Uşaqların inkişafında teatrın rolu

Yazımıza “uşaqlar görərək və gördüklərini təkrar edərək öyrənirlər” deyərək başlasaq, teatrın uşaqların inkişafında nə qədər təsirli vasitə olduğunun vurğusunu ən yaxşı şəkildə etmiş olarıq. Teatr tamamilə görüntü ilə bağlı sənətdir və uşaq inkişafında önəmini artıran ən önəmli xüsusiyyəti də izləyənlərin qarşısında canlı nümunənin olmasıdır.

Dram dərsi keçən şagirdlərlə edilmiş araşdırma nəticəsində teatr və şagirdlərin əlaqəsini öyrənmiş olarıq. Belə ki, dərsdə həkimə getməkdən qorxan uşaqlara xəstəxana hekayəsi səhnələşdirmək tapşırığı verilir. Real olmadığını bilən xəstə rolundakı uşaqlar rahat hərəkət etmiş və əslində, qorxmağa səbəb olacaq bir insanın olmadığının fərqinə varmışlar. Daha sonra xəstəxanaya gedən şagirdlərin bir o qədər qorxmadıqları müşahidə olunmuşdur.

Uşaqlarınızın həm çox əyləndiyi və xoşbəxt olduğu, həm də ən çox bilik və bacarığı öyrəndiyi oyun zamanlarını səmərəli keçirmələri üçün səhnələşdirmə oyununu oynamağınızı tövsiyə edərdim. Qaldı ki, günümüzün ən dəyərli anlayışı olan zamanı faydalı istifadə etmək və onsuz da, günlük həyatda daim məşğul olmaq səbəbilə vaxt ayıra bilmədiyimiz uşaqlarımızla keyfiyyətli zaman keçirmək üçün belə bir terapiyaya ehtiyacınız ola bilər.

Bəs  bu tamaşaların daha hansı faydaları var?

  • Uşaqlarınızın həyatı öyrənmələrində ən önəmli vasitələrdən biri olan yamsılama bacarıqları inkişaf edir;
  • İzləyərək və müşahidə edərək insan tiplərini öyrənirlər;
  • Qorxuları ilə üzləşə bilirlər. Teatr vasitəsilə qorxduqları şeyin realda heç də qorxulu olmadıqlarını özləri anlayırlar;
  • Cəmiyyət içində davranış qaydalarını öyrənirlər;
  • Dram dərsləri sayəsində bir bütünün parçası olmağı öyrənirlər. Vəzifə anlayışları inkişaf edir;
  • Köməkləşməyi və dostlarına kömək etməyi öyrənirlər;
  • Özlərinə olan güvənləri artar;
  • Nitq qabiliyyətləri artar;
  • Kommunikasiya bacarıqları inkişaf edər;
  • Yaradıcılıq və problemi həll etmək bacarıqları inkişaf edər.

Mənbə: www.okuloncesihersey.net