Uşaqların analarının yanında daha dəcəl olmalarının səbəbi

decelHəmişə həyat yoldaşım mənə “Uşaqlarla bütün günü bir yerdəydik, özlərini çox sakit aparırdılar. Səni görəndə isə dəcəllik edirlər. Niyə belə olur? Başa düşə bilmirəm” deyir.

Ötən gün isə belə bir məqalə yayımlandı: “Araşdırma: Uşaqlar analarıyla bir yerdə olanda digər vaxtlara nisbətən daha dəcəl olurlar. Bu, həqiqi olmayan araşdırma və gülməli bir məqaləydi. Başlığı oxuyanda çox güldüm. Məqalə həqiqi olmasa da məncə, əsas fikir doğruydu. Uşaqlar analarının yanında normaldan daha dəcəl olurlar. Bəs bunun səbəbi nədir?

Çünki sən, əziz ana, onların ən güvənli yerisən. Sən onların bütün problemləriylə birlikdə gedə biləcəkləri tək yersən. Əgər sən nəyisə dəyişdirib daha yaxşı edə bilməyəcəksənsə, bunu başqa kim edəcək?

Bir uşaq, xoş olmayan bir vəziyyətdə özünü uzun müddət saxlayıbsa, sizi gördüyündə özünü rahat hiss edəcək.

Bu, içində nə yığıbsa, onu üzə çıxarmaqdır.

Əgər qapıda ağlama, sızıldamalarla qarşılaşırsınızsa, bu, uşaqlarınızı ərköyün böyütmüsünüz demək deyil. Bunu sizə kiminsə deməyinə icazə verməyin.

Əslində isə siz uşağınızın təbii və rahat olmasına icazə verəcək qədər güvənli bir yer yaratmısınız.

Uşaqların emosional və fiziki baxımdan təbii olmaları çox önəmlidir.

Ona görə də bunu müsbətə doğru düşünüb,  uşaqlarınızın sizi sevdiyinin bir göstəricisi olaraq qiymətləndirin.

Mənbə: egitimpedia.com