Uşaqların İnternetdən asılı olduğunu göstərən hallar

Əgər övladınızda bu hallar müşahidə edilirsə, onların İnternetdən istifadəsini nəzarətdə saxlayın.

1. İnternet başında uzun müddət keçirirsə

Əgər övladınız kompüter, planşet və ya telefonla saatlarla vaxt keçirirsə, ilk buna diqqət etməlisiniz. Bu bir müddətlik də ola bilər, asılılığın başlanğıcı da. Buna görə də, uşağınızın əhvalına, İnternetdə nə qədər vaxt keçirdiyini müşahidə etməlisiniz.

2. İnternetdən başqa heç nə ilə maraqlanmırsa

Uşaqlar nə qədər İnterneti sevsə də, diqqətini çəkən başqa fəaliyyətlər də olmalıdır. Məsələn, şəkil çəkmək, kitab oxumaq, cizgi film izləmək, futbol və başqa oyunlar. Əgər əvvəlcədən sevdiyi şeylərə belə marağı yoxdursa, demək internetdən asılıdır.

3. Səhər oyanan kimi və axşam yatmadan əvvəl ilk iş İnternetə girməkdirsə

Uşaqlar İnternetdən asılı hala düşübsə, oyanan kimi və yatmazdan əvvəl İnternetə girir. Bu, hamı üçün keçərlidir.

4. İnternetdən uzaqlaşdırdıqda kəskin davranışlar sərgiləyirsə

Əgər övladınız internetdən uzaqlaşdırıldıqda, nə edəcəyini bilmirsə, hüzursuzluq göstərirsə, depressiv əhvala bürünürsə, İnternetdən asılı ola bilər.

Mənbə: qadin.net