Ana və ataların övlad böyüdərkən çətinlik yaşadığı məsələlərdən biri də uşağın yuxu vərdişləridir. Bir çox ailədə uşağın otağını ayırmaq və uşağa özbaşına yuxu vərdişi aşılamaq böyük bir mübarizəyə çevrilir. Bəs, bu məsələdə doğru olan nədir? Uşaqla birlikdə yatmaq, yoxsa otaqları ayırmaq? Tək yatmayan uşağa yanaşma necə olmalıdır? Bu barədə psixoloq Ceren Aydın öz fikirlərini bölüşüb.
Əksər valideynlər uşağın otağını ayırma və tək yatırtma mövzusunda mütəxəssislərə müraciət edirlər. Bəzən isə ekspertlər arasında mövzu ilə bağlı fikir ayrılıqları olur. Bu səbəblə, ən çox narahat edən suallara nəzər salmamışdan əvvəl, qeyd etmək lazımdır ki, hər ailə və uşaq üçün keçərli tək bir doğru cavabdan danışmaq o qədər də mümkün deyil. Uşağın təbiəti, ehtiyacları, ailənin içində olduğu şərtlər, mədəni faktorlar və fövqəladə (məs. xəstəlik) və s. hallar kimi bir çox amil bu suallara veriləcək cavabları formalaşdırır. Bu səbəblə ən düzgün qərar, ətraflı qiymətləndirmə və lazım olduqda ekspert dəstəyinə müraciət etməkdir.
Sonrakı dövrlərdə bu mənzərəyə fərqli səbəblər əlavə edilir. Travmatik təcrübələr, qorxular, mühüm həyati təcrübədir Uşağın bağçaya başlaması, evə oğru girməsi, ailəyə yeni qardaş və ya bacının gəlməsi və s. kimi bir çox amil uşağın valideyni ilə yatmaq istəyini artıra bilər. Ana, uşağın ehtiyacları qarşısında nə qədər həssas və əsaslıdırsa, uşağına qayğı, yaxınlıq və istilik hissini nə qədər çox ötürə bilirsə, körpə də özünü bir o qədər dəyərli və güvəndə hiss edir. Əsas fiziki tələbatlardan biri olan yuxu əsnasında ananın körpəsinin yanında olması, ona toxunması, uşağın ananın hərarətini hiss etməsi məhz bu əlaqə keyfiyyətini yüksəldərək körpədə etibarlı bağlanma inkişafına töhfə verir.
Bəs valideynlər yuxu vərdişində nələrə diqqət etməlidir?
- Hər şeydən əvvəl uşağın psixoloji və inkişaf xüsusiyyətlərini nəzərə alaraq işə başlamaq lazımdır.
- Yuxu təhsili səbir, qətiyyətliliklə yanaşı, anlayışlı olmağı da tələb edir. Yuxunu bir cəza kimi tətbiq etmək, qorxan bir uşağın duyğularına məhəl qoymadan tək yatmasına məcbur etmək kimi yanlış mövqelər, özüylə bərabər yeni problemlər də gətirir.
- Yuxu təhsili üçün doğru zaman gələndə, təkrar etmək lazım gəlsə 2-3 yaş ərəfəsində, mərhələli bir keçid prosesi təşkil etmək faydalıdır. Bu prosesdə ilk olaraq uşağa başa düşəcəyi dildə ediləcək dəyişikliyi açıqlamaq, ehtiyac olarsa, ilk günlər yanında uzanmaq, sonra otaqda, amma yanına yatmadan yuxuya gedənə qədər gözləmək, qısa fasilələrlə otaqdan çıxıb geri gəlmək və ən nəhayət tamamilə tək yatmağa alışmasını təmin etmək kimi ardıcıl pillələr izlənilməlidir. Prosesi asanlaşdırmaq üçün bu praktikaya gündüz yuxularında əməl edilməsi daha məsləhətlidir.