“Vaxtında biz uşaqlara “Olmaz” , “Yox” və bu kimi sözləri deməyəndə sonra ailədə problemlər yaranır”
Bu sözləri bagcam.az-a müsahibəsində psixoloq Samirə Hüseynova deyib. O, uşaqların istəklərinin yerinə yetirilməsi barədə danışıb. Psixoloq bildirib ki, uşaqların hər istədiyini lsaq, ailədə maddi problemlər yarana bilər.
“Evdən çıxmazdan əvvəl uşağa izah etmək lazımdır ki, biz filan yerə gedəcəyik, orda nə ala bilərik?, hansı məbləğimiz var? Özümüz də, evdə uşaqla biryerdə oturub satıcı-alıcı kimi oyunlar oynaya bilərik. Əgər valideyin deməyi unudub, mağazaya gəlibsə və ya deyəndən sonra belə uşaq tabe olmursa valideyn öz mövqeyində qalmalıdır, öz sözünü ,avtoriteti qorumalıdır. Biz böyüklər ayırırıq ki , bu əşya mənimdir, filankəs mənim ailəmə daxildir ya da məsələn filan şeyləri mən icazə alıb götürə bilərəm-amma uşaqlarda belə deyil. Hələ bu qaydalara, bu sosiallaşmanın etaplarına düşməyiblər, qayda kimi mənimsəməyiblər. Uşaqlar da belədir ki, mən nəyisə görürəm və xoşuma gəlirsə, deməli o mənimdir. Dünyaya belə baxırlar, çünki körpəlikdən ana-ata ,böyüklər tərəfindən ehtiyacları daim ödənilib, amma müəyyən mərhələyə çatanda qaydalar, çərçivələr qoymaq lazımdır- “Bu sənin deyil, başqasınındır. İcazə almağı öyrətmək lazımdır”.