Uşaqlarda allergiyaya səbəb olan 8 QİDA

usaq_Mütəxəssislərin hesablamaları 5 uşaqdan birində allergiyanın olduğunu qeyd edir. Allergiyanın əmələ gəlməsinə səbəb olan amillərdən biri də uşaqların düzgün qidalanmamasıdır. Bagcam.az Aile.lent.az-a istinadən uşaqlarda allergiyaya səbəb olan 8 qida növünün adını təqdim edir.

1. Şirniyyatlar

Tərkibindəki qatqı və marqarin yağları, müxtəlif rənglər şirniyyatları dadlı etməsinə baxmayaraq, uşaqlarda mədə-bağırsaq problemləri və allergiya yarada bilir.

2. Acı, ədviyyatlı və istiotlu qidalar

Acı, istiotlu və ədviyyatlı qidalar azyaşlı uşaqlar üçün gizli təhlükə mənbəyi sayılır. Qırmızı bibər qatılmış souslu qidalar və çərəzlər uşaqlar üçün əsil təhlükə mənbəyi hesab edilir.

3. Bal

Bal təbiətdən gələn ən gözəl nemətlərdən hesab edilsə də, uşaqlarda allergiyaya səbəb ola biləcək qidalar sırasındadır.

4. Ketçup

Pomidor uşaqların ən çox sevdiyi tərəvəzlərdəndir. Təbii yollarla bostanda yetişdirilmiş pomidorun heç kimə zərəri dəyməz. Amma marketlərdə satılan ketçup və pomidor sousları müxtəlif qatqılardan hazırlandığı üçün uşaqlarda allergiyaya səbəb olur.

5. Mayonez

Mayonez tərkibində olan yağlar sayəsində mədənin fəaliyyətini ləngidir. Bu, ən çox allergik astmalı xəstələrdə patologiyaların artmasına səbəb ola bilir. Mayonez azyaşlı uşaqların qidasında tez-tez yer aldıqda allergiyanın baş verməsinə səbəb olur.

6. Çips

Çox miqdarda yağ və kaloriyə malik çipslər uşaqlarda allergiyaya səbəb olan qidaların siyahısında ön sıralardan birində durur. Çipsi uşaqlarda həm piylənməyə, həm də allergik astmaya səbəb olur.

7. Marqarin

Marqarin və bəzi bitki tərkibli yağların uşaq qidalarında həddindən artıq istifadəsi allergiyanın baş verməsinə səbəb olan amillərdən biri hesab edilir.

8. Şokolad

Uşaqların dadbilmə qabiliyyəti çox tez inkişaf edir və bu səbəbdən onlar dadlı qidalara qarşı daha çox meyilli olurlar. Bu cür qidalardan biri də şokoladdır. Şokoladın tərkibində insanın əhval-ruhiyyəsini yüksəldən endorfin var. Buna görə də əksər insanlar şokoladı çox sevir. Normasında qəbulu uşaqlar üçün faydalı sayılsa da, şokoladdan çox istifadə edən uşaqlarda allergiya əmələ gəlir.