Müəllimlərin psixi və ruhi sağlamlıqları üçün hərəkətə keçin

İşçilərin rifahını dəstəkləmək üçün məktəblərə olan ehtiyacın getdikcə artdığını vurğulayan yeni bir araşdırmaya görə, müəllimlərin dörddə üçü işlədikləri məktəblərdə psixi və ruhi sağlamlıqlarına diqqət ayrılmadığını deyir.

Sorğuya qatılan minlərlə müəllimə, məktəb müdiri və məktəb kollektivinin təxminən 62%-i ağır iş yükünün onları stressə saldığını dediyi halda, iştirakçıların yarısı hesabatlılıq meyarlarının daha çox təzyiqə səbəb olduğuna işarə edib.

10 insandan 4-ü (39%-i) şagirdlərin yaşadığı güvənlik, ya da psixi sağlamlıq problemlərinə görə narahat olduqları üçün əhvalsız olduqlarını bildirib.

İştirakçların 19%-i işlərinin ruhi vəziyyətlərinin üzərində pozitiv təsirə sahib olmadığını deyib.

Araşdırmaya qatılan bir müəllimə “Artıq daha çox sənəd işləri ilə məşğul olmaq məcburiyyətindəyik; plan düzəltmək, qiymətləndirmək, dəyərləndirmə cədvəlləri, fəaliyyət planı, iclas qeydləri… siyahı davam edir”, deyir. “Sahib olduğumuz çox iş yükü ilə bağlı nəsə edilənə qədər psixi sağlamlığımız zərər görəcək”.

Başqa iştirakçı isə müəllimlərin məruz qaldığı stressin daha aydın anlaşılmasının lazım olduğu ilə bağlı çağırış edib: “Zehni xəstəlik də bir xəstəlikdir, bu, bir işçinin “sürətə adaptasiya olmaq” mövzusunda yaşadığı problem deyil”.

Araşdırma İngiltərədəki məktəblərin həm müəllimlər, həm də şagirdlər arasında get-gedə artan zehni və ruhi sağlamlıq problemləri ilə qarşı-qarşıya olduğunu dəfələrlə bildirir.

Sorğuda iştirak edənlərin 55%-i məktəblərdə işçilərin zehni və ruhi sağlamlıqları haqqında aşkar şəkildə danışmağa təşvik edilmədiyini deyir.

Araşdırmanı edən quruluşun əməkdaşı Jaime Smith həm müəllimlərin, həm də şagirdlərin yaxşılğı üçün zehni və ruhi sağlamlığı dəstəkləmək mövzusunda məktəblərin aktiv rola sahib olmalı olduğunu deyir.

“Məktəb müdirlərini, müəllimləri  və məktəbdəki digər işçiləri dəstəkləmək və onların psixi sağlamlığını və rifahını prioritet halına gətirdiyimizdən əmin olmaq üçün daha çox şey etməliyik,” deyə əlavə edir Smith. “Əgər bunun önəmini anlamasaq, sadəcə işçiləri deyil, onların dəstək verdiyi uşaqları və gəncləri də üzü üstə qoymuş olarıq”.

Araşdırma məktəblərdə psixi və ruhi sağlamlığı yaxşılaşdırmaq üçün məktəb idarəçiliyinə və müəllimlərə proqramlar da məsləhət edir. Bunların arasında heyətin təqdir edilməsi və razılaşması, iş yükünün xəfiflədilməsi və iş günü içində müəllimlərə tək qala biləcəkləri istirahət vaxtlarnın verilməsi  də var.

Bundan əlavə, geridönüş fürsətləri yaratmaq üçün məktəblərin daxilində ardıcıl dəyərləndirilmələr edilməsi də tövsiyə edilir.

Mənbə: egitimpedia.com