Uşaqların kürəyini oxşayın…

İngiltərənin Oksford və Liverpul Con Mures universitetlərinin alimləri uşaqlarla bağlı yeni araşdırma edib.
Bagcam.az Medicina.az-a istinadən xəbər verir ki, araşdırma nəticəsində uşaqların kürəyini xəfifcə oxşamaq ağrıkəsici effektə malikdir.
Belə ki, elm adamları 32 uşaqdan qan analizi alındığı anda onların beyin aktivliyini yoxlayıb. Uşaqların yarısını bu ağrılı prosesdən əvvəl yumşaq fırçayla oxşayıblar. Bu uşaqların ağrıya bağlı olan beyin aktivliyinin digərlərinə nisbətdə 40 faiz daha aşağı olduğu müşahidə edilib.
Alimlər bu araşdırmanın nəticəsi olaraq uşaqların kürəyini oxşamağın sakitləşdirici effektə malik olduğu qənaətinə gəliblər.