Wynton Marsalisdən uşaqlar üçün 12 tədris metodu

New Orelansda böyüyən bir uşaq olaraq, pianist olan atam Ellis və dostlarının həmişə işləməkdən bəhs etdiyini xatırlayıram. Bir araya gəldiklərində həm nə qədər çox işlədiklərindən və daha çox işləmələri lazım olduğundan bəhs edirdilər. 11 yaşıma gəldiyimdə, işlədikləri şeyin musiqi alətləri olduğunu anladım. Və nəhayət 16 yaşıma gəldiyimdə isə musiqi alətlərini yaxşı ifa etmək üçün çoxlu çalışdıqlarını anladım… Qardaşım Branford ilə məktəbdə musiqi qrupu seçimlərinə qatıldığımızda, atamı tanıyan müəllimim qrupda Ellisin oğlanları da olacaq deyə həyəcanlanmışdı. Ancaq seçimlərdəki performansımla bağlı mənə belə dedi: “Sən Ellisin oğlu olduğuna əminsən?”

O vaxtlar bu, mən elə də narahat etməmişdi, çünki bir qrupda ifa etməkdənsə, basketbol oynamaqla daha çox maraqlanırdım. Ancaq bir neçə il ərzində musiqi ilə ciddi məşğul olmağa başladım. Çox işləmək, musiqi – və başqa hər şey əslində – öyrənmənin ən əsas tələblərindən biridir. Bir musiqiçinin çox güclü olduğunun əsas əlamətinin işlədiyi vaxt olduğunu düşünürəm.

İşləmək hər nə qədər böyük önəm daşısa da, uşaqlar çevrələrində çox diqqətdağıdıcı ünsür olduğu üçün bunu etməkdə təəssüf ki, çətinlik çəkirlər. Bu səbəblə onları həmişə çalışmağa sövq edirəm. “Wyntonun 12 tədris metodu” deyə adlandırdığım bir siyahı tərtib etdim. Siyahıdakı üsullar musiqi fəaliyyətlərindən məktəb və idman işlərinə qədər bir çox fəaliyyətdə sizin köməyinizə çatacaqdır.

Wyntonun 12 tədris metodu

  1. Yaxşı bir müəllim tapın: Nə etməli olduğunuzu bilən təcrübəli bir müəllimdən kömək istəyin. Yaxşı bir müəllim işin məqsədini anlamağınıza köməkçi olar və sizə fəaliyyətinizi daha asan və faydalı hala gətirəcək üsullar öyrədə bilər.
  2. İş proqramı düzəldin: Bir proqrama görə hərəkət etmək vaxtınızı nizamlamağınıza kömək olar.
  3. Hədəflərinizi müəyyənləşdirin: Eynən çalışma proqramları kimi, hədəflər də vaxtınızı nizamlamağınıza və inkişaf qət etməyinizə kömək olar. Əgər işlərinizin müəyyən hissələri sizi çətinə salarsa, hədəflərinizi kiçildin. Nəticəyə varmaq üçün işləmək, sizi incitməməlidir.
  4. Diqqətinizi toplayın: Həqiqətən fikrinizi toplayaraq işlədiyiniz 10 dəqiqəlik bir müddətdə, sızıldanaraq keçirdiyiniz bir saatda etdiyinizdən daha çoxunu edə bilərsiniz.
  5. Rahat olun və yavaş-yavaş irəliləyin: Tələsməyin. Yeni bir şey öyrənməyə başladığınız zaman – məsələn, musiqi, vurma cədvəli – başlanğıcda yavaş olmağınız və sürətinizi zamanla artımağınız lazımdır.
  6. Sizə çətin gələn hissələrlə daha uzun məşğul olun: Əskik yönlərinizlə üzləşməkdən qorxmayın, edə bilmədiklərinizə daha çox vaxt ayıraraq məşğul olun. Proqramınızı həm güclü, həm də zəif yönlərinizin üzərinə edin.
  7. Əlinizdən gələni edin: Etdikləriniz sizin “kim” olduğunuzu göstərir, bu səbəblə hər şeyi sizi düzgün təqdim edəcək formada etdiyinizdən əmin olun.
  8. Səhvlərinizdən dərs çıxarın: Heç kim mükəmməl deyil, özünüzə çox yüklənməyin. Futbolda top buraxa bilər ya da oyunun sonlarına doğru yaxşı performans göstərməyə bilərsiniz. Bunun dünyanın sonu olmadığını bilin.
  9. Göstəriş etməyin: Bir şeyi yaxşı edirsinizsə, bununla övünməmək olduqca çətindir. Məktəbdəykən 10 dəqiqə müddətində dayanmadan trompetdə ifa etməyimi təmin edən nəfəs texnikası öyrənmişdim. Bunun üzərinə atam mənə belə dedi: “Oğlum, alqışlanmaq üçün musiqi ilə məşğul olsan, əlinə alqışdan başqa heç nə keçməz”.
  10. Düşüncələriniz sizə aid olsun: Hər hansı bir sahədəki uğurunuz və ya uğursuzluğunuz nəticədə sizin problem həll etmə bacarığınızdan qaynaqlanır, yəni robota çevirilməyin.
  11. Pozitiv düşünün: Dünya ilə əlaqəli hiss etdikləriniz kim olduğunuzu yansıdır. Pozitiv bir düşüncəyə sahibsinizsə, hər şey ya möhtəşəmdir ya da möhtəşəm olmağa doğrudur. Pozitivlik səhvlərinizi aşmağınıza və daha yaxşısını etmək üçün davam etməyinizə kömək olur.
  12. Əlaqə qurun: Nə üzrə çalışdığınızdan asılı olmayaraq, işləməyin digər hər şeylə əlaqəsi olduğunu görəcəksiniz. Bir dil öyrənmək, yaxşı yemək bişirmək ya da insanlarla yaxşı yola getmək… Hamısı üçün çalışmaq lazımdır. İlk başda bir-birindən fərqli görünən şeylər arasındakı əlaqəni nə qədər tez kəşf etsəniz, dünyanız da bir o qədər genişlənər.

Mənbə: egitimpedia.com