Vanna qəbul etməkdən xoşlanmayan bir uşağı yumaq qədər insanı çətinə salan az şey var. Həqiqətən niyə bəzi uşaqlar vanna qəbul etməkdən xoşları gəlmir? Halbuki vanna qəbul etmək çox möhtəşəm bir şeydir! Valideyn olduqdan sonra vanna qəbul etməyin və yatmağın, dünyanın ən böyük mükafatlardan biri olduğunu anladığımı söyləyə bilərəm. Amma uşaqlar ikisindən də xoşları gəlmir. Xoşbəxtlikdən vanna qəbul etmək mövzusunda özümüzü çox da üzməyimizə ehtiyac yoxdur, çünki uşaqlar düşündüyümüz qədər hər gün yuyunmağa ehtiyac duymurlar.
Əlbəttə uşaqlarımızın təmiz və gigiyenik olmalarını istəyirik, ancaq bu onları hər gün hamama salmağımız mənasına gəlmir. Əslində çox tez-tez vanna qəbul etmək uşağın həssas dərisini quruda bilər və dəri problemlərini böyüdə bilər. Hətta tez-tez vanna qəbul etməkdən imtina etmək dəri üçün daha yaxşı ola bilər.
Körpələrin əksinə uşaqlar qum hövzələrinə əlləri və üzləriylə dalmağa ya da saçlarına nəsə bulaşdıqlarında vanna qəbul etmələri lazımlı olur. Tər içində oyun oynayan ya da qoxan bir uşağı suyun altına salmaq yaxşı fikirdir, əlbəttə. Heç kim uşağını bu formada məktəbə, bağçaya göndərmək istəməz. Ancaq bu, bir uşağı hər gün yumalısınız mənasına gəlmir. Arada yuyunmaq çox uşaq üçün kifayət qədər yaxşıdır. Bu da o deməkdir ki, hamam üstündə az dalaşacaqsınız.
Amerika Dermotologiya Akademiyası 6-11 yaş arası uşaqların çirklənmədikləri müddətdə həftədə sadəcə bir ya da iki dəfə yuyunmağa ehtiyacı olduğunu söyləyir. Qulağa bir az az kimi gəlsə də, bir uşaq çirklənmədiyi müddətdə çox da yuyunmağa ehtiyac duymur. Bundan əlavə bir az kirlənən uşaq üçün o qədər də pis bir şey deyil. Bir az mikrob və bakteriya, bir uşağın inkişafda olan immun sistemin üçün olduqda yaxşıdır.
“Bir az çirkliliyə məruz qalmaq uşağı qoruyan bir şeydir”, deyir uşaq həkimi Michael Welch. “Çünki uşaqların immun sistemləri hələ formalaşmağa başlayır. Buna görə də virusların, bakteriyaların və bir az da kirin içində olmaqları onlar üçün faydalı bir şeydir”.
Amerika Dermotologiya Akademiyası uşaqların ancaq yeniyetməliyə keçdikdən sonra daha sıx (bəlkə də hər gün) duş qəbul etmələrini tövsiyə edir. Bir valideyn olaraq o yaşdakı uşağımın hamamda problem yaşatmayacağını ümid edirəm. Bir müddət ərzində hamımız hamam mövzusunda bir az rahatlaya bilər və daha tez-tez yuyunma işini yeniyetmələrə ötürə bilərik.
Mənbə: egitimpedia.com