Yay mövsümü uşaqlar üçün hovuz və dənizə girmək, açıq hava oyun məkanlarında sərbəst oynamaq və gəzmək mənasına gəlir. Yeni uşaq sahibi olan valideynlər də, körpələri ilə birlikdə gözəl havaların dadını çıxartmaq istəyir. Ancaq uşaqları bütün fəaliyyətlərdən, xüsusilə, günəşin mənfi təsirlərindən qorumaq lazımdır.
Kondisionerdən uzaq saxlayın.
Kondisionerdən uzaq durmağın faydalı olduğunu söyləyən həkim Reyhan Erol bildirir ki, əgər istifadə ediləcəksə, bakteriya filtirinin olması şərtdir. Kondisionerin soyuq hava üfləyən hissələri uşaqlarla birbaşa təmasda olmamalıdır.
15 dəqiqə günəşləndirin.
Günəş şüalarının birbaşa düşdüyü 11:00 – 16:00 saatları arasında uşaqları həyətə çıxartmamağa diqqət göstərmək lazımdır. Günlük 15 dəqiqə günəş işığı lazım olan D vitamininin qəbulu üçün kifayətdir.
Turşulu içkilərdən uzaq tutun.
Uşaqların yaz-yay mövsümündə bol miqdarda su içməsi lazımdır. Təzə meyvə suyu və ayran tövsiyə olunana içkilər sırasındadır. Sağlamlıq problemlərinə səbəb olan turşulu içkilərdən isə uzaq durmaq lazımdır. Həkim Reyhan Erol, “isti mühitdə mikrobların çoxalması tez olduğu üçün, təzə qida və qidalanma gigiyenasına da ayrıca diqqət edilməlidir” deyir.
Pambıq paltarlar geyindirin.
Uşaqları geyindirərkən paltarlar rahat, açıq rəngli və pambıq parçadan seçilməlidir. Hava keçirən pambıq parçalar, eyni zamanda tərləmənin də qarşısını alır.
Mənbə: qadin.net