Uşaqların inkişafı üçün onlara gərəkli olacaq kitab oxuma vərdişini necə qazandıra bilərik? Təqdim etdiyimiz bu 7 qayda vasitəsilə övladınıza kitabları sevdirə bilərsiniz.
- Uşağınıza hələ ana bətnində olarkən kitab oxumağa başlamalısınız.
- Uşağınızla birlikdə kitab mağazalarına getməlisiniz.
- Uşağın diqqətini oxumağa yönəltmək üçün tamamilə sakit və rahat mühit yaratmalısınız.
- Uşaqlara kitab oxuyarkən obrazların səslərini fərqli səsləndirərək, maraq oyatmalısınız.
- Uşağınız eyni kitabı dəfələrlə oxumağınızı istəsə, hər dəfə eyni coşqu ilə oxumalısınız.
- Uşağınız sizə kitab oxumaq istəyirsə, səbrlə onu dinləməlisiniz.
- Kitabxanaya getməlisiniz və uşağınızın seçim etməyinə icazə verməlisiniz.
Mənbə: qadin.net