Uşaqların izləməli olduğu 5 film

İngiltərədə “Film Club” adlı cəmiyyətin mütəxəssisləri uşaqlara əsl film zövqünü aşılamaq məqsədilə valideynlər üçün film siyahısı təklif edir. Mütəxəssislər bildirir ki, uşaqlar bu filmləri izləyərkən bəzilərini anlamaqda çətinlik çəksələr də,  bu, onlara film mədəniyyəti aşılamasında köməkçi olacaq.

Bagcam.az olaraq həmin filmlərdən ilk beşliyi təqdim edirik:

1. Qırmızı şar

Fransız rejissor Albert Lamorissenin öz uşaqları ilə çəkdiyi filmin mövzusu belədir: Qəhrəman Paskal küçədə oynayarkən bir yerə ilişmiş qırmızı şar görür.  Şarı “xilas etdikdən” sonra onların arasında dostluq əlaqələri yaranır. Uşaq olmağı, uşaqlığın saf dünyasını göstərən film hər uşaqda dəyişiklik yaradacaq, onlara nələrsə qatacaq.

qirmizi_sar

2. Oliver Tvist

Oliver Tvist kimsəsiz uşaqdır və bir müddət sonra yetimxanadan qaçaraq qorxulu evə düşür. Ona göstərilən pis və ağır münasibət uşağın Londona qaçmasına səbəb olur. Bundan sonra hadisələr öz həyacanı ilə davam edir.

oliver

3. 34-cü küçədə möcüzə

Yeni il bayramı ərəfəsində Şaxta baba kimi işləməyə başlayan Kriss Kringl adlı ağ saçlı, ağ saqqallı baba iddia edir ki, əsl Şaxta Babadır. Gənc vəkil babanın yaxşı niyyətli olduğunu görüb onu məhkəmədə müdafiə edir. Bu film uşaqlara insanların inanclarında müstəqil olduğunu çatdırır.

34

4. Sehrbaz Oz

1939-cu ildən yayımlanmasına baxmayaraq, bu gün də öz aktuallığını qoruyur. Film uşaqları əmisi və bibisilə birlikdə rəngsiz həyat sürən Dorotinin xəyal dünyasına aparır. Uşaqlar bu filmdən yeni dostlar qazanmağın gözəlliklərini, xəyal qurmağın əyləncəli olduğunu, cəsur olmağı və hər şey istədikləri kimi olmasa da, evlərinin nə qədər qiymətli olduğunu öyrədir.

sehr baz

5. Uşaq

Edna uşağı olduqdan sonra əri onu atıb gedir. Tək qalan qadın uşağına baxa bilmir və uşağını küçəyə qoyur. Təsadüfən onun uşağına rast gələn sevimli və mehriban Çarlinin ürəyi dözmür və uşağı yanında saxlayır. Beş il birlikdə yaşadıqdan sonra onların arasında güclü əlaqələr yaranır və onlar ayrılmaqda çətinlik çəkirlər.

the kid