Yazdığım bütün yazılar, hər kəsin uşaqları iki mövzuda məhdudlaşdırmağın qaranlıq həqiqətinə oyanmasını təmin edən çağırışdır: hərəkət və açıq havada oynamaq.
Bu mesaj nə üçün çox diqqət çəkərək, bir çox insanın ürəyincə olub?
Bu, üç il əvvəl yazılmış məqalələrin arxasında bir çox həqiqətlərin olmasının vacib göstəricisidir. Artıq diqqət etməli olduğumuz həqiqətlərin… Bu həqiqətlər bu gün də dəyişməyib: Uşaqların öyrənə bilməsi üçün diqqətlərini yönəltməkləri lazımdır. Diqqətlərini toplaması üçün isə onların hərəkət etməklərinə icazə verməməliyik!
Uşaqlara zərər veririk. Əslində biz uşaqların hərəkət və oyun təcrübələrini o qədər məhdudlaşdırırıq ki, bunun yeni nəsil uşaqlarındakı, təzə yeriməyə başlayan uşaqlardan yeniyetməliyə qədər uzanan nəticələrinə şahid oluruq. İndi bu mövzuda zirvəyə çatdıq. Vəziyyət həyəcanverici bir ölçüdədir.
Müəllimlər son 10 il içində uşaqların sinifdəki diqqət toplamaq bacarıqlarında azalmanın olduğunu və görünüşə görə tənəffüslərdə “əllərini bir-birlərindən uzaq tuta bilmədiklərini” bildirirlər. Eyni zamanda bu problemlərin aradan qalxması üçün emosional bütünləşmək terapiyasına ehtiyac duyan uşaqların sayında da böyük artım var.
Uşaqlar zənn etdiyimizdən daha çox hərəkət etməyə ehtiyac duyurlar. Başı aşağı durmaq, öz ətrafında dönmək, təpələrdən aşağı yuvarlanmaq ya da ağaclara dırmanmaq kimi bütün fərqli istiqamətlərə bədənlərini hərəkət etdirmək üçün bol imkana ehtiyac duyurlar. Bu hərəkət tarazlıq duyğusunu inkişaf etdirən saç hüceyrələrini hərəkətə gətirərək iç qulaqdakı mayenin irəli-geri hərəkət etməsini təmin edir. Bu duyğu bütünləmə duyğusudur və digər bütün duyğuları dəstəkləyir.
Bu gün çox uşaq az inkişaf etmiş tarazlıq duyğusu ilə ətrafda hərəkət edir. Bu, bizim klinikalarda müalicə etməyimiz lazım olan bir nömrəli problemdir. Yetkin və inkişaf etmiş tarazlıq duyğusu diqqəti, emosional tənzimləməni, göz əzələlərinin idarə edilməsi və öyrənməyi dəstəkləmək üçün beynin tənzimlənməsini dəstəkləyir. Təxmin edə biləcəyimiz kimi əgər bol miqdarda günlük hərəkət etməklə inkişaf etdirilməz və qorunmazsa, uşaqlar üçün öyrənmək çox çətin olur.
Bu həqiqəti eşitmək hər zaman asan deyil. Xüsusilə də hərəkətə keçmək tələb olunarsa…
“Mən heç vaxt asan olacağını söyləmədim” bunu mənə rəhbərim keçən il demişdi. Öz qurduğum təbiət düşərgəm TimberNook və uşaqları açıq havaya çıxarmaqla bağlı həmin vaxt problem yaşayırdım. Haqlı idi. Doğru olanı etmək asan olmur. Amma ən doğru yol olur. Başımızı yana silkələyib “bu mümkün deyil ” ya da “gün içində oynamağa və fəaliyyət göstərməyə vaxtımız yoxdur”, “əlimiz-qolumuz bağlıdır” demək bizim üçün çox daha asan olacaq.
Amma sizə bir xəbərim var. Bu mesajı görməzlikdən gəlsəniz, uşaqlar üçün işlər yalnız pisə doğru yönələcək. Uşaqların gücündə, balansında, diqqətində və sosial-emosional bacarıqlarında azalma, zəifləmə görməyə davam edəcəyik.
