Uşaqların yay tətili üçün məsləhətlər

Uşaqları gözəl bir yay tətili gözləyir. Tətilinizi daha da maraqlı keçirmək üçün Türkiyənin təhsil naziri Selçuk Ziyanın yay tətili üçün valideyn və uşaqlara məsləhət gördüyü siyahını təqdim edirik:

  • Bir çiçək əkin və böyüdün;
  • Təbiətdə gəzinti edin;
  • Üç ağac növü ilə tanış olun;
  • Beş daş oynayın;
  • Muzeyə gedin;
  • Birlikdə ağaca çıxıb təbiəti seyr edin;
  • Mövsümi meyvələrin dənələrini torpağa əkin;
  • Küçədəki daşları qaldıraraq altında soxulcan, böcək axtarın;
  • Bir alimin həyatını araşdırın;
  • Küçə heyvanlarına su verin;
  • Yelləncək düzəldin;
  • Birlikdə yemək hazırlayın;
  • Yeni nağıl öyrənin;
  • Uçurtma düzəldib uçurun;
  • Kağızdan gəmi düzəltməyi öyrədin;
  • Öz uşaqlıq xatirələrinizi bölüşün;
  • Küçədən tapdığınız daşları rəngləyin;
  • Otlardan tütək düzəldin;
  • Birlikdə evinizi təmizləyin;
  • Birlikdə velosipedə minin;
  • Birlikdə şahmat oynayın;
  • Dünya xəritəsi üzərində ölkə tapmaq oyunu oynayın;
  • Övladınıza yüksək səslə kitab oxudun;
  • Şirniyyat hazırlayaraq qonuşlarınıza aparın;
  • Su və enerji qənaət üsullarını birlikdə öyrənin;
  • Birlikdə bir film izləyin, senarist və rejissoru birlikdə tanıyın;
  • Birlikdə gəzintiyə çıxın, addımlarınızı sayın;
  • Düymə və sökük tikməyi öyrədin;
  • Quşlara yem verin;
  • Birlikdə bir hekayə yazın;
  • Mismar vurmağı öyrədin;
  • Birlikdə kitab oxuyun;
  • Böyükləri ziyarət edin;
  • Gizlən qaç oynayın;
  • Birlikdə ip atlayın;
  • Şeir əzbərləyin;
  • Birinə məktub yazın;
  • Bir qarışqa yuvası tapın və çörək qırıntıları atın;
  • Paltar qatlamağı və ütüləməyi öyrənin;
  • Pəncərədən baxıb gördükləriniz haqqında danışın;
  • Birlikdə mürəbbə  hazırlayın;
  • Fərqli ağaclardan yarpaqlar toplayın və dəftərə yapışdırın;
  • Birlikdə meyvə suyu hazırlayın;
  • Birlikdə quşları müşahidə edin;
  • Birlikdə bir ilk yardım detalı öyrənin;
  • Ehtiyacı olan birinə kömək edin;
  • Bir tanışınızla reportaj hazırlayın;
  • Bir rəssamın həyatını araşdırın;
  • Birlikdə bir qolbaq hazırlayın;
  • Təbiətdən topladığınız ləvazimatlarla şəkil çərçivəsi düzəldin;
  • Öz-özünə hazırlaya biləcəyi yemək öyrədin;
  • Kitabxanaya gedin və üzv olun;
  • Çörək bişirin;
  • Ailəliklə yerə uzanıb ulduzları seyr edin;
  • Böyük bir təpəyə çıxın;
  • Sizə aid xüsusi bir salamlaşma üsulu tapın;
  • Bir aparatı və ya cihazı sökərək parçalarını yerinə taxın;
  • Bərabər süfrə düzəldin;
  • Qatıq hazırlamağı öyrənin;
  • Səssiz film oyunu oynayın;
  • Təbiətdə istiqamət tapmaq oyunu oynayın;
  • Evin ehtiyac siyahısını hazırladın;
  • Birlikdə rəsm çəkin;
  • Günəşin doğuşunu və batışını izləyin;
  • Yeni bir dildə salamlaşma və təşəkkür etməyi öyrənin;
  • Bir kitabçıya gedin;
  • Birlikdə sadə bir təcrübə keçirin;

Mənbə: meb.gov.tr