməli olar.
10. Onunla müzakirələr edin, hətta dalaşın: dava etmək əslində yaxşı əlaqə üsuludur. Eyni zamanda müzakirə etmək də. Heçnə etməmək isə, hər yaş və dövr üçün zehni bağlayır.
11. Eyni şeyi dəfələrlə təkrar etməsinə icazə verin: Təkrar etmək gözəldir, öyrədicidir. Buraxın, uşağınız eyni şeyi dəfələrlə etsin. Sona çatanda özü bitirəcək.
12. Sakit olun: Yuxarıda yazılanlar doğrudur, amma xüsusi şeylər deyil. Sakit və səmimi olmaq hamısından vacibdir. Körpənizin beynini inkişaf etdirmək üçün qeyri-adi üsullar sınamayın. Bu üsullar haqqında heç nə oxumayın. Bütün bunların əvəzində ona düşünmək üçün fürsətlər yaradın.