Uşaqların təfəkkürünün inkişafı üçün nə etməliyik?

Uşaqların sosial problemləri ilə yanaşı onların təfəkkürünün inkişafı üçün də valideyinlər çox çalışırlar.
Ata və ananın üzərinə düşən ən mühüm vəzifələrdən biri də uşağın sağlam şəkildə böyüməsinə kömək etməkdir.
Uşağınızın doğru və sağlam şəkildə inkişafını tamamlaması üçün valideyin uşağın zəkasının inkişafına təkan verən amilləri tətbiq edə bilər.
Bəs bunun üçün nə edək?
 1. Uşağınızı tərkibini bilmədiyiniz qidalardan uzaq tutun.
 2. Şahmat, Puzzle və zəka kartları kimi oyunları oynamağa təşviq edin.
 3. Səhər yeməyi yemək vacibdir. Məktəbə göndərmədən əvvəl mütləq səhər yeməyi yedizdirin.
 4. Sevimli məşğuliyyətlərinin olması üçün şərait yaradın.
 5. Uşaqla bərabər çoxlu kitablar oxuyun.
Mənbə: medicina.az