Daha çox görəcəklərimizi belə ümumiləşdirə bilərəm:
- Səssizcə, hərəkət etmədən diqqətli olmaq üçün mübarizə aparan uşaqlar;
- Stollardan düşən uşaqlar;
- Özfəaliyyət səviyyələrini və duyğularını tənzimləmək qabiliyyətinə malik olmayan uşaqlar;
- Peşələrinə inamını itirən müəllimlər;
- Sensor və motorlu xəstəliklərdə davamlı artım.
Uşaqlarımızın hərəkət etmək haqqını müdafiə etmək öhdəliyimiz var.
Qorxu, narahatlıq, bəhanə və qaydaların təhsil sistemini ələ keçirməsinə, onlara hökm etməsinə və uşaqlarımıza zərər verməsinə imkan verə bilmərik.
Bu, sizinlə və mənimlə başlayır. Cəsarətinizi yığın və uşaqlarımızın ehtiyacı olan dəyişikliyi yaratmaq üçün lazımi addımlar atmağa başlayın. Başlamaq üçün bir neçə fikir var:
- Bunu və buna bənzər digər məqalələri idarəçilərinizə aparın. Dəyişiklik yaratmağın sirri hərəkətin və açıq havada oyunun və bunların uşaq inkişafına necə təsir etdiyinin arxasındakı elmi məlumatları paylaşmaqdır. Əksər valideynlər uşaqları üçün ən yaxşısını istəyirlər. Bu həqiqəti dinləsələr, ehtimal ki, bu müsbət dəyişiklik üçün nəsə etmək istəyəcəklər.
- Yaradıcı olun. Artıq qəliblərdən kənar çıxaraq düşünməyin vaxtıdır. Sinifdəki məqsədləriniz nədir? Əgər öyrətməkdirsə, onda bu, yaxşıdır, bədəni bütöv şəkildə görərək öyrənmə yolu ilə reallaşacaq. Finlandiya təhsil sisteminin araşdırın və qeydlər aparın. Uşaqların çayın ekologiyasını öyrənməsini istəyirsinizsə, onları həqiqi çaya aparın. Tarixi, elmi və incəsənəti öyrənmək üçün yerli muzeylərə gedin. Şeir yazmaq üçün açıq havaya çıxın. Mütləq bir mövzuda bir iş yoldaşınızla danışmaq üçün kənar gəzintiyə çıxın. Bir addım daha irəli gedin və uşaqları öyrənərkən daha çox hərəkət etdirməyin yolları ilə bağlı düşünə biləcəyiniz komitə yaradın.
- Nümunə olun. Əgər müəllimsinizsə, uşaqları açıq havaya çıxarın və digər müəllimlərə nə etdiyinizi, gördüklərinizi deyin. Valideynsinizsə, digər uşaqları da dəvət edin və onları açıq havada gəzməyə aparın. Uşaqları açıq havaya çıxaran bir təşkilatsınızsa, nələr etdiyinizi gəlib görmələri və etdiklərinizin faydaları ilə bağlı bir neçə söz demələri üçün yerli mətbuatı dəvət edin. Nümunə olmaq, dəyişiklik yaratmaq üçün ən güclü yollardan biri ola bilər.
- Birləşin. Məktəblər açıq hava sinifləri yaratmaqdan böyük fayda təmin edə bilərlər. Bu təşəbbüsü planlamağınıza və maliyyələşdirməyinizə kömək olmaları üçün yerli təşkilatların qapısını döyün. Valideynlər də evdə eyni şeyi edə bilərlər. Açıq havada oyuna dəyər verən öz düşüncənizdə olan insanları tapın və uşaqları oynamağa, gəzməyə dəvət edin.
Bu məqalələri oxumaq və “bu, çox yaxşıdır” demək kifayət deyil. Həqiqətən bunları edə biləcəksinizmi?
Mənbə: egitimpedia.com